Bu barədə İran Ordusunun Strateji Araşdırmalar və Təhqiqat Mərkəzinin rəhbəri Əhməd Rza Purdəstan akademik konfransda danışıb. O, "səmimiliklə" söyləyib ki, bütün hökumət və ordu nümayəndələri vəziyyət qarşısında "məəttəl qalmışdılar".
"Məhz inqilabın lideri (Əli Xameneini nəzərdə tutur – red.) bizi oyatdı", – general söyləyib.
Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə aviazərbələr endirmiş, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında müharibə başlamışdı. ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirmişdi.
İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisindəki nüvə obyektlərini bombalamağa başlayanda Tehran "şok vəziyyətində idi".