"“AAAF-İnşaat” MMC düz 7 ildir ki, məni aldadır..." - NARAZILIQ VAR!
Tarix: 26-04-2022, 11:09 | Çap et
 “AAAF-İnşaat” MMC düz 7 ildir ki, məni aldadır. İki il ərzində tikilib təhvil veriləcək evdən nə səs var, nə soraq. Bununla belə heç pulumu da geri vermirlər”. DİA.AZ xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhər sakini Nigar Həsənova müraciət edib. O bildirir ki, bu problemi təkcə o yox, yüzlərlə insan yaşayır.
Vətəndaşın sözlərinə görə, “AAAF-İnşaat” MMC-nin rəhbərliyi ev satmaq adı ilə vətəndaşlarla müqavilələr bağlayıb: “Müqavilə bağlandıqdan dərhal sonra, guya gələcəkdə tikiləcək və vətəndaşa təhvil veriləcək mənzillərin müqabilində Azərbaycan Beynəlxalq Bankı tərəfindən kredit ayrıldı. 2015-ci ildə “AAAF-İnşaat” MMC ilə müqavilə bağlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivində inşa ediləcək binanın 11-ci mərtəbəsindən ev aldım. Müqaviləyə görə ev ən gec iki il müddətinə təhvil veriləcəkdi. Lakin bir neçə il gözləsəm də, evdən səs-soraq çıxmadı. Təxminən 3 il öncə “AAAF-İnşaat” MMC-ni məhkəməyə verdim. Mənimlə onlar arasında bağlanılan müqavilə Nəsimi Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə ləğv edildi. Bir müddət öncə isə Azərbaycan Beynəlxalq Bankı guya kredit borcumu tam ödəmədiyim üçün məni məhkəməyə verib. Mən məhkəmədə “AAAF-İnşaat” MMC-yə ödədiyim ilkin ödənişi və banka ödədiyim pulu tələb etmişdim. Tikinti şirkətindən pulumu verəcəklərini desələr də, bu günə kimi ödəməyiblər. 15 min manat pulumu qaytarmalıdırlar. Bank da məndən 30 min manat pul tələb edir. Xırdalanda ev almaq arzusunda olan insanlar adətən maddi imkanları yüksək olmayanlardır. Mən illərdir oradan alacağım evi gözləyirəm. Nəticədə isə evsizəm və ala bilmədiyim bir evə görə banka pul ödəmişəm. İllərlə banka pul ödə, lakin heç nəyə sahib olma və indi də banka borclu ol”.
Azərbaycan Beynəlxalq Bankından bununla bağlı sorğumuza cavab olaraq bildirildi ki, müştərinin müqavilə üzrə yerinə yetirmədiyi öhdəliklərə görə məhkəmə qarşısında iddia qaldırılması hər bir bankın hüququdur: “Kredit müqavilələrində bu cür mübahisəli məsələlərin həlli qaydası ilə bağlı xüsusi müddəa öz əksini tapır. Müqavilənin rəsmiləşdirilməsi zamanı müştəri buna imzası ilə razılıq vermiş olur. Vətəndaş problemin bir daha aydınlaşdırılması və ona hüquqi izah verilməsi üçün banka müraciət edə bilər”.
Məsələ ilə bağlı “AAAF-İnşaat” MMC-nin də mövqeyini öyrəndik. Şirkətin hüquqşünası Ramil Süleymanov “Qafqazinfo”ya bildirdi ki, heç bir halda tikintinin aparılması ilə bağlı konkret vaxt müəyyən edilməyib: “Nigar Həsənova ilə “AAAF-İnşaat” MMC arasında 2015-ci ildə alqı-satqı müqaviləsi imzalanıb. Nigar xanım alqı-satqını bank maliyyələşməsi yolu ilə icra edib. Biz heç bir halda tikintinin aparılması ilə bağlı konkret vaxt müəyyən etmirik. Müqavilə şərtlərinə əsasən, Nigar xanıma tikintinin bitməsi tarixi deyilməyib. Yəni belə bir şərt yoxdur. Şifahi şəkildə ona kim nə deyibsə, bu barədə heç nə deyə bilmərəm. Bəli, bu xanıma məxsus evin tikintisində gecikmə oldu. Bunun da səbəbi ölkədə ümumi maliyyə böhranı və pandemiya idi. Hazırda binanın tikinti işləri başa çatıb və faktiki olaraq binanın daxilində müəyyən işlər aparılır. Nigar xanımla olan müqavilə isə ləğv olunub”.
Hüquqşünasın sözlərinə görə, müqavilənin məhkəmə qaydasında ləğvi nəticəsində müştəriyə ödənilməli olan bəlli bir məbləğ var. Şirkət ardıcıl olaraq bütün qərarların icrasını həyata keçirəcək: “Məhkəmənin çıxardığı qərarın icra olunmasına Ədliyyə Nazirliyinin icra məmurları nəzarət edirlər və həyata keçirirlər. Hazırda şirkətə qarşı çıxarılmış məhkəmə qərarları ardıcıllıqla icra olunmaqdadır. Həsənova Nigar Vaqif qızının da məsələsi növbəsi çatdıqda icra olunacaq. “AAAF-İnşaat” MMC-nin bu vaxta qədər hansısa qərardan qərəzli şəkildə boyun qaçırması kimi bir hal olmayıb. Vətəndaş səbirli olsun. Növbəsi çatdıqda onunla bağlı qərar da icra ediləcək”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
|