“İslam Respublikası İran və Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq istənilən siyasəti və proqramı heç vaxt qəbul etməyəcək”.
Globalinfo.az Teleqramın Ermənistan seqmentinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xamenei paylaşım edib.
Belə bir paylaşım Xameneinin sosial şəbəkə səhifələrində görünməsə də, onun Zəngəzurla bağlı ənənəvi açıqlamalarını əks etdirir. Artıq bəzi İran rəsmiləri eyni mövqeyi ifadə edən açıqlamalar veriblər.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Bəyannamədə Zəngəzur dəhlizinin “Tramp marşturu” adı altında açılması nəzərdə tutulur. Bundan başda, həmin dəhlizin ABŞ şirkətinə 99 il müddətinə icarəyə verilməsi qərar alınıb.