Təyyarəsi necədirsə, taksisi də elədir... - Aeroportun taksiləri "baş kəsir"
Tarix: 24-06-2022, 12:09 | Çap et
 Bakı hava limanı sözün əsl mənasında bazara çevrilib. Yox, bu dəfə “AZAL”-ın dəyişməz, böyük və qüdrətli qiymət siyasətindən danışmayacağam. Bəllidir ki, “AZAL”-a “daydaylıq” edən hər kimdirsə, mənim, sənin, bizim gücümüz çatacaq birisi deyil. Və bütün KİV-in yazdıqlarını oxuyub, bığaltı gülür də... Deyir “dəyirman baş ağrıdır, çaxçax öz işində”. Burada çax-çax biz media qurumları oluruq. Nə isə, keçək mətləbə...
Bir neçə gün əvvəl gecə saatlarında “Bakı Taksi Xidməti”-nin xidmətindən istifadə edim. Bilirsiniz nəyi deyirəm? “Rahat və komfortlu olduğu" deyilən “London” taksilərinin qırmızısı var ha, onların xidmətindən. Düşündüm nə olar, bir gün biz də “ağ insanlar kimi” lüks həyat yaşayaq. Deməz olaydım. Yaxınlaşıb qiymətlərlə maraqlandım.
“London” taksinin sürücüsü gedəcəyim yeri soruşdu, dedim. Adətən, getdiyim ünvana ən baha aparan taksilər belə 15 manatdan artıq qiymət demir. Ürəyimdə düşündüm ki, uzağı bu taksi istəsin 20-25 manat... Ləng davranış sərgiləyən sürücü mənə dedi ki, gedəcəyim yerə məsafə çox uzaqdır və bu mənə çox baha başa gələcək. Mən də cavab verdim ki, “qardaş rayona getmirəm ki, Bakıda daxilindədir, qiymət danışaq”. Bu vaxt sürücü mənə bildirdi ki, “bu taksinin yerindən tərpənməsi 40 manatdır”. Eşitdiyim qiymətə inanmayıb təkrar soruşdum ki, “gedəcəyim ünvana 40 manata aparırsınız?” Sürücü dedi, “yox sadəcə, taksiyə minirsən 40 manat yazılır, sonra kilometrə görə hesablanır”...
Kənara çəkilib avtomobilə baxdım, yəni bildiyiniz “London” taksisi, xüsusi əlavəsi, artırması, lifti, yumşaq yatağı və s. olmayan taksi... Dedim yəqin əcnəbilər üçün nəzərdə tutulub. Sürücülər susdular. Sonra digər taksi sürücüləri ilə söhbətləşdim. Onların sözlərinə görə,“London” taksi sürücüləri hər gün 70 manat plan verdiyi üçün qiymətlər belə “ceyran belindədir”.
“Bakı Taksi Xidməti” haqqında hava limanının saytında yazılan məlumatlara nəzər saldım. Saytda xüsusi qürurla qeyd edilib ki, “Bakı Taksi Xidməti” yeganə dövlət taksi xidmətidir. Sonra isə, taksilərin duracağı, sifariş etmə və s. haqında məlumatlar var. Qiymətlərə gəldikdə isə, bu barədə konkret rəqəm yazılmayıb.
Yəqin sürücülərə tapşırılıb ki, gözünüzü yumub qiymət oxuyun, “kim yeyər, yeyər” və yaxud “yesələr də budur, yeməsələr də”… Saytda həmçinin qeyd edilib ki, “Bakı Taxi” müştərilərinə TX4 və LEVC TX markalı “London Taxi” minik avtomobilləri ilə xidmət göstərir. Xatirinizdədirsə, bu avtomobillərin qiymətləri haqqında yazmışdıq bir müddət öncə.
Sonda sürücülər xüsusi olaraq qeyd etdilər ki, bu taksilər aeroportun taksiləridir. Düzü, onlar qiyməti dedikdən sonra həmin yolu 12 manata aparan sürücülərə minnətdarlıq etmək gəldi içimdən. Sonra da düşündüm ki, Bakı Taksi Xidməti dövlətindir və aeroporta məxsusdur. Aeroport isə Cahangir Əsgərovun biznesidir. Belə çıxır ki, Bakı Taksi Xidməti də müəllimin biznesinə daxildir. Bəlkə də “AZAL”-ın qiymət siyasəti eynilə “Bakı Taksi Xidməti” taksilərinə də tətbiq edilir. Yoxsa özünüz düşünün 40 manata yerindən tərpənən taksi olar?
Bir də maraqlı başqa sual var: “Bakı Taksi Xidməti” dövlətindir, “AZAL” da dövlətindir və eyni qiymət siyasəti aparılır. Bəlkə biz bilmirik, elə dövlət dediyimiz Cahangir Əsgərovun özüdür?
Qeyd edək ki, Bakı Taksi Xidmətinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olduğu deyilir. Məsələ ilə bağlı nazirliyə sorğu ünvanladıq. Cavabı olarsa, sizinlə paylaşacağıq. Mövzunu davam etdirəcəyik. Bizimyol.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
|