Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                 

Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
Tarix: 4-12-2019, 08:29 | Çap et
Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
DİA.AZ: - Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən "Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir.

DİA.AZ xəbər verir ki, hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. “Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq, ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq"- deyə Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirdi.

Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə prezidenti Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnlaistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzaladılar.

Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!

Həmçinin sərgi çərçivəsində "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb. Məlumat üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.

5G SÜRƏT sınağı

Azercell bütün sərgi iştirakçılarını 5G şəbəkəsinin real sürətini hiss etməyə dəvət edir. Rəqəmsal həllər təminatçısı, ziyarətçilərə stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaradır.

5G Multisensor

Bu demonu sınaqdan keçirtmək üçün qonaqlara də 3D VR gözlüyü və coystik təqdim ediləcək. 5G şəbəkəsinin tam gücünü hiss edərək, ziyarətçilər demək olar ki, ləngimə olmadan robot idarə etmək, fərqli səthləri hiss və skan etmək üçün əvəzolunmaz fürsət qazanacaqlar.

5G Konfrans

Sərgi iştirakçıları Oculus Rift və Oculus Go komplekti vasitəsilə özlərini virtual konfrans mühitində zənn edəcəklər. Burda onlar ünsiyyət qura, müxtəlif otaqları gəzə, video, foto və 3D baxa biləcəklər.

5G Oyunlar

5G oyun təcrübəsini yeni səviyyəyə çıxarır. Artıq ləngimə olmadan, tam etibarlı bağlantının təmin olunduğu oyun həyəcanını yaşamaq mümkün olacaq..

Azercell ziyarətçiləri Virtual Reallıq texnologiyasına əsaslanan Sci-Fi top döyüşünü və Roketbol idman oyunlarını sınaqdan keçirməyə dəvət edir. İştirakçılar xüsusi Oculus RIFT komplekti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çox saylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər.

Azercell-in rəqəmsal məhsullar zonası

Yeni bağlantı erasında abunəçilərinin ehtiyaclarını tam qarşılamağı hədəfləyən Azercell, öz fəaliyyətində innovativ və rəqəmsal həllərə üstünlük verir. Müasir zamanda Əşyaların İnterneti tərəfindən təqdim olunan hədsiz imkanlar, telekommunikasiya texnologiyasında misli görünməmiş bir sıçrayış daha rahat işləməyimizi, yaşamağımızı və həyatımıza tam şəkildə nəzarət etməyimizi təmin edəcək.

Azercell dünyanı dəyişdirən rəqəmsal məhsullarını xüsusi ayrılmış guşədə sərgiləyir. Burada şirkət, evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək Əşyaların İnterneti prinsipinə əsaslanan “Azercell Ağıllı Ev” məhsulunu nümayiş etdirir. Bu xidmət sizə istənilən yerdən bir tətbiq vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və

otaqdakı hərəkətlərə tam nəzarət imkanı verərək, gündəlik həyatınızı rahatlaşdırır, təhlükəsiz bir evdə yaşamağınıza zəmanət verir.

Azercell təhsil və əyləncə məzmununu bir məhsulda cəmləyən “Azercell Kids” eksklüziv xidməti ilə həm valideynləri, həm də uşaqları sevindirir və ən etibarlı rəqəmsal mühiti kəşf etmək üçün bu stendə dəvət edir. Həmçinin ziyarətçilər xüsusi qulaqcıqlar vasitəsilə “Bookmate” tətbiqinin tərkib hissəsi olan “Audio kitab" xidməti çərçivəsində zəngin dünya ədəbiyyatının audio yazılarından elə məkanı dəyişmədən zövq ala bilərlər. Keyfiyyətli mobil oyunları Azercell abunəçiləri üçün daha əlçatan edən “Azercelloyunlar”, öz mobil hesabını idarə etmək üçün nəzərdə tutulan rahat “Kabinetim” mobil tətbiqi, kino və televiziya aləminə qapı açan “ivi” xidmətləri də stendin xüsusi zonasında nümayiş etdiriləcək.

Korporativ Biznes Seqmenti zonası

Rəqəmsal məhsulların yeni nəslini təqdim edən Azercell bütün mövcud və potensial biznes müştərilərini xüsusi guşədə qarşılayır. Bura Azercell-in korporativ seqment strukturunun nümayəndələri ilə danışıqlar aparılması üçün ideal bir yer olmaqla yanaşı, həm də şirkətin biznes müştərilərini özrəqəmsal xidmətləri ilə yaxından tanış etmək üçün ən əlverişli məkandır.

Rəqəmsal həllər təminatçısı olan “Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə Əşyaların İnterneti texnologiyasına əsaslanan “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətini təqdim edir. Yeni servis nəqliyyat parklarına malik sahibkarlıq müəssisələrinə parklarının tam idarəedilməsi imkanını verir.

Yeni həll nəqliyyatın növündən asılı olmayaraq, müxtəlif sahəyə aid istənilən miqyaslı nəqliyyat parklarını əhatə edir. Mükəmməlləşdirilmiş real zaman interfeysi ilə “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edərək, müəssisələrin məhsuldarlığını artırmağa və əməliyyat xərclərini azaltmağa müvəffəq olacaq.

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətinin iş prinsipi:

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” müəssisələrə real zamanda korporativ nəqliyyat vasitələrinin vəziyyətini, marşrutu, səfər müddətini və yanacaq sərfiyyatını izləmək imkanı yaradır. Bundan əlavə, bu xidmət vasitəsilə nəqliyyat vasitələrinin mexaniki hissələri, mühərrik işləməsi və hətta batareya gərginliyinin göstəricisi haqqında da məlumat əldə etmək olar. “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti həm də sürücülük davranışını (sürət həddi, sərt tormozlama və kəskin sürətlənmə) qeydə alır, ətraf-mühitə qarşı münasibətdə daha dostyana sürücülük vərdişlərinə yiyələnməyə kömək edir. Üstəlik, qəza və ya fövqəladə vəziyyət olduğu zaman xidmət avtomatik şəkildə həyəcan siqnalı göndərir.

Qeyd etmək lazımdır ki, Azercell korporativ müştəriləri üçün "Biznesim" tarif paketləri, "Biznesim Sosial şəbəkə paketləri", "Biznesim Ayrılmış İnternet Xətti" və "Biznesim Veb" xidmətləri kimi rəqəmsal məhsullar təklif edir. Azercell Azərbaycan şirkətlərinin əsas tərəfdaş seçimi olmağı hədəfləyərək, onlara internetin geniş imkanları, şirkətdaxili limitsiz danışıqlar və sərfəli qiymətlər

təqdim edir.

Ən uyğun tarif və internet paketi seç

Burada Azercell nümayəndələri müştərilərə ən uyğun məhsul və xidmətlər seçməkdə bələdçilik edir. Bu zonada müştərilər səs və internet xidmətlərinin aktiv istifadəçilərinə hədsiz imkanlar bəxş etməklə yanaşı, rabitə xərclərini azaltmaq fürsəti yaradan "Sərbəst" tarif paketi, eləcə də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən İnternet paketləri ilə tanış ola bilər.

iPhone zonası

“Apple İnc” şirkətinin Azərbaycandakı eksklüziv telekom tərəfdaşı olan Azercell, bu guşədə iPhone pərəstişkarlarını salamlayır. Şirkət sərgi iştirakçılarına qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni iPhone modelləri ilə yaxından tanış olmaq fürsəti yaradır.

Azercell komandasına qoşulun

Azercell-in İnsan Kapitalının İdarəedilməsi departamentinin mütəxəssisləri çevik komandaya qoşulmaq arzusunda olan şəxsləri sərgidə gözləyəcək, onlara karyera imkanları və mövcud vakansiyalar, həmçinin məhz tələbələr üçün hazırlanan tələbə proqramları barədə geniş məlumat verəcək. Rəqəmsal gələcəyi bizimlə qurun!

Əyləncə Zonası

Rəqəmsallaşma ruhu əyləncə zonasında da hiss olunur. Burada Azercell həm böyüklər, həm də uşaqlar üçün əyləncəli rəqəmsal oyunlar təqdim edir. Bundan əlavə, Azercell bütün idman həvəskarlarını bu guşədə gözləyir və interaktiv futbol oyunu ilə öz təcrübələrini artırmağa səsləyir.

Ziyarətçilərə 5G texnologiyasının canlı təcrübəsini təqdim edən Azercell hər kəsi texnoloji yeniliklər dünyasından zövq almağa dəvət edir. Gələcəyi formalaşdıran texnologiyanın şahidi olmaq və beşinci nəsil simsiz şəbəkənin tam gücünü hiss etmək fürsətini qaçırmayın!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru