Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                 

"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Tarix: Bu gün, 06:37 | Çap et

Tez-tez belə bir fikir səsləndirilir ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanı sualların səviyyəsinə və vaxt məhdudiyyətinə görə sertifikasiya imtahanından daha çətindir və daha çox hazırlıq tələb edir. Bu fərqi imtahanlara ayrılan vaxtdan da görmək mümkündür: Sertifikasiya imtahanı üçün müəllimlərə 60 dəqiqə vaxt ayrıldığı halda, MİQ imtahanı 150 dəqiqə davam edir.

Bəs görəsən, müəllimlərin MİQ və sertifikasiya imtahanlarını bir-biri ilə müqayisə etməsi nə qədər məntiqlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu iki imtahanın məqsədi, məzmunu, hüquqi və funksional mahiyyəti bir-birindən fərqli olduğu üçün onların eyni çərçivədə müqayisə olunması yanaşma baxımından qüsurludur.

"MİQ imtahanı işə qəbul məqsədi daşıyırsa, sertifikasiya imtahanı artıq sistemdə çalışan müəllimin fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafının monitorinqidir. Əgər bu fərq nəzərə alınmadan müqayisə aparılırsa, nəticələr yanlış interpretasiyaya səbəb olur.

MİQ imtahanında müəllimlər vakant vəzifəyə təyinat üçün yarışır. Bu imtahan 150 dəqiqə davam edir və burada ixtisas bilikləri ilə yanaşı, metodika, pedaqoji situasiya, kurikulum və məntiq tapşırıqları da yer alır. Bu tip müxtəlif test strukturu iştirakçılardan daha geniş bilik, bacarıq və təfəkkür tələb edir. 2023-cü il üzrə statistikaya əsasən, MİQ imtahanında iştirak edən müəllimlərin yalnız 31%-i keçid balını toplamışdı. Bu fakt onu göstərir ki, MİQ daha çox seleksiya xarakterli imtahandır və burada əsas məqsəd yalnız biliyi yoxlamaq deyil, həm də potensial namizədlər arasında seçim etməkdir. Qanunvericilik baxımından da MİQ imtahanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 iyun 2020-ci il tarixli 275 nömrəli əmri ilə tənzimlənir və burada işə qəbulun müsabiqə yolu ilə aparılması əsas hüquqi baza kimi göstərilir.

Sertifikasiya imtahanı isə fərqli bir funksiyanı yerinə yetirir. Bu imtahan artıq tədris prosesində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyən edilməsi və əməkhaqqı sistemində diferensiallaşdırılmış yanaşmanın tətbiqi məqsədilə həyata keçirilir. 60 dəqiqəlik bu imtahanda yalnız ixtisas və metodika üzrə test tapşırıqları yer alır. Məqsəd müəllimin fəaliyyətinin səmərəliliyini və tədris etdiyi fənn üzrə bazis biliklərini qiymətləndirməkdir. 2024-cü ilin məlumatına görə, kimya fənni üzrə keçirilmiş sertifikasiyada iştirak edən 2500 müəllimin 85%-i keçid balını toplamış, orta nəticə 40 baldan yuxarı olmuşdur. Bu, göstərir ki, sertifikasiyada məqsəd seçim yox, inkişafın diaqnostikasıdır. Hüquqi əsas olaraq bu imtahan “Təhsil haqqında” Qanunun 30-cu maddəsinə, “Dövlət ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sertifikatlaşdırılması Qaydası”na əsaslanır və dövlətin müəllimin karyerasına və əməkhaqqı siyasətinə yönəlik alətidir".

Ekspert dedi ki, müsbət cəhət odur ki, hər iki imtahan pedaqoji sahəyə daxil olan və burada çalışan şəxslərin bilik səviyyəsinin qiymətləndirilməsi və sistemin keyfiyyət təminatı baxımından vacib rol oynayır:

"MİQ imtahanı tədrisə yeni başlayan şəxslərin ilkin seleksiyası üçün səmərəli vasitədir və təhsildə keyfiyyətin yüksəldilməsi baxımından filtr funksiyası daşıyır. Sertifikasiya isə mövcud müəllimlərin keyfiyyət baxımından inkişafını və fərqləndirici əməkhaqqı sisteminin formalaşmasını təmin edir. Məsələn, 2022-ci ildə sertifikasiya nəticəsinə görə 30 baldan yuxarı toplayan müəllimlərin maaşı 35%-ə qədər artırılmışdı. Bu isə müəllimlərin daha məsuliyyətli fəaliyyətə cəlb olunmasında mühüm stimul olmuşdur.

Mənfi tərəf isə ondadır ki, bəzi hallarda bu iki imtahanın forması arasında fərqliliklər aydın izah olunmadığı üçün müəllimlərdə çaşqınlıq yaranır. Xüsusilə sertifikasiyanın nəticələrinə əsasən maaş artımı tətbiq olunarkən, bəzi müəllimlər MİQ ilə müqayisə edərək öz nəticələrini daha zəif hesab edirlər. Bu zaman pedaqoji ictimaiyyət arasında haqlı və haqsız müqayisələr meydana çıxır.

K.Əsədov qeyd etdi ki, MİQ imtahanında yüksək bal toplayan müəllimlərin sertifikasiyada aşağı nəticə göstərməsi və ya əksinə hallar da mövcuddur ki, bu da testlərin strukturunun və məzmununun uyğunlaşdırılmasına ehtiyac olduğunu göstərir.

"Müəllimlərin bu iki imtahanı eyni səviyyədə müqayisə etməsi əslində nəticələrin təhrif edilməsinə, təhsil ictimaiyyətində yanlış qənaətlərin formalaşmasına səbəb olur. Əgər MİQ seleksiya və işə qəbul üçündürsə, sertifikasiya diaqnostika və inkişaf üçündür. Bu səbəbdən birində rəqabət var, digərində yox. Birində nəticə sıralama ilə təyinat verir, digərində isə yalnız fərdi inkişaf məqsədi daşıyır. Yaxşı olardı ki, Elm və Təhsil Nazirliyi tərəfindən bu iki imtahanın fərqləri ictimaiyyətə daha sistemli və aydın şəkildə izah edilsin, imtahan materialları üzrə nümunə bazası açıqlansın və müəllimlər arasında təlimlər keçirilsin.

Gələcəkdə dəyişməli olan odur ki, MİQ və sertifikasiyanın strukturu arasında müəyyən uyğunluq təmin edilsin, eyni zamanda, sertifikasiya imtahanı yalnız test formatında deyil, pedaqoji fəaliyyətin faktiki nəticələrinə əsaslanan müxtəlif qiymətləndirmə formaları ilə (portfel, dərs müşahidəsi, müəllim özünüqiymətləndirmə və şagird nailiyyəti göstəriciləri) tamamlanmalıdır. Bu, qiymətləndirmənin daha obyektiv və inkişafyönlü olmasını təmin edər", - deyə ekspert vurğuladı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru