Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                 

Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI
Tarix: 16-09-2019, 08:33 | Çap et
Rabitə sektorunda itib-batan milyonlar...
Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş.

Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama ilə gündəm olmuşdu.

Belə ki, Şamaxının Məlhəm kəndində özünə məxsus restoranı işlədən Vidadi Zeynalov bu addımını belə izah etmişdi ki, ac qalmaq fikri yoxdur.

"Rose Park" adlı restorana ümumi nəzarəti özünün etdiyini deyən V.Zeynalov toyuq-cücə saxladığını, taxıl əkdiyini də bildirmişdi: "Acından ölən deyiləm ki?”.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımı isə göstərir ki, sabiq aparat rəhbəri heç də özünün dilə gətirdiyi kimi kasıblamayıb.

C.Həsənli rəsmi sənədlərə istinadən yazır ki, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və hazırda "Rabitəbank"ın "Mərkəz" filialının direktoru olan kürəkəni Nəriman Muradovun İstanbulun Şişli bölgəsində şərikli inşaat şirkəti var.

Şirkətin adı "PLZ Star Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret Limited"dir.

Şirkət inşaat sektorunda demək olar ki, bütün xidmətləri göstərir. Şirkətin baş hərfləri "PLZ" oxuculara heç də yad deyil.

"Rabitə işi" üzrə istintaq materiallarında yer alan məlumatlar sırasında bir neçə özəl şirkətin nazirliklə əməkdaşlığı diqqət çəkirdi. Həmin şirkətlər nazirliyin tabeliyində olan müəssisələrdə, telefon qovşaqlarında təmir-tikinti işlərinin aparılmasında, poçt xidmətlərinin göstərilməsində iştirak edib. Özü də Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasovun "krışalığı” ilə.

Bu şirkətlər arasında diqqət çəkənlər əsasən "Qafqaz-S İnşaat” MMC və "PLZ” MMC idi.

"Qafqaz-S İnşaat” MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub.

"PLZ” MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb. "PLZ" V.Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərflərindən ibarət olub.

MMC-nin faktiki sahibi Vidadi Zeynalov özü olub və mühasibatlığa da o nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da bu formal xarakter daşıyıb.

Rabitə nazirliyində təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı "PLZ” MMC, "Qafqaz-S İnşaat” MMC, "Fərid R” MMC, "Real-Tikinti Quraşdırma” MMC və "Violin Travel” MMC qalib edilib.

Bundan əvvəl isə "PLZ.” MMC nazirliyin müəssiələrinə aid yerli və beynəlxalq poçt daşınması və təmir işləri ilə məşğul olub.

Yerli daşınmalar əsasən Bakı şəhəri ərazisində həyata keçirilib və bütün yerli daşınmaları MMC-nin öz kuriyerləri həyata keçiriblər. Təxminən 7-8 nəfər məktubların daşınması işləri ilə məşğul olub. Beynəlxalq poçt daşınması ilə əlaqədar isə MMC-nin "Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzi, 1 saylı Poçt filialı və "Azəreksprespoçt” RM-lə müqavilələri olub, beynəlxalq daşınmalar da məhz həmin təşkilatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını azaldıb. Bu ilin mart ayında isə azadlığa buraxılıb.

Vidadi Zeynalovun özünün və yaxınlarının adına əmlakın sayını musavat.com yayıb.

Məhkəmə istintaqı dövründə Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi. Məlumata görə, Zeynalov dövlətə vurduğu zərəri ödədikdən sonra əmlakları üzərindən həbs qərarı götürülüb.

Vidadi Zeynalovun həbs olunduğu vaxt üzərinə həbs qoyulmuş 43 milyon manatdan çox dəyəri olan 67 əmlakı:

1. Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 14 milyon 445 min
2. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min
3. Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38- (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 125 min
4. Nobel prosepekti, məhəllə 1212, ev 15, mənzil 260- (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 500 min
5. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 148 min
6. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 128 min
7. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 157 min
8. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 138 min
9. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 120 min
10. Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 60 min
11. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 2 milyon 45 min
12. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 110 min
13. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) - dəyəri 620 min
14. Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 135 min 400 manat
15. Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi - dəyəri 1 milyon 500 min

16. Səbail rayonu, M.Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15 - dəyəri 300 min
17. İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 92 min
18. Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 349 min
19. Səbail rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 51 min
20. Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 82 min
21. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min
22. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5,6, 6A, 7, 8 və ümumi sahələri 43,6 kv m, 61 kv m olan məzillər, (Zeynallı Pərviz Vidadi oğlu)
23. Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 900 min
24. Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 215 min
25. Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 310 min
26. Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri baxılmayıb
27. Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 1 milyon 100 min
28. Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 52 min
29. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 100 min
30. Nəsimi rayonu, Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 550 min manat
31. Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilinin bir hissəsi (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 250 min
32. Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 510 min
33. Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 400 min
34. Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - 3 min
35. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 223 min
36. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 95 min
37. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 344 min

Bunlardan əlavə Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi də məlum olub. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərinə də həbs qoyulub.

38. Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTN-in b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu - dəyəri 95 min
39. Xəzər rayonu, Türkan qəsəbəsi, RYTN-in "Poçt Daşınma Mərkəzi” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 19 min 700 manat
40. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 180 min

Vidadi Zeynalovun bir çox rayonlardakı əmlaklarına da həbs qoyulub:

41. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 111 min 500 manat)

42. Qəbələ rayonu, Bum kəndində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 144 min
43. Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 54 min
44. Qəbələ rayonu, Bum kəndində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 66 min manat
45. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu - dəyəri 115 min
46. Qəbələ rayonu, Qəmərvan kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Zeynalov Pərviz Vidadi oğlu) - dəyəri 72 min manat
47. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 34 min 600 manat
48. Yevlax rayonu, Kövər kəndində yerləşən (ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - dəyəri 4 min 100 manat
49. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,26 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 34 min 900 manat
50. Yevlax rayonu, Kövər kəndində yerləşən 3,0741 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 3 min 500 manat
51. İsmayıllı rayonuda 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 17 min 110 manat
52. İsmayıllı rayonu, Tircan kəndində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat
53. İsmayıllı rayonu, Tircan kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 32 min 417 manat
54. İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 57 min 673 manat
55. İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 18 min 876 manat
56. İsmayıllı rayonu, Tircan kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 95 min 695 manat
57. İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 19 min 965 manat
58. İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 22 min 63 manat
59. Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 57 min 293 manat
60. Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 53 min 96 manat
61. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 142 min 842 manat
62. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 28 min 349 manat
63. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu - dəyəri 376 min 77 manat
64. Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 21 min 877 manat
65. Sabirabad rayonu, Cavad kəndində 13,5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 27 min manat
66. Şamaxı rayonu, Məlhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 1 milyon 927 min manat
67. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 24 min










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni general yenə Hindistandadır
Bu gün, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Bu gün, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru