Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... .....                     İsrail-İran SAVAŞI BİTDİMİ? .....                     Eldar Quliyevə qarşı ŞOK İTTİHAM .....                     "Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." .....                     Kremlin `K` variantı... .....                     Bu, dələduzluq deyil... BƏS NƏDİR? .....                     KONTAKT HOME hamını BOĞAZA YIĞIB .....                     Referendum üçün gerisayım BAŞLADI .....                     Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış .....                     Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər .....                     Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... .....                     "Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" .....                     “Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" .....                     Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... .....                     Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma .....                     "Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" .....                     İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir .....                     İranda təşviş: azərbaycanlılar silah istəyir! .....                     Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ .....                     Binəqədinin hər şeyə QADİR EL XANI... .....                     Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi .....                     “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” .....                     16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı .....                     "Şokdaydım, baxırdım ki, nə edəcək" .....                     Bu ölkə İrana nüvə başlığı verəcək .....                     Paşinyan Sərkisyan və Köçəryan barədə: .....                     İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var .....                     Abşeronda da Namiq Məmmədov adlı birisi var... .....                     Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb .....                     "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU .....                     9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? .....                     "AES təhlükəsizlik problemləri yaradır" .....                     Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub .....                     “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” .....                     “Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” .....                     Bakıya gətirilən 5 manatlıq ət: .....                     Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü .....                     Moskva Bakıdan küsüb: nə üzlə?! .....                     “Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb .....                 

Biznesmen bütün həyatı boyu qurduğu işi itirdi və Azərbaycanı tərk edə bilmir - Prezidentə müraciət olundu
Tarix: 21-01-2021, 11:44 | Çap et
Biznesmen bütün həyatı boyu qurduğu işi itirdi və Azərbaycanı tərk edə bilmir
Budur, son beş ildir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi Prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafına yönəlmiş yeni iqtisadi siyasətində müəyyən edilmiş prioritetlərə uyğun olaraq yerli məhsulların ixracının genişləndirilməsi məsələləri ilə məşğuldur.

Dövlət tərəfindən məhsul ixracatçıları üçün xüsusi əlverişli şərtlər yaradılır, təchizat bazarlarının öyrənilməsi, marketinq fəaliyyəti, beynəlxalq sərgilərdə iştirak və “Made in Azerbaijan” çətir brendi altında istehsal edilən məhsulların xarici bazarlarda tanıdılması üçün hər il iri məbləğlərdə vəsaitlərin ayrılması planlaşdırılır, bu brend altında buraxılan hansısa milli ticarət markasının hamının tanıdığı markaya çevrilməsi üçün işlər görülür.

Amma məsələ burasındadır ki, belə brend hələ 2008-ci ildə yaradılmışdı və kifayət qədər tanınmışdı, “O'GRAE” brendi altında buraxılan məhsullar Rusiyanın bütün federal ticarət şəbəkələrində təmsilçilik qazanmışdı və 2008-ci ilin yekunlarına əsasən “O'GRAE” ticarət markası brend quruculuğu sahəsində prestijli İLİN BRENDİ/EFFIE-2008 mükafatını qazanmışdı.

Bu təqdim olunan videorolikdə 2003-2009-cu illər ərzində həmin brendin yaradılması üçün görülmüş nəhəng işlərdən söhbət gedir. Təəsüflər olsun ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin (Cahangir Hacıyev və komandası) qurduğu dələduzluq sxemi nəticəsində həmin ticarət markasını yaradan, “O'GRAE” markası altında buraxılan geniş çeşiddə Azərbaycan məhsullarının Rusiya bazarlarında uğurla özünə yer eləməsinə, tanınmasına nail olan iş adamı, Rusiya Federasiyasının vətəndaşı Zeynulla Qurbanov öz biznesini itirdi. İndi keçmiş biznesmen üzləşdiyi çətin situasiya ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib, müraciətini haqqin.az və virtualaz.org saytlarına da göndərib.

Zeynulla Qurbanovun həmin müraciətini təqdim edirik:

Hörmətli cənab Prezident!

Əvvəla Sizə Azərbaycan xalqının milli qürurunu özünə qaytaran, onu şanlı qələbəyə aparan və işğal altındakı torpaqlarımızın azad olunmasına rəhbərlik edən müzəffər Ali Baş komandan kimi öz təşəkkürümü, dərin hörmət və ehtiramımı çatdırmaq istərdim.

Eyni zamanda Sizi təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın da hüquqlarının ən böyük müdafiəçisi olduğunuza inanaraq üzləşdiyim haqsızlıqla bağlı müraciət etmək qərarına gəldim.

Mən Qurbanov Zeynulla, 1965-ci ildə Azərbaycanda anadan olmuşam, hazırda Rusiya vətəndaşıyam. Uzun illər dövlət qulluğunda çalışdıqdan sonra biznes fəaliyyəti ilə məşğul olmaq üçün Rusiyaya köçmüşəm, orada ilk milli Azərbaycan brendi “O'GRAE”-ni yaratmışam və uzun müddət ərzində Sizin qeyri-neft sektorunun inkişafına yönəlmiş strategiyanızın həyata keçirilməsi naminə əlimdən gələni etmişəm, onlarla çeşiddə Azərbaycan məhsulunun bu ticarət markası altında Rusiya bazarlarında tanıdılması, satışı üçün uğurlu marketinq fəaliyyəti ilə məşğul olmuşam. Lakin təəsüflər olsun ki, çoxillik gərgin əməyin nəticəsində yaradılan, uğurla inkişaf edən biznes Azərbaycan Beynəlxalq Bankının hazırda törətdiyi əməllərə görə həbsdə olan keçmiş rəhbərliyinin komandasının qurduğu fırıldaq və dələduzluq sxemi nəticəsində çökdürüldü. Nəticədə Azərbaycanda istehsal olunan məhsulların ixracına və onun Rusiya Federasiyasında satışına ciddi ziyan dəydi.

Daha sonra, 2015-ci ilin martından Rusiya Federasiyasının Dağıstan respublikasında Ramazan Hacımuradoviç Abdulatipovun rəhbərliyi altında sahibkarlıq və investisiyalar üzrə Agentliyin rəhbərinin müavini işləməyə başladım. 2016-cı ilin aprelində Azərbaycanda Dağıstan Günləri çərçivəsində təşkil olunan iqtisadi forumda iştirak etmək üçün Dağıstan Respublikası nümayəndə heyətinin tərkibində Bakıya gəlmişəm. Lakin həmin il mayın 13-də mənim Azərbaycandan çıxışıma məhdudiyyət qoyuldu. Xeyli araşdırmalardan sonra məlum oldu ki, mənim Azərbaycandan çıxışıma məhdudiyyətin qoyulmasının səbəbi Rusiyada təsisçisi olduğum “O'GRAE” şirkəti ilə “MBA-Moskva” Bankı arasında 2006-2008-ci illərdə mövcud olmuş mübahisəli kredit münasibətləri ilə əlaqəlidir.

Mənim Azərbaycandan çıxışıma qoyulan məhdudiyyət qanuni deyil, çünki mən nə Azərbaycan, nə Rusiya qanunlarını pozmamışam. Kredit münasibətləri isə Moskvada fəaliyyət göstərən iki təsərrüfat subyekti arasında mövcud olub.

Mətbuat bu qalmaqallı kredit münasibətlərinin tarixçəsi barədə hələ 2010-cu ildə dəfələrlə yazıb. Həmin kredit münasibətlərinə dair məhkəmə araşdırmaları hələ 2010-cu ildə Rusiyada aparılıb və bütün məhkəmə aktları qanuni qüvvəyə minib. Kreditin ödənilməsi barədə həmin məhkəmə qərarlarının əsasında bank bütün girov əmlakı özünə götürdü, bura Rusiyanın bütün federal ticarət şəbəkələrinə məhsul təchizatına dair müqavilələrə malik olan “O'GRAE” brendi və Moskvanın mərkəzindəki (Kutuzovsk prospekti) 4 otaqlı mənzil daxil idi. Girov qoyulan əmlakın dəyəri Moskva şəhəri Arbitraj məhkəməsinin məhkəmə ekspertlərinin hesablamalarına görə, bankın verdiyi kreditin məbləğindən bir neçə dəfə artıq idi.

Məhz bu hüquqi faktları nəzərə alaraq 2016-2020-ci illərdə mənim ölkədən çıxışıma məhdudiyyətin götürülməsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan XİN-ə çoxsaylı notalar göndərilib. Habelə Rusiya Federasiyası Baş prokurorluğu Azərbaycan Respublikasının Baş prokurorluğuna dəfələrlə müraciət göndərib, o cümlədən Dağıstan Respublikasının hökuməti, Rusiyanın insan haqları üzrə Müvəkkili də Azərbaycanın müvafiq orqanlarına mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyətin götürülməsi barədə müraciətlər ediblər.

Buna baxmayaraq Azərbaycanın hüquq-mühafizə orqanları mənim adımı “Beynəlxalq Bankın işi” üzrə kredit öhdəlikləri olan şəxslərin siyahısından çıxarmayıblar və ölkədən çıxışıma qoyulmuş məhdudiyyəti götürməyiblər. Onlar bu faktı da nəzərə almayıblar ki, “MBA-Moskva” bankı qarşısında kredit öhdəlikləri sonradan həmin bankın öz nəzarətinə keçən şirkətin üzərində olub, şəxsən mənim həmin bank qarşısında heç bir kredit öhdəliyim mövcud deyil. Bütün bu 5 il ərzində məni cəmi iki dəfə formal olaraq məsələ ilə bağlı izahat vermək üçün hüquq-mühafizə orqanlarına dəvət ediblər.

Öz izahatlarımda göstərmişəm ki, “MBA-Moskva” bankı tərəfindən ayrılan kredit vəsaitlərinin xərclənməsində iştirak etməmişəm, çünki 2008-ci ilin avqustundan etibarən bank şirkətin səhmlərinin 70 faizinin sahibi idi və bütün maliyyə əməliyyatlarını şirkətə təyin etdiyi adamları vasitəsilə ciddi nəzarətdə saxlayırdı. Biznesdə 70 faizlik payın bank tərəfindən alınması onunla izah olunmuşdu ki, Azərbaycanda Beynəlxalq Banka məxsus olan konserv zavodu 1 milyon dollarlıq məhsul istehsal etmişdi və onu sata bilmirdi. Və ona görə də onlar həmin situasiyadan çıxmaq üçün Rusiyada artıq tanınmış, bütün federal ticarət şəbəkələri ilə təchizat müqavilələrinə malik olan ticarət markasına malik biznesi almaq qərarına gəlmişdilər. Həmin biznesə həm mənim şəxsi vəsaitlərim, həm də “MBA-Moskva” bankından daha əvvəl alınmış və vaxtında ödənilmiş kiçik məbləğdə kreditlər yatırılmışdı.

“MBA-Moskva” bankının İdarə Heyətinin keçmiş sədri bu perspektivli biznesin 70 faizlik hissəsinin alınmasının əvəzində şirkətin bank qarşısında qalan kredit borclarını bağlamaq və həmin kreditlərə görə girov qoyduğum mənzilimi girovluqdan azad etmək öhdəliyi götürmüşdü. Ancaq biznesi öz adamları vasitəsilə nəzarətə götürən kimi bank bu şərtləri yerinə yetirməkdən yayınmağa başladı və şirkətə likvidliyi olmayan, Azərbaycanda onlara məxsus zavodda çoxdan və başqa ticarət markası altında istehsal olunan məhsulların alınması üçün yeni kreditlər ayırdı.

Mənim dəfələrlə o cümlədən publik qaydada etdiyim iradlardan sonra Rusiyada 13.10.2010 tarixdə tanınmış vəkil bürosunun ofisində bankın nümayəndələrinin iştirakı ilə mübahisənin barışıq yolu ilə nizamlanmasına dair protokol imzalandı. Protokola əsasən bank biznesi tamamilə özünə götürərək əlavə olaraq mənə 1 milyon dollar da ödəməyi öhdəsinə götürmüşdü. Lakin təəsüf ki, sonrakı hadisələr heç bir məntiqə sığmadı. Bank yenə də üzərinə götürdüyü öhdəliklərdən heç birinə əməl etməyərək uzun-uzadı məhkəmə çəkişmələrinə girdi. “MBA-Moskva” bankının keçmiş rəhbərliyinin xüsusi sinizminə və özbaşınalığına bir daha diqqət yetirməyinizi xahiş edirəm. İlkin olaraq bank 1.95 milyon dollar kreditə görə Moskva arbitraj məhkməsində “O'GRAE” şirkəti ilə çəkişirdi.

Məhkəmə araşdırmalarının gedişində məhkəmənin təyin etdiyi ekspertlərin araşdırmaları (2010-cu ilin dekabrından 2011-ci ilin iyun ayına qədər) girov əmlakın dəyərinin 7.5 milyon dollar olduğunu üzə çıxaranda aydın oldu ki, mənim mənzilimi girovluqdan azad etmək lazımdır. Amma bank rəhbərliyi mülki məhkəmədə yeni iddia qaldırıb həmin məbləğdə (1.95 milyon dollar) krediti bu dəfə fiziki şəxs olaraq məndən tələb etməyə başladı, onu əsas göstərdi ki, şirkətin götürdüyü kreditə görə zamin müqaviləsi bağlamışam. Bu həyasız hərəkətin məqsədi mənimlə şəxsən haqq-hesab çəkmək və yeganə mənzilimi əlimdən almaq idi. Bunun naminə Azərbaycanın milli maraqları da qurban verildi, çünki mənimlə məhkəmə çəkişmələri zamanı “O'GRAE” öz fəaliyyətini dayandırdı, tanınmış ticarət markası tam dəyərdən düşdü.
Hörmətli cənab Prezident, faktiki olaraq “Beynəlxalq Bankın işi” üzrə mən “MBA-Moskva” bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyətinin qurbanıyam. Bu barədə müxtəlif səlahiyyətli orqanlara müraciətlərimdə dəfələrlə ətraflı yazmışam. Artıq 5 ildir Azərbaycanı tərk etmək və Rusiyaya, ailəmin yanına qayıtmaq imkanında olmadığım üçün mən çox ağır mənəvi situasiya ilə üzləşmişəm. Azərbaycanda qanunsuz olaraq saxlanıldığım bu 5 il həm də həyatımın ən məhsuldar illərinin 5 ilinin itirilməsidir.

Hansı ki, bu müddət ərzində illərdir qazandığım peşəkar təcrübəmdən, əmək fəaliyyətimdən Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermək üçün istifadə edə , “Made in Azerbaijan” brendinin yaradılmasında və bu brendin xarici bazarlarda tanıdılmasına dair Sizin müəyyən etdiyiniz strategiyanın həyata keçirilməsində iştirak edə bilərdim. Nəticədə öz Vətənimə müəyyən töhfə vermiş olardım.

İnsan haqlarının, haqq-ədalətin qorunmasında prinsipial mövqeyinizə inanaraq Sizə müraciət edirəm ki, üzləşdiyim bu haqsızlığın aradan qaldırılmasına yardım edəsiniz və Azərbaycandan çıxışıma məhdudiyyətin götürülməsi barədə müvafiq göstəriş verəsiniz. Bir daha qeyd edirəm ki, istənilən vaxt Azərbaycanın səlahiyyətli orqanlarının çağırışı ilə ölkəyə qayıtmağa, bütün zəruri izahatları verməyə hazıram.

Dərin hörmətlə: Zeynulla Qurbanov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04
"Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" - FAKT BUDUR!
Bu gün, 07:00
Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... - TƏFƏRRÜAT
Bu gün, 06:57
Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət
Bu gün, 06:55
"Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52
İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45
Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Bu gün, 06:41
Binəqədinin hər şeyə QADİR EL XANI... - NARAZILIQ VAR...
Bu gün, 06:35
Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08
“Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04
16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02
"Şokdaydım, baxırdım ki, nə edəcək"
Bu gün, 00:00
Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Dünən, 18:06
Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Dünən, 18:03
İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Dünən, 18:00
Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Dünən, 17:59
Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Dünən, 17:48
"Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 17:47
9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? - TƏFƏRRÜAT
Dünən, 17:38
"AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi
Dünən, 17:35
Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Dünən, 17:29
“Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” - İsazadə
Dünən, 17:26
“Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Dünən, 17:24
Bakıya gətirilən 5 manatlıq ət: - TƏHLÜKƏLİDİR?
Dünən, 17:18
Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü
Dünən, 17:10
Moskva Bakıdan küsüb: nə üzlə?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT
Dünən, 17:04
Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb - CƏDVƏL
Dünən, 17:02
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Dünən, 16:58
Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir - ETİRAZ
Dünən, 16:53
İranda rejim dəyişikliyi xaos yaradacaq - Tramp
Dünən, 16:46
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Dünən, 15:48
Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Dünən, 15:42
Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Dünən, 15:39
Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Dünən, 15:32
Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Dünən, 15:28
Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru