Ermənistanın İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının iştirakçılarının və liderlərinin terror aktları törətməyə və hakimiyyəti ələ keçirməyə cəhd etməsi faktı ilə bağlı açılmış cinayət işi çərçivəsində gizli istintaq hərəkətləri nəticəsində əldə edilmiş səs yazılarını dərc edib.
“Report”un məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər verir.
Səs yazılarında "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın, eləcə də hərəkatın digər iştirakçılarının bəyanatları eşidilir.
Səs yazılarında dövlət sisteminin bloklanması, xaosun yaradılması və hakimiyyət dəyişikliyinin həyata keçirilməsinə yönəlmiş müxtəlif metodlar (əsas magistralların bloklanması, partlayışlar, texniki nasazlıqlar və sistemlərin iflic olması) təsvir edilir.
KİV-in məlumatına görə, Ermənistanın İstintaq Komitəsi bu iş üzrə 14 nəfəri, o cümlədən Baqrat Qalstyanı saxlayıb, 90-dan çox ünvanda axtarış aparılıb.
Eyni zamanda, qeyd olunub ki, hazırda məhkəmədə Baqrat Qalstyanın həbsi ilə bağlı İstintaq Komitəsinin vəsatətinə baxılır.