Bu şərtlər olduqda işəgötürən işçini: yüngül işə müvəqqəti və ya daimi keçirməyə borclu və məcburdur, istəyindən asılı olmayaraq. !!!
1.Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri - işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
2.İşçilərin sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə onların səhhətinə: mənfi təsir göstərməyən yüngül və əvvəlkinə işinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
3. Xroniki ağır xəstəliyə tutulmuş, səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq - əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
4. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş, peşə xəstəliyinə tutulmuş, həkim məsləhət komissiyası və ya Tibbi-sosial ekspert komissiyasının rəyi ilə - yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.
5. Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri - işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül işə müvəqqəti və ya daimi keçirməyə borcludur, bu işəgötürənin istək və ya razılığından, iş yerinin olub olmamasından, iradəsindən asılı olmayaraq təmin edilməlidir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)