Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                 

Göygöl səhiyyəsində NƏLƏR BAŞ VERİR? - ŞOK İTTİHAMLAR
Tarix: 2-06-2022, 11:56 | Çap et
Göygöl səhiyyəsində NƏLƏR BAŞ VERİR?
Göygöl Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi Şəxsin harınlamış, təyinatından bəri qorxmadan korrupsiya və rüşvətə aludə olmuş direktoru Vasif Əliyev indi də xəstəxana kollektivinə qarşı qoçuluqla, əl-qol atmaqla, cərrahiyyə əməliyyatları üçün aldığı və ya pasientlərdən tələb etdiyi rüşvəti ifşa edən xəstəxana işçilərini başının dəstəsilə birgə döyməklə məşğuldur. Demokratik.Az-ın məlumatına görə, hazırda Göygöl rayon polis şöbəsində və rayon prokurorluğunda açılan cinayət işi məhz bu rəzillikdən bəhs edir, laboratoriya müdir Zeynalabdin Əliyevin şikayəti üzrə istintaq aparılır.
Yuxarıda ipucu verdiyim qəbuledilməz detallara varmadan hazırda TƏBİB adlı quruma rəhbərlik etməkdə olan Vüqar Qurbanova bir daha bildirək ki, sələfi Ramin Bayramlının Göygöl xəstəxanasına təyin etdiyi "60 minlik" direktorun adi etik davranış və idarəetmə bacarıqları yaşı 40-ı ötsə də formalaşmayıb. İxtisasca cərrah olan bu əndazə və səlahiyyət həddi tanımayan şəxsin oturduğu isti qucaqlardakı məstedici rahatlığı, şımarıqlığı, məhz Vüqar Qurbanovun və digər dövlət qurumlarının Vasif Əliyev davranışlarına biganəliyi onu direktorluq-həkimlik qılafından tamamən çıxarıb. Bu, bir kənddən ağır hikkələrilə şəhərə enən adam büründüyü cəzasızlıq mühitində ona həvalə edilmiş vəzifə səlahiyyətlərini ilk öncə qazanc məqsədilə istifadə edir, bacarıq-qabiliyyətinə görə deyil, maddiyyatla qonduğu kreslosuna xeyli ağır gəlir. Ən dəhşətlisi, Vasif Əliyev rayon Xəstəxanasını 1994-cü ildə hakimiyyəti ələ keçirmək üçün Ulu Öndər Heydər Əliyevə qarşı çıxmış Kəramət Kərimovu günlərlə Balçılıdakı bağında gizlətmiş, sabiq baş nazir Sürət Hüseynovla dostluq etmiş mərhum atası Şahin Əliyevin xırmandalı zənn edib istədiyi kimi tarıma çəkir. Adam o qədər xəstədir ki, nə il ərzində xəstəxanaya ayrılan 150 min manatlıq dərmanı yeməklə, nə xəstəxanada stasionar pasientlərə bişirilməli olan yeməkləri və gündəlik çörək və digər nazu-nemətləri həzm-rabe etməklə də doymaq bilmir. Tam əksi, direktor ola-ola təlimatdankənar bütün əməliyyatlara burnunu soxan, rüşvət alaraq xəstələri doğrayan Əliyev gün keçdikcə tamahını qılıncdan da iti edir. Bu kimi faktları yazsaq da, desək də Vüqar əfəndinin öz tabeliyindəkinə qulaqburması verməməsinə şahidlik etməkdəyik. Bu isə, ölkə səhiyyəsinin inkişafına, kadrların seçimində şəffaflığa həssas yanaşan prezidentin TƏBİB rəhbərliyinə etimadına ən azından hörmətsizlikdir.

Beləliklə, xəstəxanadakı dava olayına keçək;
Mayın 25-də, saat 14:30 radələrində direktor Vasif Əliyev yanına cərrah İlkini, Simral, Elşad, Fuad, Nazim, Nazir adlı nəzarəçiləri götürərək xəstəxananın radiologiya şöbəsinin ikinci mərtəbəsində fəaliyyət göstərən laboratoriyaya hücuma keçib. Direktor və yandaşları dava etmək niyyətilə laboratoriya müdiri Zeynalabdin Əliyevin iş otağına daxil olduqdan sonra, mikroskopla işləyən adamı döyməyə başlayıblar. Əvvəlcə, direktor ağır sözlərlə Z.Əliyevi təhqir edib, onu stolun arxasındaca şillə ilə vurub. Ardınca da, cərrah İlkin laboratoriya stoluna təpikləyib otaqda əlinə keçən nə varsa hər şeyi zərərçəkmişin başına vurmaqla, əl-qol atmaqla döyüblər.

Dava zamanı otağın qapısı direktorun göstərişilə koridordan bağlanıb və Simral adlı nəzarətçi davanı durdurmağa çalışan işçilərin otağa girməsini dayandırıb. Lakin, şöbənin xanım işçiləri Təqiqət Ağayeva və Ceyran Məmmədova israrlı cəhddən sonra otağa daxil olaraq direktoru və qoçuluq edən İlkini birtəhər koridora çıxara biliblər. Dava zamanı laboratoriya otağındakı tibbi ləvazimatlar, qoruyucu kamera, ventilyator, mikroskop, petri, karon və şüşəli əşyalar sındırılaraq yararsız vəziyyətə salınıb. Otağın döşəməsi şüşə qırıqları ilə dolub, rəngli maye sabunu yerlə bir olub. Xadimə işləyən Ceyran Məmmədovanın dava əsnasında Vasif Əliyevə; "Səni pul alıb direktor qoyana lənət, sən özünü apara bilmirsən. Get ərizəni yaz, rədd ol bu xəstəxanadan, canımız qurtarsın səndən.." sözləri xəstəxananın koridorlarında artıq trend olub.

Olayla bağlı Demokratik Az-a danışan Zeynalabdin Əliyevin bildirdiyinə görə, davaya səbəb onun xəstəxanada pasientlərdən yığılan və tələb edilən rüşvət faktlarına etiraz etməsi ilə əlaqədar olub. Laboratoriya müdiri deyir ki, əməliyyat öncəsi xəstələr laboratoriyada analizlər verdikdə onlardan rüşvət istənildiyini öyrənib. Eləcə də pullu xəstələrin müxtəlif müayinələr üçün Vasif Əliyev tərəfindən "Gəncə İstanbul NS" klinikasına göndərilməsinə, pasientlərin əlavə xərcə salınmasına, xəstəxanada müasir laborator şərait ola-ola kənara göndərişlərin özbaşınalıq olduğuna etiraz edib. Çoxsaylı xəstələri rüşvət verməməyə, aldanmamağa çağırıb. Nəticədə, özü də cərrahlıq edən direktor tamah məqsədilə və öz rüşvət mexanizmini qorumaq hikkəsilə sözügedən biabırçılığa imza atıb.
Z.Əliyevin başına gələnlərdən aydın olur ki, Vasif Əliyev özünün də əməliyyatında iştirak etdiyi xəstələri Gəncədəki klinikalara pasient göndərişinin hər biri üçün müəyyən gəlir əldə edir. Eləcə də, adi apendisit üçün vətəndaşlardan 250 manat, öd kisəsinin çıxarılması üçün 300-400 manat, doğum şöbəsində analardan, digər şöbələrdə müalicə adı ilə müxtəlif məbləğlərdə rüşvət yığılır.

Zeynalabdinin bildirdiyinə görə, dava günü cərrahların əməliyyat üçün tanıdığı daha bir pasientdən də 250 manat rüşvət aldıqlarını öyrənib. Pasientə görə öz cibinin pulu ilə reaksinlər alıb öz işini gördükdən sonra, İlkin həkimdən xəstənin pulunun geri qaytarılmasını xahiş edib. İlkin etiraz etdikdə, xəstəyə əməliyyat xərclərinin İcbari Tibbi Sığorta tərəfindən ödənildiyini söyləyərək şikayət üçün direktor Vasif Əliyevin yanına göndərib. Məhz bundan sonra Vasif Əliyev Z.Əliyevə zəng edərək: "sən kimsən ki, xəstələri öyrədirsən, bizim pul işimizə qarışırsan axı.."-deyib və qısa zaman sonra da utanmadan öz qoçuluğunu edib.

Direktorun təşkil etdiyi davanın xəstəxanadakı təhlükəsizlik kameralarına da yansıdığı bildirilir. Baş verənlər isə adi xuliqanlıq, adamdöymə əməli deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə xəstəxana direktorunun Vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadəsidir. İşin içində rüşvətalma, tabeliyindəkiləri rüşvətə sövqetmə cinayəti var.
Həmin məcəllənin 308.2-ci maddəsinə görə, "vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Olayda ortaya çıxan ictimai önəmli məsələ Göygöl MRX PHŞ-də hələ də rüşvət və korrupsiyanın mövcudluğunun təsdiqi, direktorun harınlığı və qudurğanlığıdır. Əgər bu səhiyyə ocağında hələ də abırsızcasına, ləyaqətsizcəsinə icbari tibbi sığorta ödəmələrilə əməliyyat olunan, müalicə alan xəstələrdən rüşvət alınırsa, bu hal ciddən araşdırılmalıdır. Əgər, əhali icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Göygöl MRX PHŞ-də məhz direktor Vasif Əliyevin cərrah bıçağının altında rüşvətlə soyulursa və buna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər başbilənlər özləri münbit şərait yaradırlarsa bu özbaşına ünvanda prezident administrasiyası, baş prokurorluq və DTX tərəfindən xüsusi yoxlamanın keçirilməsi məcburidir. Ədalətli araşdırma üçün isə, ümumiyyətlə harınlamış Vasif Əliyev dərhal vəzifəsindən uzaqlaşdırılmalı, onun illərdir toplamış olduğu rüşvətə şəriklilik həvəsi kimsələrdə olmamalıdır. Əgər, Vasif Əliyevin gəlişindən bəri xəstəxanada əməliyyat olunan, övlad dünyaya gətirən şəxslərin bir çoxu obyektiv dindirilsələr rüşvət mexanizmi ifşa edilmiş olar. Son illərdəki mühasibat-uçot sənədləri də diqqətlə vərəqlənsə, dərmanların hara yoxa çıxdığı soruşulsa, korrupsiya deyilsə hansı zərurətlə eyni çarpayı sayı olan xəstəxanada Vasif Əliyevin 100-dən artıq süni ştat yaratmasının səbəbləri öyrənilərsə dövlət səhiyyəsini bunca gözdən salan bir direktorun həbsi sadə iş olar.

Bu olaydan sonra da Vasif Əliyev öz direktor toxunulmazlığını qoruya biləcəksə, rəzil hadisə harınlamış direktorla dostluq edən rayon prokurorumuz İlqar Hacızadə tərəfindən malalanacaqsa, bəri başdan deyirəm - Vasifkimilərə züy tutanlara, ona tumar çəkənlərə sadəcə AR OLSUN!

Osman Nərimanoğlu
Demokratik.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru