Rusiyanın təxribatçı aparıcılarından olan və ölkəmizə qarşı xüsusi qərəzi ilə seçilən Vladimir Solovyov Azərbaycanın Dərbənd uğrunda hərbi əməliyyata cəlb ediləcəyi ehtimalını dilə gətirib. Bəs görəsən, bu cür təxribatçı fikirlərlə nəyə nail olmaq istəyir?
Mövzunu KONKRET.az-a siyasi şərhçi Cavanşir Abbaslı şərh edib:
“Solovyovun bu fikirləri sərsəmlikdən başqa bir şey deyil. Onun fikirlərinə önəm verməməliyik. Əslində Solovyov Dərbəndin Azərbaycan torpağı olduğunu danmır və hətta bunu təsdiqləyir. Amma indi şimal və cənub qonşumuzla münasibətlərimiz ürəkaçan vəziyyətdə deyil. Bunun səbəbkarı isə qarşı tərəfrdir. Bundan Solovyov istifadə edir və İranla birgə əməliyatlar keçirə biləcəklərini açıqlayır. Dəfələrlə sübut olunub ki, Dərbənd Azərbaycan ərazisidir. Solovyov məhz İslam Respublikasının adını çəkməklə İran və Rusiyanın nəzarətindəki bəzi ərazilərin Azərbaycan torpaqları olduğuna işarə edir. Əslində bu fikirlər reallıqdan uzaqdır və narahat olmağa dəyməz. Münasibətlərimiz nə qədər gərgin olsa da, Azərbaycan heç bir dövlətlə hərbi əməliyyatlara başlamaq niyytində deyil. Yeganə savaş apara biləcəyimiz ölkə Ermənistandır. Onunla da müharibənin nəticəsi məlumdur. Rusiya və İranla savaş ehtimalları isə reallıqdan uzaqdır. Əgər Rusiya bu fikirə gəlsə, o zaman qarşısında Türkiyə və Pakistanı görəcək. Çünki bu üç ölkə bir-birinə qırılmaz tellərlə bağlıdır. Rusiya və İran kimi ölkələr öz hədlərini bilməli və başqa fikirlərə düşməməlidirlər.