Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış .....                     Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər .....                     Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... .....                     "Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" .....                     “Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" .....                     Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... .....                     Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma .....                     "Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" .....                     İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir .....                     İranda təşviş: azərbaycanlılar silah istəyir! .....                     Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ .....                     Binəqədinin hər şeyə QADİR EL XANI... .....                     Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi .....                     “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” .....                     16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı .....                     "Şokdaydım, baxırdım ki, nə edəcək" .....                     Bu ölkə İrana nüvə başlığı verəcək .....                     Paşinyan Sərkisyan və Köçəryan barədə: .....                     İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var .....                     Abşeronda da Namiq Məmmədov adlı birisi var... .....                     Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb .....                     "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU .....                     9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? .....                     "AES təhlükəsizlik problemləri yaradır" .....                     Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub .....                     “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” .....                     “Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” .....                     Bakıya gətirilən 5 manatlıq ət: .....                     Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü .....                     Moskva Bakıdan küsüb: nə üzlə?! .....                     “Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb .....                     Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb .....                     Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı .....                     Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir .....                     İranda rejim dəyişikliyi xaos yaradacaq .....                     “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır .....                     Xalq Bank Milli Depozit Mərkəzinə .....                     Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi .....                     Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb .....                 

Prezidentin çıxışının ardından: Hansı məmurlar yola salınır?.. - Yeni islahat dalğasının ANONSU VERİLİB
Tarix: 2-02-2021, 10:30 | Çap et
Prezidentin çıxışının ardından: Hansı məmurlar yola salınır?..
“Axırıncı aşırım” filmində Kərbəlayı İsmayıl obrazının yaxşı bir ibarəsi var - sel gələndə özüylə əvvəl çöl-çöp gətirir, iri qol-budağı, kötükləri axırda gəlir.
Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində söylədiyi fikirlərdən məlum olur ki, bu dəfə əksinə baş verib.
Deyəsən, ağacın iri gövdələri qabaqda gəlir. Çünki edilən açıq xəbərdarlıqlar, ad çəkərək ünvanlanan sərt sözlər göstərir ki, 2021-ci il altı böyük fiqur üçün arzuolunmaz başlayıb.
Anaxeber.info-nun təhlilinə və qənaətinə görə, fevralın 1-də Prezidentin məmurlara yönəlik ağır sözləri onların karyerasında sonunu yaxınlaşdırır.
Onlardan üçü general, üçü isə sosial və maliyyə sektorunda struktur rəhbərləridir. İ.Əliyev gizlətmədən, adlarını çəkə-çəkə onlara irad tutmaqla, hətta bisavad yerinə qoymaqla demək istədi ki, sizinlə işləmək fikrində deyiləm, tezliklə vidalaşacağıq.
Əvvəlcə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “kürkünə birə salan” açıqlamanı xatırladaq. General-nazir Qarabağda FHN-nin inzibati binasını tikməyi təklif edib. Və prezident sərt etiraz edib.
Görəsən sel, daşqın, zəlzələ, yanğın, təbii fəlakət baş verməyən, hələ minlərlə yaşayış məntəqəsi yerləşməyən Qarabağda izafi xərcə yol verilərək niyə FHN üçün gözəgəlimli bina tikilməli, büdcə vəsaiti boş yerə sərf edilməlidir?
K.Heydərovun bu uğursuz “ideyası”nı rədd edən Prezident həm də diqqətə çatdırır ki, büdcədən artıq xərclər gedir, israfçılıq olunur.
Lakin əsas məsələ Bakıda istər 15 nəfərin ölümü ilə bitən bina yanğını, istər neftçilərin ölümü, istər dispanser faciəsində sınaqdan üzüağ çıxa bilməyən, bir qurum olaraq özünü doğrultmamış FHN-nin yersiz təklifinin rədd olunmasıyla K.Heydərovun gedişinə eyham vurulub.
Son günlərdə onun ölkədən 28 miyard çıxardığı haqda iddiaların yayılması onsuz da FHN şefinin vəziyyətini qəlizləşdirmişdi.
Bunun ardınca Prezidentin onun təklifini rədd etməsi, qəzəblə qarşılaması generalın çoxdan gözlənilən vəzifədən gediş prosesini sürətləndirib.
Lakin belə görünür ki, o, tək general olmayacaq. K.Heydərovla yanaşı “qələmi qırılmış” görünən digər general Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdir.
Təsəvvür edin ki, ölkənin sərhədlərini mühafizə edən general hələ bilmir ki, Şuşa sərhəd bölgəsi deyil. Bunu biz yox, Prezident söyləyir.
İ.Əliyev deyir ki, onu kimi, xalq da bu fikrə güləcək: “Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var?
De də mənə, Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan?”
Sensasiyadır. Tragikomediyadır. E.Quliyev sərhəd zastavasını harada yaratmağı ya bilmir, ya da məmurlar Şuşada mövqelərini gücləndirmək uğrunda indidən mübarizəyə girişiblər.
Prezidentin DSX rəisinə belə sarkazmla reaksiya bildirməsi, məsələni xalqa açıqlaması göstərir ki, E.Quliyev bundan sonra vəzifədə çox qala bilməyəcək.
Ölkə başçısının qəzəbinə tuş gələn digər general isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. O da Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib.
“Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun? Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”.
Yəni, general dövlətin pulunu israf etməkdə ittiham edilir. İ.Əliyev ismarış verir ki, sizin əlinizdən cana doymuşam, öz hesabınıza heç bir iş görmürsünüz, dövlətin malını talamaqla məşğulsunuz.
Ardınca bildirir: “Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar...”
Əgər prezidentin səbri tükənirsə, S.Mehdiyevin gömrükdəki postunda vəzifəsinin ömrü də tükənmək üzrədir. Onsuz da gömrükdə şəffaflıq təmin olunmayıb, yenə inhisarçılıq qalır, vətəndaşlar narazıdır və S.Mehdiyev Aydın Əliyevdən fərqlənmədi. Deməli, xudahafiz...
Anaxeber.info-nun məlumatına görə, dövlət başçısının xalq kimi narazı qaldığı məmurlardan biri də Mərkəzi Bank sədri Elman Rüstəmovdur.
Pandemiya dövründə, müharibədən çıxmış ölkədə 218 milyon avroya yeni inzibati bina tikməyə hazırlaşmaqla xalqın əsəblərini tarıma çəkən Mərkəzi Bank sədrinin bu azmış kimi, Şuşada da inzibati bina arzusu dəhşətli bir korrupsiya mərəzidir.
Ondan geri qalmayan “Azəravtoyol” sədri Saleh Məmmədov, habelə AZAL prezidenti Cahangir Əsgərov öz kreslolarının “qətlinə fərman” vermiş olublar. Anlaşılmazdır ki, bu məmurlar Şuşada inzibati binanı hansı məqsədlə tikmək istəyirlər və bir-bir prezidentə ağız açırlar?
Nə üçün S.Məmmədov Bakının hələ də bərbad olan küçələrinin, yollarının asfaltlanması, C.Əsgərov təyyarə biletlərinin qiymətlərinin ucuzlaşdırılmasını, şəhid və qazi ailələrinə müxtəlif dəstək paketlərini təklif etmirlər, amma heç kəsə lazım olmayan mənasız binalar inşa etməyi, büdcə pullarını daşa-divara hörməyi məsləhət bilirlər?
Prezident həm E.Rüstəmov, həm S.Məmmədov, həm də C.Əsgərovun adlarını açıqlamaqla köhnə qvardiyadan qalan “sonuncu mogikan”ların da istefasının yaxınlaşmasına işarə vurub.
Böyük bir korrupsiya piramidası yaratmış, xalqa və dövlətə heç bir töhfəsi olmayan bu yarıtmaz məmurlardan çoxdan qurtulmaq lazım idi.
Amma zərərdən indi də dönmək yenə xeyirdir. Şuşa uğrunda mübarizəyə “qalxmış” və öz maraqlarını təmin etməyə, gözə girməyə can atmış həmin məmurlarla yolları ayırmağın tam zamanıdır.
Müşahidələr, təhlillər, o cümlədən sosial mediada fikirləri önəmli olan ekspertlərin analizləri də belə deməyə əsas verir ki, İ.Əliyev bu il ərzində mərhələli şəkildə adı çəkilən üç general və üç sədrlə sağollaşacaq.
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04
"Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" - FAKT BUDUR!
Bu gün, 07:00
Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... - TƏFƏRRÜAT
Bu gün, 06:57
Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət
Bu gün, 06:55
"Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52
İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45
Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Bu gün, 06:41
Binəqədinin hər şeyə QADİR EL XANI... - NARAZILIQ VAR...
Bu gün, 06:35
Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08
“Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04
16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02
"Şokdaydım, baxırdım ki, nə edəcək"
Bu gün, 00:00
Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Dünən, 18:06
Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Dünən, 18:03
İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Dünən, 18:00
Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Dünən, 17:59
Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Dünən, 17:48
"Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 17:47
9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? - TƏFƏRRÜAT
Dünən, 17:38
"AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi
Dünən, 17:35
Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Dünən, 17:29
“Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” - İsazadə
Dünən, 17:26
“Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Dünən, 17:24
Bakıya gətirilən 5 manatlıq ət: - TƏHLÜKƏLİDİR?
Dünən, 17:18
Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü
Dünən, 17:10
Moskva Bakıdan küsüb: nə üzlə?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT
Dünən, 17:04
Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb - CƏDVƏL
Dünən, 17:02
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Dünən, 16:58
Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir - ETİRAZ
Dünən, 16:53
İranda rejim dəyişikliyi xaos yaradacaq - Tramp
Dünən, 16:46
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Dünən, 15:48
Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Dünən, 15:42
Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Dünən, 15:39
Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Dünən, 15:32
Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Dünən, 15:28
Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Dünən, 15:22
Məhərrəm İncə CHP-yə qayıdıb
Dünən, 15:18
ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Dünən, 15:14
Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Dünən, 13:06
İran səfiri Qətər XİN-ə çağırılıb
Dünən, 13:05
“PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 13:02
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Dünən, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru