Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                 

Elbrus Həsənov tenderləri NECƏ QAZANIR? - İLGİNC FAKTLAR
Tarix: 10-06-2022, 10:03 | Çap et
Elbrus Həsənov tenderləri NECƏ QAZANIR?
Qaradağ rayonunun Lökbatan qəsəbəsində hər il yolların təmiri işləri aparılır. İlk baxışdan bunun təqdirəlayiq bir hal olduğunu düşünmək olar. Lakin sakinlər tərəfindən redaksiyamıza verilən məlumatlarda bu işlərin ancaq qəsəbənin mərkəzi küçələrində aparıldığı bildirilir, hər il eyni yollar təmir olunur, qəsəbənin yeni salınan məhəllərindəki küçələr isə baxımsız olaraq qalır, çoxsaylı şikayətlərə baxmayaraq asfaltlaşdırılmadığı söylənilir. Qəsəbənin abadlaşdırma, təmir -tikinti işlərinə birbaşa nəzarət edən Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən hər il yolların təmirinə külli miqdarda vəsait ayrılır və qeyd etdiyimiz kimi təmir işləri hər il eyni küçələrdə həyata keçirilir.

Qaradağ rayon İcra Hakimiyyətinin rəsmiləri isə Lökbatan qəsəbəsində hər il eyni küçələrdə aparılan təmir işlərini, bəzi məhəllərdə baxımsızlıqdan yaranmış xaos vəziyyəti görməzdən gəlirlər. Bütün bunları hamı gördüyü halda, rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da görməzdən gəlir. Süleyman Mikayılovun bir neçə il bundan qabaq Aparatın Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəis təyin etiyi Namizəd İsmayılov isə bir neçə nəfərlə əlbir olub Lökbatanın abadlaşdırılmasına ayrılan dövlət vəsaitlərini satınalmalar yolu ilə kənarlaşdırmaqla məşğuldur. Təbii ki, təkbaşına deyil, Süleyman Mikayılovun göstərişləri əsasında. Əslində Namizəd İsmayılovun əlbir olduğu dediyimiz adamlar, elə Süleyman Mikayılovun adamlarıdı. Belə olmasa bir şirkətlə hər il Lokbatan qəsəbəsindəki eyni küçələri kim təmir edə bilər. Diqqət rəqəmlərə.

Yolların əsaslı təmir işlərinin satınalınması üzrə 09.06.2022-ci il tarixdə 720 146.68 manat, abadlıq işlərinin satın alınması üzrə 09.06.2022-ci il tarixdə 440 957.86 manat məbləğində satınalma müavilələri TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 1 161 104 manat təşkil edir.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası nə yolların əsaslı təmir işlərinin satınalınması üzrə, nə də abadlıq işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderlərin şərtlər toplusunda rayon ərazisində hansı küçədəki yolların təmir olunacağını və hansı küçədə abadlıq işlərinin aparılacağını açıq şəkildə göstərməmişdir. Xatırlatmaq istərdik ki, ötən il də Lökbatan qəsəbəsində abadlıq işlərinin aparılmasına külli miqdarda vəsit ayrılmışdı. Qəsəbədə abadlıq işlərinin aparılmasına bu il də külli miqdarda dövlət vəsaiti ayrılıb. Lakin sakinlərin bizə verdiyi məlumatlara görə yolların təmiri yenə də eyni küçədə, yəni ancaq mərkəzi küçədə aparılır. O cümlədən də abadlıq işlərinin aparılması işləri də. Axı mərkəzi küçələrdə ötən il abadlaşma, təmir işləri aparılmışdı. Yenidən bu küçələrin təmirinə zərurət var idimi?

Belə çıxır ki, ötən il təmir işləri keyfiyyətli aparılmadığından yollar yenə bərbad hala düşüb. Amma elə deyil. Ötən il təmir olunan yollarda və abadlaşdırılan məhəllələrdə indi kosmetik işlər aparılır. Nəticədə isə hər il eyni küçə və ərazini abadlaşdırmaq adı altında dövlətin külli miqdarda vəsaiti təyinatından kənarlaşdırılır. Həm də bir şirkətin, “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin əli ilə. Gəlin indi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən satınalmalar yolu ilə təmir və abadlaşdırma işləri üzrə sözügedən şirkətlə bağladığı digər satınalma müqavilələrinə diqqət yetirək.

Abadlıq işlərinin görülməsi ilə bağlı mal-materialın satınalınması üzrə 03.08.2021-ci il tarixdə 61 644.38 manat, 11.08.2021-ci il tarixdə 70 569.9 manat məbləğində satınalma müavilələri “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 132 214 manat təşkil edir.

Abadlaşdırma işləri üzrə mal materialın alınması üzrə 74 632.78 manat, abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması üzrə 83 099.38 manat, yolların əsaslı təmiri üzrə 893 034.21 manat məbləğində satınalma müaviləsi 03.06.2020-ci il tarixdə “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 1 050 766 manat təşkil edir.

Göründüyü kimi, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi son üç il ərzidə Lökbatan qəsəbəsinin abadlaşdırılması və yolların təmiri məqsədi ilə təkcə “TƏMİR-TƏCHİZAT-4 ” MMC-ilə 2 344 084 manat məbləğində vəsait xərcləyib.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2021-ci ildə yolların əsaslı təmiri işlərinin satınalınması üzrə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 889 254 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Abadlıq işlərinin satınalınması üzrə isə 2021-ci ildə “TEXNOMAKS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 719 666 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Amma Lökbatan qəsəbəsinə qısa bir media tur təşkil olunsa bu abadlıq işlərini görə bilərikmi? Qəsəbənin mərkəzi küçələrində aparılan kosmetik təmir işlərindən başqa heç bir abadlaşdırmadan söhbət gedə bilməz.

Qeyd edək ki, Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 27.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 13, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu göstərilir.

Burada müəmmalı bir məqamı diqqətinizə xüsusilə çatdırmaq istərdik. Belə ki, Akualinfo.org-un 23.06.2021-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yolların təmiri işləri aparılması ilə bağlı yaydığı məqalədə yuxarıda qeyd etdiyimiz kimi “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2018-ci ildə dövlət qeydiyyatına alındığı göstərilirdi. Amma indi isə MMC-nin həm dövlət qeydiyyatına alındığı tarix, həm də hüquqi ünvanı dəyişdirilib və aşağıdakı kimidir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 50A, m. 2, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu göstərilir.

Göründüyü kimi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi son illər təkcə abadlaşdırma və yolların təmiri işlərinə külli miqdarda dövlət vəsaiti ayırıb. Amma tenderin şərtlər toplusunda abadlıq işlərin hansı məhəllərdə, yolların hansı küçələrdə təmir olunacağı göstərilməyib.Bu isə o deməkdir ki, hər il eyni bir yol təmir edilir, eyni bir neçə məhəllə və küçələr kosmetik şəkildə abadlışdırılır. Ayrılan vəsaitlərin böyük hissəsi isə bəlli olmayan istiqamətlərə gedir.

Qeyd edək ki, Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Namizəd İsmayılov sözügedən vəzifəyə təyin olunana qədər Lökbatan qəsəbə Bələdiyyəsinin sədri olub. Yəni qəsəbəni yaxşı tanışıyır. Bu günə qədər qəsəbədə hektarlarla torpaq satdıqdan sonra Süleyman Mikayılovun xeyir-duası ilə Birliyiə rəis təyin olunub. İndi isə birləşərək Lökbatan qəsəbəsinin abadlaşdırılması barədə süni görüntülər yaradırlar. “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Elbrus Həsənov isə bu görüntülərdən onlara “otkat” qaytarır. Qədəri bir gün üzə çıxacaq. İmişli rayonun hazırda həbsdə olan keçmiş İcra başçısının məhkəməsində olduğu kimi. Xatırladaq ki, məhkəmədə bir neçə şirkət rəhbərləri Vilyam Hacıyevin üzünə duraraq tenderlərdən milyonlarla manat “otkat” qaytardıqlarını iddi edirdilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru