İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                 

"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Tarix: 5-07-2025, 10:27 | Çap et

Son günlər bəzi Rusiya mediasında Azərbaycana turist axınının guya kəskin azaldığı, turların kütləvi şəkildə ləğv olunduğu haqda məlumatlar yayılıb. Hətta 30-40 faiz azalma olduğu iddia edilirdi. Amma Rusiya Səyahət Sənayesi İttifaqı bu xəbərləri təkzib edib.

Qurumun rəhbəri İlya Umanski bildirib ki, Azərbaycana turist səfərlərinin kütləvi şəkildə dayandırılması müşahidə olunmur: “Turoperatorlarla əlaqə saxladıq, heç bir kəskin azalma yoxdur. Hər yay müəyyən qədər ləğv olur, bu da normaldır. Azərbaycandakı həmkarlarımız da ruslara münasibətdə heç bir problem olmadığını deyirlər”.

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bildirir ki, may ayında Bakıda bronların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən eyni səviyyədə olub. İyun ayı və iyul üçün bronlarda ciddi dəyişiklik yoxdur. Ləğv edilən sifarişlər də normaldır. Hər il bəziləri planlarını dəyişir. Amma 30-40 faiz azalma yoxdur.

Rus turistlərin Azərbaycana marağı anlaşılandır. Ölkəmiz həm yaxın məsafədədir, həm də qiymətlər münasibdir. Rusiyalı turistlər üçün ən vacib məqamlardan biri də odur ki, Azərbaycanda rus dilində ünsiyyət asandır və özlərini yad hiss etmirlər.

Bakı, Qəbələ, Şəki və Quba bölgələri rusiyalı turistlər üçün ən çox seçilən məkanlardır. Ekspertlər hesab edir ki, gələcəkdə ölkələr arasında vəziyyət daha da gərginləşsə, bunun təsirləri hiss oluna bilər. Ona görə də turizm sektoru yalnız Rusiya bazarına güvənməməli, digər ölkələrdən də turist cəlb etməyə çalışmalıdır.

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a bildirib ki, regionda baş verən gərginliklər, 3 ildir davam edən Ukrayna-Rusiya müharibəsi, Pakistan-Hindistan, İsrail-İran münaqişəsi müxtəlif formada Azərbaycana gələn turistlərin sayının azalmasına təsir göstərib: “Xüsusən, İran və İsrail arasında gedən son 12 günlük müharibədə hava məkanının qapalı olması həmin məkan üzərindən gələn ərəb və körfəz ölkələrinə də müəyyən məhdudiyyətlər yarandı. Əlbəttə ki, bu ümumi turistlərin sayına mənfi təsir göstərdi. Çünki normalda yay ayı Azərbaycanda turistlərin ən çox olduğu dövrdür. Amma hava məkanları bağlı olduğu üçün 3 saatlıq uçuşu dolayısı ilə 6-7 saata uçmaq məcburiyyətində olan turistlər daha asan gedə biləcəkləri yerə yönəlirlər.

Son bir neçə gün ərzində Rusiya-Azərbaycan arasında yaşanan gərginliklər nəticəsində bir çox tədbirlər, konsertlər ləğv olundu. Belə olan halda bu əyləncə tədbirlərinin auditoriyası da səfərlərini təxirə salmağa məcbur oldu. Bir məqamı da qeyd edim ki, əvvəlki illərdə ölkəmizə gələn rus turistlərin sayı daha çox olurdu. Bu il hələlik bir aktivlik yoxdur. Ola bilsin ki, rus turistlər gözləmə mövqeyindədir. Lakin hər hansısa gərginlik olanda və bu, mətbuatda işıqlananda səyahət etməli insanlar səfərlərini sonraya saxlayırlar. Bu mənada regionda və qonşuluğumuzda yaranmış gərginliklər əlbəttə ki, turistlərin qərarlarına təsir edir. Nəzərə alsaq ki, statistika həm də vətəndaşlığı olan insanların da qeydiyyatını edir, əlbəttə ki, Rusiyadan bizim çoxlu soydaşlarımız var və onlar qohumlarını ziyarət etməyə gəlirlər. Əslində biz onları da turist kimi qeyd edirik, lakin onlar hotellərdə qalmırlar".

Aşurov bildirib ki, hazırda Azərbaycan turizm sektorunda bir passivlik yaşanır: “Ümid edirik ki, tezliklə bu məsələlər öz həllini tapar. Alternativ bazara yönəlik müxtəlif addımlar atılır. Digər bazarlardan, Orta Asiyadan, Çindən, Şərqi Avropadan gələn turistlərinin saylarının artması üçün iş aparılır. Bakıda indi doluluq səviyyəsi iki dəfə aşağı düşüb. Bu, hotellərin fəaliyyətinə iş adamlarına da təsir göstərir. Çünki uçuşun əlverişli olmaması və müəyyən ölkədən olan turistlərin Azərbaycana gəlməməsi qərarları ümumi saya təsir edir.

Rus turistlərin sayı 2019-cu ildə daha çox idi. Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi. 2020-ci ildə isə pandemiya ilə əlaqədar bu rəqəm 225 minə düşdü. 2024-cü ildə isə bu rəqəm 2 dəfə aşağı düşüb: 731?009 nəfər Rusiyadan ölkəmizə səfər edib. Gələnlərin sayına görə rus turistlər İran və Gürcüstandan sonrakı yerdə 3-cü pillədə qərarlaşır. Rusiyadan Azərbaycana gələnlərin payı 30 faizə yaxındır".

Ekspert bildirib ki, Azərbaycan alternativ bazar kimi Orta Asiyaya nəzər salmalı və Özbəkistan, Qazaxıstan və Çindən turist cəlb etməlidir. Birbaşa uçuşların təmin olunması oradan gələn turistlərin sayına təsir edə bilər.

Millət vəkili Vüqar Bayramov bildirir ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gecələmələrin ümumi sayının 14, 3 faizi rusların payına düşür.

Azərbaycan son illərdə rus turistlər üçün yaxın, rahat və maraqlı istiqamətlərdən biri olaraq qalıb. Coğrafi yaxınlıq, vizasız giriş və münasib qiymətlər Azərbaycana üstünlük qazandırır. Rəsmi statistikalara görə, 2024-cü ildə Azərbaycana gələn xarici turistlərin böyük hissəsi məhz Rusiyadan olub. Onlar üçün üçün Azərbaycan hələ də ən çox seçilən yaxın istiqamətlərdən biridir. Türkiyə, BƏƏ, Misir və Tailandla yanaşı, Azərbaycan da onların ən çox səfər etdiyi ölkələr siyahısında qalır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru