Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                     Zaur Mikayılovun YUMOR HİSSİ... .....                     Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır .....                     Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI .....                     Ağdaş sakinindən İTTİHAM YAĞIŞI .....                     Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi .....                     5 il əvvəl yanmış evinə təzminat ala bilmir .....                     Gömrükdəki tenderlər: özgəsinin nə işi var? .....                     Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... .....                     "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" .....                     Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik .....                     Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? .....                     ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... .....                     SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... .....                     "Heç kəs bilmədi ki, mənim nə problemim var" .....                     “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? .....                     Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina .....                     Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… .....                     Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı .....                     Pezeşkian şayiələrə son qoydu: .....                     "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                     İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                     Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." .....                     Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub .....                     Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? .....                     Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı .....                     Məhkəmədə qalmaqal: .....                     Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır .....                     "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? .....                     Dilqəm Məhərrəmovun adı siyahıda olmadı .....                     Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi .....                     Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır .....                 

Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Tarix: Bu gün, 06:57 | Çap et

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 21.06.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AMAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 23.782.656 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 17.09.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, bu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “AMAL GROUP” MMC-arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Qubadlı rayonu, Zilanlı kəndi üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənddaxili yollar ) tikinti-quraşdırma işləri üzrə “AMAL GROUP” MMC ilə 04.06.2025-ci ildə 29.894.399,13 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması üzrə “AMAL GROUP” MMC ilə 22.04.2024-cü ildə 24.286.451,38 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qubadlı rayonu, Zilanlı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması üzrə “AMAL GROUP” MMC ilə 22.04.2024-cü ildə 24.159.547,3 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 24.159.547,3

Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son bir il 5 ay ərzində “AMAL GROUP” MMC ilə ümumi dəyəri 102 123 153 manat məbləğində dörd satınalma müqaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMAL GROUP” (VÖEN: 1305578581) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.07.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə, qanuni təmsilçisi kimi isə İbrahimli Orxan Asəf oğlu qeyd olunub.

Qeyd edək ki, MMC “CASPIAN CONSTRUCTION COMPANY” kimi dövlət qeydiyyatından keçib. 27.02.2019-cu ildən sonra “AMAL GROUP” MMC olub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əkbərov Camal İsmayıl oğlu olub. Daha sonra Orucov Namiq Ziyəddin oğlu MMC-yə rəhbərlik edib.

MMC-yə vergi öhdəlikləri üzrə – 2018 – 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə MMC-nin 295 162.11 manat vergi borcu var.

“AMAL GROUP” MMC haqqında rəsmi mənbələrdə olan məlumatlar bu qədərdir. Elektron medida yer almış və təkzib olunmayan məlumatlara görə “AMAL Group” şirkətinin yüksək vəzifəli məmurlar tərəfindən himayə edilirmiş.
“Amal Group” şirkətinin sahibi Teymur adlı şəxsdir. O, bəzi iri ranqlı məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov “Amal Group”un sahibi Teymurun qayınatası, iqtisadiyyat nazirinin müavini Anar Axundov isə bacısının həyat yoldaşıdır. Qeyd edək ki, “Amal Group” MMC 2023 və 2024-cü illərdə MİDA-nın keçirdiyi iri həcmli tenderlərin də qalibi olub.

Bu günlərdə poliqon.az-ın yaydığı məlumatlarda bildirilir ki, “AMAL GROUP” MMC təchizatçı təşkilatların Qubadlı rayonunda gördəkləri işə görə ödənişlərini ala bilmirlər. Bir qrup şikayətçinin mediada yayılmış müraciətində bildirilir ki, “Amal Qrup”a rəsmi və qeyri rəsmi xəbərdarlıqlar olunub, ölkə rəhbərliyinə şikayətlər göndərilib. Məsələ burasındadır ki, verdiyi vədə əməl etməyən AMAL Qrup MMC-nin direktoru Orxan İbrahimli görünür söykəndiyi qüvvələrə arxayındır ki, bir ildən artıqdır borcu olduğu subpodratçı şirkətin pulunu ödəmək istəmir. Amal Qrup MMC bir çox iri layihələr və tenderlərin qalibi elan olunub…

Şikayətçilər qeyd edirlər ki, artıq 13 aydır ki, Upsilon MMC qurumların qapısını döyərək müxtəlif qurumlardan dəstək istəyir. Bu işin hüquqi yolu olsa da işin məhkəmələrə düşəcəyi qarşı tərəfin də etirazları ilə prosesin uzanacağı ehtimal edildiyindən, şirkətin təsisçisinə, direktoruna rəsmi və qeyri rəsmi mesajlar göndərlib, müraciətlər edilib. Amma nə fayda ? Orxan İbrahimli burda “mənəm Bağdadda kor xəlifə” misalı ilə davranaraq öz ‘‘prinsipiallığına’’ davam edir. Əvvəlcə ‘‘möhtərəm’’ direktor rəsmi faktlara baxmayaraq subpodartçı şirkətə ödənəcək məbləği ödəməməklə yanaşı, Upsilon MMC-yə məxsus inventoru girov götürərək, şikayətdən və borcdan imtina qarşılığında inventorları da geri verəcəyini bildirirdi. Rəsmi edilən şikayətlərdən , məsələnin ictimailəşməsindən sonra “Amal Qrup” rəhbərliyi nəhayət inventoru bu ilin mart ayında “girovluqdan” azad etdi. Borcun təxminən 10 %-ni ödə.

“Sözlər verilmişdi ki, bu borc yaxın günlərdə tam həll olunacaq. Amma yenə də “Amal Qrup”un direktoru Orxan İbrahimli öz iddiasından və hikkəsindən əl çəkmək bilmir. İlkin ödənişdən sonra “Amal Qrup”la bölgənin tikintisi və bərpasında məsul olan Şərqi Zəngəzur Tikinti Bərpa qurumunun təşkilatçılığı ilə görüş keçirildi, ümid edildi ki, borclar tam ödənəcək. Bundan sonra bir neçə görüşlər keçirilməsinə, rəsmi sənədlər, qaimələr təqdim edilməsinə baxmayaraq Amal Qrup rəhbərliyi real addım atmaq istəmir”, deyə şikayətdə bildirilir.

Bu gün inşaat gedən Qubadlı rayonu Zilanlı kəndi ərazisinə mal, material aparan, texnika icarəyə verən təhçizatçılar ciddi narazıdırlar. İnsanlar min bir əziyyətlə inşaat bölgəsinə apardıqları təhçizatın pulunu ala bilmirlər. Artıq son dərəcə ağır maddi böhran keçirən təhçizatçılar yaxında Amal Qrupun ofisinin yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının sədri Vahid Hacıyevdi. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25
ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19
"Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17
“Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14
Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12
Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05
Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Dünən, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Dünən, 12:58
Paşinyan yolların açılmasından danışdı
Dünən, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru