İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar .....                     "Avrasiya üçbucağı"nın bir çox bucağı var .....                     Sərkisyan Azərbaycanla sərhəddə .....                     “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? .....                     AMB-nin daha bir tenderi ləğv edildi .....                     Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir .....                     Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi .....                     Paşinyanın deputatı yerli müxalifət barədə: .....                     Ukrayna ordusu İRƏLİLƏYİR .....                     “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi .....                     “Dəli küləyim”ə yeni nəfəs .....                     Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik .....                     AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi .....                     Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                 

Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Tarix: Bu gün, 10:52 | Çap et

Həmişə müəllimlik ixtisasından məzun olanlar, müəllimlərin işə qəbulu imtahanında iştirak edənlər, eləcə də müəllimlərin bir çoxu peşələrindən narazılıq edirlər: Vakant yer yoxdur, dərs saatı azdır, əmək haqqı qane etmir, imtahanlar yorur bizi və s. kimi fikirlərlə şikayətlərini dilə gətirirlər. Hətta ali məktəblərə ixtisas seçimi zamanı da abituriyentlərə təkidlə “müəllimliyi yazmayın, onun yerinə başqa peşəni seçin”, “MİQ-dən keçsən də, yaşadığın yerdə çətin ki, vakant yer tapasan”, “O balla başqa ixtisas yaz”, “Müəllimlik çətindir, o maaşla yaşamaq olmur” kimi sözlər deyirlər. Buna baxmayaraq, universitetlərdə pedaqoji ixtisaslar üzrə qəbul planı ildən-ilə artır.

Bəs görəsən, ali və orta ixtisas təhsilli müəllimlər ilk dəfə çalışanda nə qədər maaş alırlar? Onlar niyə bu peşədən hədsiz dərəcədə narazılıq edirlər? İxtisası sevmirlərsə, nəyə görə ildən-ilə MİQ-ə sənəd verənlərin, universitetə qəbul olanların sayı artır? Vakant yerlər niyə çoxlarına çatmır? Bununla yanaşı, necə olur ki, seçilməmiş vakant yerləri də qalır? Bu balanssızlığın təməlində nə dayanır?

Lent.az sözügedən məsələ və suallarla bağlı araşdırma edib.

2025-ci ildə müəllimlərin işə qəbulu imtahanında 65 572 namizəd iştirak edib. Onlardan 12 279 nəfər ilk dəfə imtahanda qüvvəsini sınayıb. Təxminən 7000 vakant yer üzrə mübarizə gedib, yəni orta hesabla hər 9 nəfərə bir yer düşüb. Maraqlıdır ki, bu vakantların 2000-ə yaxını seçilməmiş qalıb.

Müəllimlərin əsas narazılıqlarından biri də məhz vakant yerlərin təqdimatına bağlıdır. Onların iddiasına görə yerlərin bir hissəsi gizlədilir, satılır və ya əlavə dərs saatı kimi hansısa müəllimin adına yazılır. Elm və Təhsil Nazirliyi isə bu fikirləri təkzib edərək bildirib ki, bu ildən etibarən saatı az olan (3-5 saatlıq) yerlər birləşdirilərək təqdim olunacaq, biri əsas, digəri isə əlavə yer kimi göstəriləcək.

Bəs ilk dəfə müəllim kimi çalışanlar nə qədər əmək haqqı alırlar? Deyilənlər həqiqətənmi doğrudur, əmək haqları çoxmu azdır? Vakanta neçə saat dərs çıxarılır? Bir müəllim maksimum nə qədər dərs keçə bilər?

Vakanta çıxarılan ən az dərs 5 saatdır. Əgər müəllim ali təhsillidirsə, bütün siniflər üzrə dərs keçmə hüququna maıikdir, lakin orta ixtisas təhsilli müəllimlər, qısası, kollec məzunları həmin fənnin tədris olunduğu 10-11-ci siniflərə dərs keçə bilməzlər. Bununla yanaşı söyləntilərə görə artıq müəllimlər maksimum 25-26 saat dərs yükü götürə biləcəklər.

Pedaqoji stajı 1 ildən 3 ilə qədər olan ali təhsilli müəllimlər 607 manat, orta ixtisas təhsillilər isə 1-3 ilə qədər stajla 554 manat əmək haqqı alırlar. Bununla yanaşı 18 ildən çox müəllim kimi çalışan ali təhsilli kadrlar maksimum 785 manat maaş alırlar. Kollec məzunları isə həmin təcrübə ilə maksimum 700 manat. 18 ildən çox iş təcrübəsi olan müəllimin sözügedən məbləğdə maaşı alması üçün isə 1 stavka, yəni 18 saat dərsi olmalıdır, əks halda o, bu qədər maaş ala bilməz.

Maaşın artımı məhz təcrübəyə və dərs saatına görə artır. 3 ildən 8 ilə qədər ali təhsilli müəllimlər 653, kollec məzunları isə 587 manat maaş alırlar. 8 ildən 13 ilə qədər ali təhsillilər 686, orta ixtisas təhsillilər 607, 13 ildən 18 ilə qədər ali təhsillilər 733, kollec təhsillilər 647 manat əmək haqqı alırlar.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda müəllimlərin 1 faizi (1399 nəfər) 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır. 11 faiz müəllim (12803) həftədə 31 saat dərs deyir və 1500–2000 manat, 33 faiz müəllim (39,296) həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. 41 faiz müəllim (49757) həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. 14 faiz müəllim isə (17492) cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır.

Görünən odur ki, sertifikasiya prosesi müəllimlərin vəmək haqqında müstəsna rol oynayıb.

Müəllimlərin maaşına təsir edən əsas amillərdən biri də sertifikasiya prosesidir. Bu il təkrar sertifikasiyada 3 338 müəllim iştirak edib. Onlardan 2006 nəfər yenidən kəsilib, 334 nəfər imtahana gəlməyib, 4 nəfər qaydanı pozub. Beləliklə, 2344 müəllim işdən uzaqlaşdırılıb. 2022-ci ildən bəri isə ümumilikdə 5054 müəllimin əmək müqaviləsi ləğv olunub.

2025-ci ildə ilk dəfə sertifikasiya imtahanında biologiya fənni üzrə 3 436 nəfər iştirak edib, onlardan 83 faizi uğur qazanıb və orta bal 43 olub. Kimya müəllimlərinin 85 faizi keçid balını toplayıb, iştirakçı sayı 2 509 nəfər, orta bal 41-dir. Fizika üzrə iştirak edən 3 541 nəfərin 88 faizi müvəffəq olub, orta bal isə 45 olaraq qeydə alınıb. Coğrafiya fənni üzrə 3 419 nəfər arasında uğur faizi 90, orta bal 46 olub. İnformatika müəllimlərinin 86 faizi sertifikasiyadan uğurla keçib, iştirakçı sayı 3 355 nəfər, orta bal 43-dür.

Rəqəmlərdən aydın olur ki, bu prosesdən uğurla keçən kifayət qədər müəllim var. Bununla yanaşı. Uğursuz olanların da yeri vakanta çıxarılıb. Lakin hələ də tələb-təklif tarazlığı qorunmayıb. Yüksək bal toplayan, şəhərdə yaşayan müəllimlər ucqar kəndlərə 5-10 saat dərs yükü üçün gedə bilmirlər, buna görə də seçimlərdə ya iştirak etmirlər, ya da sonradan imtina edirlər.

Ən böyük problem paradoksda gizlənir: vakant yerlər azdır, amma eyni zamanda 2000-ə yaxını da boş qalır. Çünki yüksək bal toplayan müəllimlər kəndlərdəki az saatlı yerlərə getmək istəmirlər. Bəziləri seçim etmədən imtahanı buraxır, digərləri isə sonradan imtina edir.

Ən çox humanitar yönümlü ixtisasları ilə tanınan III ixtisas qrupu üzrə bu il təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 160, türk dili və ədəbiyya müəllimliyi üzrə 30, ingilis dili üzrə 60, fransız dili üzrə 30 plan yeri ayırılıb. Həmçinin ibtidai sinif müəllimliyi üzrə 200, tarix müəllimliyi 75, ibtidai sinif müəllimliyi (tədris ingilis dilində 60), filiallar üzrə ümumi Azərbaycan dili və ədəbiyyatı üzrə 105, tarix müəllimliyi 85, ibtidai sinif müəllimliyi 40, ingilis dili müəllimliyi 65 plan yeri ayırılıb və yüksək faizlə o sahələr üzrə qəbul planı dolub.

Rəqəmlər təkcə bununla da bitmir. “Pedaqoji fəaliyyətlə məşğulolma Qaydası”ndakı dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə seçilmiş qeyri-ixtisas məzunları da (bakalavr üzrə) müraciət edə bilərlər. Bu zaman isə müqabiqədə iştirak edənlərin sayı daha da çoxalır.

Nəzərə alsaq ki, dövlət universitetlərində ödənişin daha aşağı olması ilə yanaşı, keçid balları da kifayət qədər yüksəkdir, lakin özəl universitetlərdə bu, belə deyil.

Beləliklə, Azərbaycan təhsil sistemində müəllimlik ixtisası üzrə tələb və təklif tarazlığı pozulub:

Plan yeri çox – universitetlər hər il daha çox pedaqoq yetişdirir.

Məzun çox – minlərlə gənc müəllim olmaq istəyir.

Vakant yer az – bölgələrdə az saatlı dərs yükü qalır.

Şikayət çox – maaş və iş şəraitindən narazılıq davam edir.

Nəticədə MİQ-dən keçə bilməyən, vakant tapa bilməyən müəllimlərin çoxu repetitorluq edərək dolanmağa çalışır. Təhsildəki bu balanssızlıq isə hələ də aradan qalxmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12
"Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08
Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57
“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52
AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48
Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40
Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35
Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32
Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32
“Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28
Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru