Los-Ancelesdə (Kaliforniya) etirazçılar arasında peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.
“Fox News”da ondan polislə toqquşmalarda etirazçılara kərpiclərin mütəşəkkil şəkildə çatdırılması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirməsi istənilib:
“İnsanlara bunun üçün pul verilir, onların davranışlarını görə bilərsiniz. Onlar etirazçıların izdihamı içərisindədirlər və zorakılıq törətmək üçün bir-birlərinə işarə verirlər. Bu əməliyyatdır və peşəkar şəkildə həyata keçirilir. Bu, əvvəllər də olub, biz buna son qoyub hamısını məsuliyyətə cəlb edəcəyik”, - nazir bildirib.
Noem Los-Ancelesi bürümüş iğtişaşların təşkili və maliyyələşdirilməsinin arxasında konkret kimin ola biləcəyini açıqlamayıb.