Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                 

"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Tarix: Bu gün, 11:41 | Çap et

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Trend informasiya agentliyinə “Əyri güzgüdə” adlı məktub ünvanlayıb. Məktubda rusiyalı teleaparıcı Vladimir Solovyovun anti-Azərbaycan isteriyası ilə bağlı fikirlərini bölüşüb. Yazıçı Anar geniş yazısında Solovyovun mütəmadi yalan danışdığını bildirib.

Sitat: “Şəxsi qənaətim odur ki, bu adamın, əslində, rus xalqına dərin nifrəti var. Yoxsa o, qonşu, hətta uzaq ölkələri bütövlükdə məhv etmək, ya da ən pis ehtimalda işğal etmək kimi planlarla hədələməz, təhqir etməzdi. Bu cür davranışla isə o, həmin xalqları Rusiyaya qarşı potensial düşmənə çevirməyə çalışır - sanki onların mövcudluğuna təhdid kimi təqdim edir”.

AYB sədrinin sözlərinə görə, Solovyov elə bilir ki, atom Apokalipsisindən özü sağ çıxacaq, ya da ən pis halda da cənnətə düşəcək. Halbuki onun üçün artıq çoxdan cəhənnəmdəki VİP qazanda yer hazırlanıb. Onun fikrincə, Solovyov şəxsiyyəti “yəhudi-faşist” anlayışının nadir nümunəsidir: “Daim öz yəhudi mənsubiyyətini vurğulayan bu şəxs dünya elm və mədəniyyətinə dahilər bəxş etmiş müdrik yəhudi xalqının adına ləkədir”.

Yazıçı Anar qeyd edib ki, Solovyovun Azərbaycan-Ermənistan münasibətləri, Qarabağla bağlı hadisələr barədə səsləndirdiyi təxribatçı bəyanatlara susmaq mümkün deyil: “Onun Azərbaycan haqqında söylədiyi düşmənçilik dolu fikirlər məni heyrətə gətirir. Solovyovun verilişlərində daim bir neçə erməni çıxış edir (onların içində normal təfəkkürlü rejissor Karen Şahnazarov da var) və Solovyov bu verilişlərdə daim ermənilərə sevgisini dilə gətirir. Vladimir Rudolfoviçi bir milləti sevdiyinə və ya onun oliqarxlarına rəğbət göstərdiyinə görə qınamaq olmaz. Amma sual budur: o, sevdiyini dediyi erməni xalqına da, rus xalqına da niyə ancaq şər arzulayır?”

Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərində olan son gərginliyə, ölkəmizə və həmvətənlərimizə hücumlara, təhdidlərə cəmiyyətin müxtəlif təbəqələrindən sərt reaksiyalar gəlməkdədir.

Ancaq tanınmış ziyalıların rəylərinə az rast gəlinir. Yazıçı Anardan başqa daha kimlər son hadisələrə münasibət bildirib?

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu “Yeni Müsavat”a qeyd edib ki, Rusiya imperiyası yüz illərdir bu istiqamətdə fəaliyyət göstərir: “Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır. Solovyov kimdir ki, ona cavab verir? Burada dövlət siyasəti gedir. Bütün rus xalqı guya ali irqdir? Bu, ancaq faşizmdir. Yəni öz xalqına ”ali irq" deyib, başqa xalqları onun kölgəsində görən bir toplum hansı keyfiyyətləri daşıyır? Bu, faşizmdir. Odur ki, Solovyov da sümük atılan tuladır. Sümüyü böyük atanda böyük-böyük danışır, bir qədər kiçik atanda, yavaş danışır. Sabah daha böyük sümük və ya xalis ət atsaq, Rusiyanın altını üstünə çevirərdi".

B.Vəziroğlunun sözlərinə görə, Rusiya telekanallarında danışanların heç biri rus kökənli deyil: “Ya ümumiyyətlə zatı bilinmir, ya da başqa xalqların nümayəndələridir. Onlar Rusiyada kök salmış və Rusiyanı sormaqla məşğul olan fırıldaqçı insanlardır. Xalis rusların hamısı dövlətinin siyasətinə qarşı danışır. Özüm iki il Moskvada oxumuşam. O dövrdə də görürdük ki, rus dövlətində imperiya hərisliyi var. Sən demə, o vaxt şükürlü imiş. Oxuyurduq, hara istəsəydik gedirdik. Amma təəssüf ki, indiki Moskva həmin Moskva deyil, nə də Rusiya həmin Rusiyadır. Rusiya bütövlükdə ərazi baxımından dünyanın ən böyük kriminal məkana çevrilib. Kimi də öldürürlər, qanı batır. Yəni hüququn işləmədiyi bir yerdir”.

Şair yada salıb ki, faşist Almaniyasında belə hansısa qayda-qanun, bir ideya var idi, amma Rusiyada qətiyyən yoxdur: “İmperiya hərisliyi başlarındadır, amma bunu həyata keçirmək üçün gücləri yoxdur. Təsəvvür edin, üç günə Ukraynanı alacaqlarını düşünürdülər, amma 3 ildən çoxdur ki, Ukraynanın heç bir kəndini ələ keçirə bilmirlər. Bütün dünya da onlara qarşıdır. Ruslar həm də ”çörəyi dizlərində olan" insanlardır. Axşam onlarla yeyib-içirdik, səhəri gün müəllimə, dekana bizdən şikayət edirdilər. Ona görə də indiki davranışlarına heç təəccüblənmirəm. Hətta bədbəxt ölkədir ki, 300 il Romanovlar onlara hakimlik edib, amma onlardan heç biri rus olmayıb. Eləcə də 70 illik Sovet dövründə rəhbərlərin heç biri rus olmayıb. Azərbaycan və Türkiyə boğulan Rusiyanın yeganə nəfəsliyidir ki, ona embarqo, sanksiya qoymayan ölkələrdir. Bu nəfəsliyi bağlayan ölkədən necə danışa bilərik?"

Xalq artisti Rasim Balayev isə “Yeni Müsavat”a açıqlamasında Rusiyanın Azərbaycana qarşı son davranışlarını sərt şəkildə tənqid edib. O, tarixi paralellər apararaq bildirib ki, bu münasibət yeni deyil və bir əsrdən çoxdur ki, təkrarlanır: “20-ci əsrin əvvəllərindən, xüsusilə 1905-ci ildən etibarən baş verən hadisələrdə həmişə rusların əli olub. Böyük dramaturqumuz Cəfər Cabbarlı da əsərlərində bunu açıq şəkildə göstərirdi. ”Atan kazaklardır" - yəni bizi həmişə ruslar vuruşdurub, bədbəxt edib. Onlar arada guya könlümüzü almağa çalışıblar, amma məqsədləri hər zaman bizi kölə kimi saxlamaq olub".

R.Balayev qeyd edib ki, bu gün Azərbaycanın sürətli inkişafı, xüsusilə Prezident İlham Əliyevə olan beynəlxalq etimad və hörmət bəzi qüvvələri narahat edir. “Azərbaycan kiçik bir ölkə olsa da, böyük dövlətlərin rəhbərləri Prezidentimiz haqqında yüksək fikirlər söyləyirlər. Biz Qarabağı azad etdik, inkişaf edirik. Bunu görən Rusiya artıq nə edəcəyini bilmir”, - deyə xalq artisti vurğulayıb.

Xalq artisti soydaşlarımıza qarşı Rusiyada baş verən zorakılıqları faşizmdən betər adlandırıb: “Rusiyada azərbaycanlılara qarşı vəhşiliklər, işgəncələr, alçaldıcı davranışlar müşahidə olunur. Bu, artıq faşizmin özünü də geridə qoyur. Bilməliyik ki, Rusiya heç vaxt bizim yaxşılığımızı istəməyib. Ona görə də Zəngəzur dəhlizinə nəzarət etmək istəyirlər. Bütün bunlar bir əsrdir ki, davam edən bəlalardır və qaynağı da Rusiyadır”.

R.Balayev eyni zamanda rus dilinə olan meyildən narahatlığını ifadə edib: “Təəssüf ki, bir çox ailələrdə rusca danışırlar. Biz müstəqil dövlətik, öz dilimizdə danışmalıyıq. Lazım gəlsə, rusla qarşılaşanda rusca danışarıq. Amma beş azərbaycanlının bir yerdə rus dilində danışması unutqanlığımızın göstəricisidir. Rus bizə bir dəfə gülümsəyəndə dərhal onu dost bilirik. Eləcə də ermənilər bizə qarşı bu cür davranırlar”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Bu gün, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Bu gün, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Bu gün, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Bu gün, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Bu gün, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Bu gün, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Bu gün, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru