AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi .....                     Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                 

Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Tarix: Bu gün, 08:47 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyanjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə dəvət olunublar. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çinin xarici işlər nazirinin köməkçisi Liu Bin verib. Rəsmi Pekin bildirib ki, Çin beşinci dəfədir ŞƏT sammitinə ev sahibliyi edir və bu, təşkilatın yaranmasından bəri ən böyük tədbir olacaq.

Sammitə dəvət olunan liderlər arasında Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və digərləri var. Ermənistan tərəfi artıq Paşinyanın sammitdə iştirakını təsdiqləyib.

Heç şübhəsiz ki, qurumda Azərbaycanın rolu və sammitin önəmi danılmazdır. Xatırladaq ki, ŞƏT 2001-ci ildə təsis olunub və hazırda 9 üzvü, 3 müşahidəçi dövləti, 14 dialoq tərəfdaşı var. Azərbaycan dialoq tərəfdaşları sırasında xüsusi çəkiyə malikdir. Bu mənada Prezident İlham Əliyevin dəvəti təsadüfi deyil: ölkəmizin yerləşdiyi strateji coğrafi mövqe təşkilat üçün mühüm əhəmiyyət daşıyır və bu barədə dəfələrlə digər dövlətlər tərəfindən etiraflar olunub. Çin lideri Si Cinpinin də Azərbaycan Prezidentinə və dövlətinə böyük etimadı var. İki ölkə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur.

Üstəlik, 8 avqustda Vaşinqtonda sülh mətni paraflandıqdan sonra sammit pozitiv fon yarada bilər. Ekspertlər hesab edirlər ki, Əliyevlə Paşinyanın Çində bir araya gəlməsi də istisna deyil. Ərdoğan və Putinin də tədbirdə iştirakı liderlərin üçlü, hətta dördlü görüş imkanlarını gücləndirir.

Eyni zamanda bu ərəfədə Bakı-Moskva xəttində gərgin fonun olması da diqqətdən qaça bilməz. Lakin hesab olunur ki, sammit Azərbaycanla Rusiya arasındakı soyuqluğun yumşalması üçün fürsət ola bilər. Son 8 ayda Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaşanır. Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra Rusiya hələ də Bakının tələblərinə cavab verməyib. Prezident İlham Əliyev bu barədə ABŞ-nin “Fox News” kanalına açıqlama verib. Paralel olaraq, Rusiyadan Azərbaycana qarşı təhdidlər səslənib, Ukraynada isə SOCAR-a məxsus enerji obyektləri hədəfə alınıb.

Bununla belə, ötən həftə Həştərxanda baş tutan hökumətlərarası görüşdə baş nazirlərin müavinləri Şahin Mustafayevlə Aleksey Overçuk enerji əməkdaşlığını müzakirə ediblər. Ardınca Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov telefon danışığı keçiriblər.

Bəs sammit yeni dialoq üçün platforma ola bilərmi? Təhlilçilərə görə, Tyanjində Əliyevlə Putinin görüşü baş tutarsa, bu, münasibətlərin normallaşmasına xidmət edə bilər. Hətta Azərbaycanın vurulan təyyarəsi məsələsi də liderlər arasında müzakirə oluna bilər. Buna qədər yüksək səviyyəli təmasların artması bu ehtimalları gücləndirən amillərdən sayılır.

Amma əsas suallar açıq qalır: Putin Çinə yollanacaqmı? Yaxud Kreml lideri gedəcəksə, sülh sənədinə imza atan Əliyev və Paşinyanla bir masa arxasında əyləşəcəkmi?

Rusiya liderinin planları barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti Pavel Zarubin məlumat verib. Onun açıqlamasında görə, Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək. Məlumata görə, Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır. Bundan əlavə, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etmək niyyətindədir. Son qərar isə Ukrayna müharibəsinin gedişindən də asılı olaraq verilə bilər. İstənilən halda, bu sualların cavabı avqustun son günlərində bəlli olacaq...

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, bu sammit qlobal siyasətin yeni geosiyasi trayektoriyasını müəyyənləşdirəcək mühüm hadisələrdən biri kimi dəyərləndirilir: “Azərbaycanın bu platformada iştirakı təsadüfi deyil. Ölkəmiz 2005-ci ildən dialoq tərəfdaşı statusuna malikdir və enerji, nəqliyyat, regional təhlükəsizlik məsələlərinə görə ŞƏT-də mühüm tərəfdaş qismində çıxış edir. Bakı, xüsusilə Orta dəhlizin aparıcı aktoru kimi, ŞƏT məkanının Şərq-Qərb istiqamətli nəqliyyat-logistika inteqrasiyasında əsas həlqəyə çevrilib".

Millət vəkili də təsdiqləyir ki, sammitin ən çox müzakirə olunan mövzularından biri Azərbaycan və Ermənistan liderlərinin potensial görüşü ola bilər: “Məlum olduğu kimi, avqustun 8-də Vaşinqtonda ABŞ-nın vasitəçiliyi ilə sülh sazişinin mətni paraflanıb və bu hadisə regionda uzun illər davam edən qarşıdurmanın yekun həllinə doğru mühüm addım kimi qiymətləndirilir. Bu baxımdan, Tyanjində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında dialoqun davam etməsi ilə bağlı müəyyən gözləntilərin olması təbii qəbul edilməlidir”.

E.Mirzəbəyli qeyd etdi ki, belə bir görüşün baş tutması həm də simvolik məna daşıyacaq: “Bu, o deməkdir ki, ABŞ-də paraflanan sənədin ardından tərəflərin Çin kimi böyük gücün ev sahibliyi etdiyi tədbirdə görüşməsi, prosesin qlobal dəstəyə malik olduğuna işarə sayıla bilər. Baxmayaraq ki, Çin Azərbaycanla Ermənistan arasındakı sülh prosesini birmənalı şəkildə dəstəkləyir və tərəflərin razılaşmalarına hörmət nümayiş etdirir, dialoqun bu ölkənin ərazisində də davam etdirilməsi hadisələrin gedişatına müsbət dinamika qata bilər”.

Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə, E.Mirzəbəyli vurğuladı ki, Tyanjində, hətta liderlərin görüşü baş tutsa belə, yekun sülh sazişinin imzalanması gözlənilmir: “Amma belə bir görüş baş tutarsa, bu, Vaşinqtonda imzalanan sənədin beynəlxalq legitimliyinin daha da gücləndirilməsi üçün əhəmiyyət kəsb edə bilər.

Milli Məclis üzvü digər görüş gözləntilərindən də bəhs etdi: “Son ayların diqqət mərkəzində olan mövzusu isə, şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətləridir. Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması faktı ilə bağlı Bakı Moskvadan rəsmi üzr və məsuliyyətin etirafını tələb etsə də, Kreml indiyə qədər məsələni ört-basdır etməyə çalışır. Eyni zamanda Rusiyanın Azərbaycana məxsus enerji təsisatlarını hədəfə alması münasibətləri daha da gərginləşdirib. Bununla belə, ötən həftə Həştərxanda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında enerji sahəsində əməkdaşlıq üzrə razılaşmalar əldə olunması, eləcə də Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı, gərginliyin tam qarşıdurmaya çevrilməməsi üçün diplomatik kanalların hələ də işlədiyini göstərir. ŞƏT sammiti bu mənada Bakı-Moskva münasibətlərində buzların əriməsi üçün fürsət ola bilər”.

Deputat vurğuladı ki, əgər sammitdə Azərbaycan və Rusiya prezidentlərinin görüşü reallaşarsa, bu, tərəflər arasında ən azı minimal inamın bərpasına müsbət təsir göstərə bilərlər: “Lakin bunun davamı olaraq, Moskva AZAL-a məxsus təyyarənin vurulmasına görə ənənəvi mövqeyini dəyişməzsə, o zaman münasibətlərin strateji səviyyədə əvvəlki vəziyyətə qayıtması mümkün olmayacaq. Ümumilikdə isə Bakı, Çində keçirilən sammitdən regional tranzit, enerji əməkdaşlığı və təhlükəsizlik mövzularında yeni təşəbbüslərlə qayıda bilər. Bu, həm Orta dəhlizin, həm də Azərbaycanın Şərq-Qərb enerji dəhlizindəki aparıcı rolunun möhkəmlənməsinə xidmət edəcək".

Ümumilikdə E.Mirzəbəyli bildirdi ki, Tyanjin sammiti Azərbaycan üçün təkcə beynəlxalq tribunada öz mövqeyini ifadə etmək imkanı deyil, həm də üç əsas istiqamətdə həlledici məqamdır: “Ermənistanla yekun sülhə doğru irəliləyiş, Rusiya ilə münasibətlərin gərginlikdən çıxarılması və çoxqütblü dünyada Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi baxımından da əhəmiyyətə malikdir”.

Deputat Sahib Alıyev də qəzetimizə bildirdi ki, Çində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Paşinyan arasında görüşün olacağını istisna etmir: “Üçtərəfli görüşə gəldikdə, Vaşinqtonda belə bir formatda baş tutan və uğurla sonuclanan 8 avqust danışıqlarından sonra onun yenidən təkrarlanmasına zərurət varmı? Fikirləşmirəm. Burada Çin liderinin Azərbaycanla Ermənistan arasında sülh yönündə atılan mühüm addıma dəstəyi ifadə oluna bilər. Bunun hansı formada və formatda baş verəcəyini, açığı, indi demək çətindir. Və mümkündür ki, bu, sadəcə, qurumun dəstəyi şəklində hansısa sənəddə, yaxud nitqdə öz əksini tapsın”.

S.Alıyevin proqnozuna görə, Çində Nikol Paşinyanla Vladimir Putin arasında görüş ehtimalı çox yüksəkdir. Azərbaycan lideri ilə görüşə gəldikdə, millət vəkilinin qənaəti belədir: “Son bir neçə gündə Azərbaycanla Rusiyanın yüksək vəzifəli təmsilçiləri arasında gedən danısıqlar, özəlliklə də Ceyhun Bayramova Sergey Lavrovun zəngindən belə nəticə çıxarmaq olar ki, qarşı tərəf cənab İlham Əliyevlə Vladimir Putinin görüşünə də cəhd edir. Amma cəhdin necə sonuclanacağı, məncə, Rusiyanın Azərbaycanın beynəlxalq hüquqa dayanan haqlı tələblərinə köntöycəsinə və bir sıra hallarda həddini aşan reaksiya əvəzinə normal, imperiya mərəzindən uzaq cavaba nə dərəcədə hazır olub-olmadıgından asılıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru