Tanınmış təhsil eksperti Nadir İsrafilov xəstəxanaya yerləşdirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalist Xəyalə Rəis bildirib.
Onun sözlərinə görə, N.İsrafilov hazırda Avropa Beynəlxalq Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti kritikdir.
Jurnalist qeyd edib ki, Nadir İsrafilovun vəziyyəti həkimlər tərəfindən kritik olaraq qiymətləndirilir və həkim nəzarəti altında intensiv müalicə tədbirləri görülür.