Ukrayna Donetskdən geri çəkilərsə... .....                     Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi .....                     Avropa könüllülər koalisiyası döyüşdən qaçır .....                     Bakı bunları əldə etdi, İrəvan isə… .....                     ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! .....                     Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                     Neft Daşlarında QANUNSUZ BALIQ OVU... .....                     Okeanın o tayından Qafqaza .....                     Vaşinqtonda gorbagor olan iki “miras”: .....                     Zəngəzur coğrafiya deyil, .....                     “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? .....                     "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" .....                     Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... .....                     Tramp Zelenskinin də .....                     Xızının icra başçısı da qanunları ayaqlar altına atır... .....                     Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... .....                     Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? .....                     Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... .....                     Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? .....                     Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb .....                     İrəvan razılaşdı, Azərbaycana yeni status verildi .....                     Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? .....                     “Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... .....                     Qafqaz evi ideyası yenə gündəmdə .....                     Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? .....                     Füzuli DAİM-də DAİMİ PROBLEM... .....                     Etalon Hospitalda daha bir qalmaqal .....                     Ukraynanın dərinliklərinə doğru irəliləmək... .....                     Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır .....                     Vaşinqton zirvəsinin əks-sədası .....                     Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? .....                     Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq .....                     Nazirlik əməkdaşı yol qəzasında öldü .....                     "Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" .....                     "Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" .....                     Ərindən ayrılan qadının sevinci gündəm oldu .....                     Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur .....                     “İran Zəngəzuru o döyüşdə itirdi” .....                     İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim .....                     Putin Krım ssenarisini təkrarlamağa çalışır .....                 

Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Tarix: Bu gün, 10:27 | Çap et

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.

Musavat.com yada salır ki, 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlə təşəbbüsü ilə qəbul olunan bu ədalətsiz qərar ölkəmizi ABŞ-ın birbaşa dəstəyindən məhrum etdi və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyasının həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etməsi mənfi münasibətin və yanaşmanın kulminasiyası idi.

907-ci düzəliş Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşmışdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olunmuşdu. 907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir.

İlk növbədə sənədin ləğvi ilə başlıca olaraq iqtisadi əməkdaşlıq genişlənəcək. ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaqda həvəsli olacaq. Xüsusən enerji, texnologiya və kənd təsərrüfatı sektorlarında. Həmçinin təhlükəsizlik əməkdaşlığı dərinləşəcək. Müdafiə, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində ABŞ texnologiyaları və təlimləri Bakıya daha açıq şəkildə təqdim edilə bilər.

30 ildən çoxdur ki, 907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərində “görünməz divar” rolunu oynayırdı. Onun formal qüvvədə qalması, əməkdaşlıq üzərində daim asılı qalan bir siyasi kölgəyə çevrilmişdi.

Lakin Vaşinqton Zirvəsində prezident Əliyevin ölkəmizə qazandırdığı uğurların biri də bədnam 907-ci düzəlişin Tramp tərəfindən ləğv edilməsinə nail olmasıdır.
Yeri gəlmişkən, bu sənədin hazırlanmasında iştirak edənlərdən biri, həmmüəllif elə keçmiş ABŞ prezidenti Bayden olmuşdu. İndi isə onun təşəbbüsü ilə ərsəyə gələn 907-ci düzəliş yoxdur, gorbagor olub.

Ümumiyyətlə, prezident Əliyevin Vaşinqton səfərində əldə olunan nəticələr keçmiş münaqişədən qalan “miras”ların dəfn edilməsi oldu: Minsk Qrupunun və 907-ci düzəlişin ləğvinə razılaşma.

Deputat Ceyhun Məmmədov Musavat.com-a deyib ki, Minsk Qrupunun və 907-ci düzəlişin ləğvi Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizin diplomatiyasının uğurudur:

“Biz ümumi təhlil edəndə görürük ki, bu prosesdə bir neçə mərhələli hədəfimiz var idi. Onlardan ikisi də Minsk Qrupu və 907-ci düzəlişin ləğvi idi ki, Azərbaycan məqsədinə müvəffəq oldu. Ümumiyyətlə, bu münaqişənin köklü səbəbləri var idi və ağır proses idi. Azərbaycan isə onları uğurla keçməyi bacardı: əvvəlcə, 2020-ci ildə işğala son qoyuldu, 2023-cü ildə suverenliyimiz bərpa olundu, ardınca növbəti addımlar atıldı. Son mərhələdə - Vaşinqtonda isə Azərbaycan sözügedən hədəflərinə nail oldu. O da Minsk Qrupunun ləğvi və 907-ci düzəlişin ləğvi idi”.

Deputat bildirib ki, 907-ci düzəliş ədalətsiz qərar idi və Azərbaycan onun ləğvi üçün çox çalışırdı, sadəcə, həlli asan məsələ deyildi: “ABŞ rəhbərləri zaman-zaman onun icrasını dondururdu, amma ləğv olunmurdu. Bu dəfə isə Azərbaycan rəhbərliyi onun ləğvinə nail oldu və sözsüz ki, tarixi, kifayət qədər böyük nəticədir.

Minsk Qrupuna gəlincə, Ermənistan missiyanı saxlamaqla keçmiş münaqişəni gələcəkdə yenidən gündəmə gətirmək niyyəti güdürdü. Amma cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində Minsk Qrupunun ləğvinə nail olduq. Həmçinin bəzi ölkələr də istəmirdilər ki, bu institut ləğv edilsin, amma Azərbaycan hədəfinə çatdı”.

Professor Qabil Hüseynli həm Minsk Qrupunun ləğvinə razılığı, həm 907-ci düzəlişin aradan qaldırılmasını ədalətin təntənəsi hesab edir. Onun bildirdiyinə görə, hər ikisi keçmiş münaqişənin “bədxassəli şişləri” idi və götürülməliydi.

Q.Hüseynlinin fikrincə, əslində, bu, çoxdan olmalıydı: “Azərbaycan Prezidentinin triumflarından biri də məhz həmin sənədin ləğvinə nail olmasıdır. İşğala məruz qalan ölkəyə belə bir sanksiyanın qoyulması ən böyük ədalətsizlik idi. Azərbaycan isə bu məhdudiyyətə baxmayaraq, özünün hərbi potensialını gücləndirirdi və 44 günlük müharibədə arsenalımızda olan müasir silahların istifadəsi Ordumuzun qüdrətini nümayiş etdirmişdi. Ona görə də 907-ci düzəlişin ləğvi çoxdan olmalıydı. Keçmiş münaqişəyə aid nə varsa aradan qaldırılmalıdır. Eyni zamanda, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət də yerində qərardır”.

Q.Hüseynli qeyd edib ki, Ermənistan bundan yayınmağa çalışırdı, lakin Azərbaycanın “hücum diplomatiyası”, cənab İlham Əliyevin prinsipiallığı Paşinyan administrasiyasını razılaşmağa məcbur etdi: “Minsk Qrupu murdar ət kimi idi və onu tarixin zibilliyinə göndərmək ən məntiqli addımdır. Çünki problemin həllinə heç bir töhfəsi olmadı. Artıq nazirlərin də müraciəti var, həmçinin Fransa bu mövqeni dəstəkləyib, Rusiya daha əvvəldən Minsk Qrupunun öldüyünü təsdiqləyirdi, odur ki, ATƏT müsbət qərar qəbul edəcək”.

Analitik Elxan Şahinoğlunun fikrincə, 907-ci düzəlişin yaxın gələcəkdə Konqres tərəfindən qüvvədən düşürülməsi aktuallaşa bilər:

“Əgər ABŞ Azərbaycanla strateji tərəfdaşlıq sazişini imzalayırsa, konqresmenlər 907-ci düzəlişin hansı məntiqlə hələ də qüvvədə qalmasını izah etməli olacaqlar. Əlbəttə, 907-ci düzəlişin ortadan qaldırılması üçün bizdən də diplomatik fəallığın artırılması tələb olunacaq. Fransa, Belçika və Niderlanddakı anti-Azərbaycan dairələr üçün də çətin olacaq”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Bu gün, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Bu gün, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Bu gün, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Bu gün, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Bu gün, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Bu gün, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Bu gün, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Bu gün, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Bu gün, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Bu gün, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Bu gün, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Bu gün, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Bu gün, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Bu gün, 09:16
Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Bu gün, 09:08
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Bu gün, 09:00
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Bu gün, 08:59
İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Bu gün, 08:56
Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Bu gün, 08:53
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Bu gün, 08:51
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Bu gün, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Bu gün, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Bu gün, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Bu gün, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Bu gün, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Bu gün, 03:51
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Bu gün, 03:48
Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Bu gün, 03:45
"Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:41
"Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Bu gün, 03:39
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Bu gün, 03:30
Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 03:28
“İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Bu gün, 03:26
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Bu gün, 03:23
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Bu gün, 03:21
Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Dünən, 15:41
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Dünən, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Dünən, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Dünən, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Dünən, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Dünən, 11:38
Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Dünən, 11:26
Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Dünən, 11:23
Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək – Ağ Evdə Rusiyanı sarsıdan detal
Dünən, 11:21
İran da yolların açılmasında maraqlı olmalıdır - Armen Qriqoryan
Dünən, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru