"İcra başçısı dedi ki, torpaq filan yoxdur, sənədlərini gətir, 100-200 manat verərik" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 29-08-2022, 14:27 | Çap et
 Vətən müharibəsi qazisi Həsənov Cavid Sahib oğlu Zərdab rayonunun icra başçısı Mərdan Camalovla bağlı iddialar səsləndirib. DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə qazi sosial şəbəkə hesabında paylaşım edib. C.Həsənov iddi edib ki, icra başçısı onu qəbul etsə də, dinləmək istəməyib: “Mən Həsənov Cavid Sahib oğlu, 16 ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm, Vətən Müharibəsində yaralanaraq qazi olmuşam. Bu il avqustun 22-də sakini olduğum Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qəbuluna getdim. Məni qəbul etdiyi üçün icra başçısına təşəkkür etdim və bildirdim ki, mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq ayrılmasını xahiş edirəm. Cənab Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib başladı deyinməyə. “Hamınız üstümə gəlirsiniz, elə bil, bura bankdır, mən pul paylayanam?!” - bu cür sözlərlə məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üz tutaraq bildirdi ki, bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir. Dedim ki, mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib və mən həm əliləm, həm onkoloji xəstəyəm. Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var. İcra başçısı məni heç dinləmədi, “torpaq filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik” deyib otaqdan çıxdı. İcra başçısının qazi və şəhid ailələri ilə iş üzrə köməkçisi Zinhar müəllim isə mənim 20 ilə yaxındır rayonda yaşamadığımı deyərək guya mənim haqsız olduğumu bildirdi. Dedim ki, mənim rayonda yaşamamağım təbiidir, çünki mən 16 il XTD-də (Xüsusi Təyinatlı Dəstə - red.) xidmət etmişəm. Siz rayon rəhbərliyi olaraq heç öz sakinləriniz olan qazilərlərlə maraqlanmısınız? Mən 2 ildir qaziyəm və yaralı, ağır vəziyyətdə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanmayıb. Yalnız rayonun polis şöbəsinin rəisi Azər Əfəndiyev mənimlə danışıb, müəyyən köməklik göstərib. Bunları deyəndə icra başçısının köməkçisi dedi ki, sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin. Ona dedim ki, axı mən yataq xəstəsi olaraq necə gələ bilərdim bura? Mənimlə maraqlanmaq sizin işinizdir axı. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb. Son olaraq icra başçısının köməkçisi dedi ki, sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik. Mənimlə dilənçi kimi davrandı və demək olar ki, məni qovdu. Dedim ki, mənə olan bu münasibətiniz doğru deyil və mən bununla bağlı cənab Prezidentə, ictimaiyyətə müraciət edəcəm. O heç narahat da olmadı və görüş beləcə bitdi”. Qazi həmçinin qeyd edib ki, icra başçısı və yaxınları rayonun bəzi kəndlərində torpaq zəbt edib: “Rayonda yaşayanlar bilir ki, Zərdabın, demək olar ki, bütün kəndlərdində, eləcə də mənim qeydiyyatda olduğum Otmanoba kəndində torpaqları icra başçısı və yaxınları zəbt edib, əkiblər. İnanıram ki, Zərdab rayonunda icra hakimiyyətinin bu özbaşınalığına son qoyulacaq. Cənab Prezidentin qazi və şəhid ailələrinə qayğı ilə bağlı verdiyi tapşırıqları heçə sayan məmurlar öz cəzasını alacaq”. Qazinin iddiaları ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, araşdırılıb bu barədə məlumat veriləcək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
|