Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                 

Xətai rayonunun OLİQARX BƏLƏDİYYƏ SƏDRİ... - BU DA FAKT!!!
Tarix: 18-04-2022, 09:53 | Çap et
Xətai rayonunun OLİQARX BƏLƏDİYYƏ SƏDRİ...
Bakı şəhərində, xüsusən də Xətai rayonunda son dövrlər qanunsuz tikililərin baş alıb getməsi barədə elektron kütləvi informasıya vasitələrində çoxsaylı məlumatlar yayılmaqdadır. Bu qanunsuz tikililər bir çox hallarda yaşıllıqların məhv edilməsi hesabına başa gəlirsə, bəzi hallarda da yolların, səkilərin bağlanması hesabına reallaşır. Yəni bütün hallarda tikinti işlərinin memarlıq normalarına uyğun olaraq aparılmadığı görsənir.

Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də Xətai rayonun ərazisində çəkilib. “Bakı” kinoteatrının yaxınlığında, Sarayevo 119-125 ünvanından. Məlumata görə “EF” Marketin tikintisi bir neçə gün bundan əvvəl həyata keçirilib. Şəkildə yaxş görsənir. Yolun, səkinin demək olar çox hissəsi zəbt olunub. Yolun ortasında bu marketin tikintisinə kim icazə verib? Biz buradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlilərinə də, Bakı şəhər İcra Hakimiyyətinin rəsmilərinə də, sual ünvanlayırıq. Bu tikili hansı memarlıq normalarına cavab verir?

Xətai rayon İcra Hakimiyyətindən heç soruşmağa dəyməz. Çünki əldə etdiyimiz məlumatlara görə obyekti Xətai rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev bir neçə günün içində tikdirib. Elşad Vəliyev daha əvvəllər Dövlət Sosial Müdafiyə Fondunda, sonra Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi, daha sonra isə, yəni 2019-cu ildən Xətai rayon Xətai Bələdiyyəsində bələdiyyə üzvü, 2020-ci ilin yanvarından isə Xətai Bələdiyyəsinin sədri seçilib.

Bu gənc bələdiyyə sədrinin karyerasında baş verən bu dəyişikliyə kimlər səbəb olub? Məlumatlara görə o, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevlə kirvədirlər. Məlumatlarda həmçinin Elşad Vəliyevin Xətai Bələdiyyəsinə sədr seçilməsində də Rafiq Quliyevin rolu olduğu bildirilir. Şəkildə gördüyünüz yeni tikilən “EF” Marketlə yan-yana olan ət mağazasının da Elşad Vəliyevə məxsus olduğu bildirilir. Ərazidə bələdiyyə sədrinə məxsus daha bir neçə belə ticarət obyektinin olduğu da söylənilir. Bütün bunları isə Elşad Vəliyev Bələdiyyə sədri olduqdan sonra, iki il ərzində, İcra başçısı Rafiq Quliyevlə kirvəliyi sayəsində əldə etdiyi bildirilir.

Xətai rayonunun OLİQARX BƏLƏDİYYƏ SƏDRİ...
Xətai rayonunun OLİQARX BƏLƏDİYYƏ SƏDRİ...

Aktualinfo.org bir müddət öncə Xətai rayonunda, Ukraina dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikintisinə başlanılmış obyekt barədə də məlumat yaymışdı. Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də sözügedən ərazidən çəkilib. Şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kim verib və memarlıq normalarına uyğun aparılırmı?

Xətai rayonunun OLİQARX BƏLƏDİYYƏ SƏDRİ...
Xətai rayonunun OLİQARX BƏLƏDİYYƏ SƏDRİ...

Əvvəlki yazıda qeyd etdiyimiz kimi ötən ilin avqust ayında Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki prezidentin buraya gəlib, getməsini gözləyirmiş. Deyilənlərə görə dəfələrlə icra hakimiyyətinin dəhlizində Sabir müəllimin sənədinin gecikməsi müzakirə olunanda hamı “acılışdan sonraya qaldı” deyirmiş. Elə də olur. Yuxarıda göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır. Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə məkan tikməyə başlayır. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib.

Bütün bu göstərdiklərimizə Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsindən verilən cavab məktubunda deyilir. “Məlumat üçün bildiririk ki, sözügedən ictimai iaşə obyekti Xətai rayon İcra Hakimiyyəti başçısının 29.01.2015-ci il tarixli, 24 saylı sərəncamı ilə 2 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir.

İndi Xətai rayon İcra Hakimiyyətinin rəsmilərindən soruşmaq istərdik. Xətai rayonu ərazisində, Sarayevo küçəsindəki 119-125 ünvanında “EF” Marketin tikintisinə sərəncam nə vaxt verilib? Umumiyyətlə ərazidəki yolun və səkinin bir hissəsini tutmuş bu qeyr-qeyri yaşayış sahəsinin tikintisinə kim icazə verib? Bundan aidiyyatı üst qurumların, təbii ki, ilk növbədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin xəbəri varmı?

Ötən yazıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən bildirdiklərini Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə bir daha xatırlatmaq istərdik. Həmin görüşdə cənab Prezident demişdi ki, “Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir.”

İndi biz soruşuruq, siz cavab verin Rafiq Quliyev. Yuxarıda diqqətinizə çatdırdığımız obyekt tikintilərinin hansı şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğundur? Axı ölkə başçısı çıxışında açıq-aydın qeyd edir ki, harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulmalıdır.

Qeyd edək ki, son iki ildə Bakı şəhərində qanunsuz yollarla zəbt edilmiş torpaq sahələrində, yaşıllıqları məhv edərək, memarlıq normalarına uyğun aparılmayan tikinti işləri barədə internet axtarış resursları üzərindən yüzlərlə məlumat tapmaq mümkündür. Sabiq şəhər merinin dövründə olanlar qalsın bir yana, Eldar Əzizovun 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra bu kimi hallar daha da artmağa başlayıb. Bu kimi tikinti işlərinin qarşısının almaq məqsədi ilə Prezident İlham Əliyev dəfələrlə irad tutub. Ən son çıxışı isə çox uzaqda deyil, martın 3-də olub. Cənab Prezident Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirdi ki, “Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları.”

Bəs Bakı şəhər İcra Hakimiyyətinin və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri hara baxır və nəyə nəzarət edirlər?
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru