Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                     ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib .....                     Sənədsiz evlərlə bağlı mühüm YENİLİK .....                     FHN-dən növbəti bahalı alış-veriş .....                     İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib .....                     Saçını boyamaq istədi, dərisini yandırdılar .....                     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... .....                     Bu ünvanda Azərbaycan qanunları işləmir .....                     `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... .....                     Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... .....                     Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                     Tramp bu il Çini ziyarət edəcək .....                     "Məcnun Məmmədov ciddi düşünsün" .....                     "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                     Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? .....                     Ermənistanda keşiş “ovu” .....                     İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                 

Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Tarix: 19-08-2019, 12:15 | Çap et
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır...
Azərbaycan iqtisadiyyatı üçün formalaşan yeni çağırışlar fonunda qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, bu sahədə müqayisəli üstünlüyə malik sahələrin üzə çıxarılması, yerli sahibkarların prosesdə aktiv iştirakının təmin edilməsi ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, yeni iqtisadi konyuktur daha çevik və effektiv yanaşma tələb edir. Hazırda dünyada iqtisadiyyatın ayrı-ayrı sferaları arasında daha təkmil koordinasiya təmin edəcək modellərdən istifadə olunur. Bu məqsədlə Azərbaycanda da müəyyən addımlar atılır.

Bu addımlardan biri isə Sahibkarlığın İnkişafı Fondunun (əvvəlki adı Sahibkarlığa Kömək Millo Fondu idi) yaradılmasıdır. Lakin fond vasitəsilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi əsas məqsəd olsa da, qurumun indiyədək olan fəaliyyəti, ortada olan nəticə heç də təqdir olunmur. Belə ki, fondun maliyyələşdirməli olduğu layihələr əsasən kənd təsərrüfatı və turizm sahəsini əhatə etsə də, bu istiqamətdəki durum heç də ürəkaçan deyil. Qeyd edilən sahələrdə son 1 ildə aparılan islahatlar da vəziyyətin qaneedici olmadığını deməyə əsas verir.

Fond hansı istiqamətlərə vəsait ayırır?

Məlumat üçün bildirək ki, fondun vəsdaitlərinin istifadəsi istiqamətləri aşağıdakılardır

- startap layihələrin dəstəklənməsi;
- aqroparkların yaradılması;
- ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;
- logistik (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı ) və yaşıl market (fermer mağazalarının) mərkəzlərinin yaradılması;
- müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;
- ət kəsimi, ət və süd emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;
- quşçuluğun inkişafı (quşçuluqda dərin emal sahələrinin yaradılması);
- qarışıq yem istehsalı müəssisələrinin yaradılması;
- müasir istixana komplekslərinin yaradılması;
- intensiv bağçılıq (üzüm, alma, nar, zeytun, badam və. s) və tingçilik təsərrüfatlarının yaradılması;
- texniki bitkiçilik və qərzəkli meyvə istehsalı və emalı müəssisələrinin yaradılması;
- müasir çörək istehsalı müəssisələrinin yaradılması;
- müasir suvarma sistemlərinin və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması;
- informasiya texnologiyalarının və turizmin inkişafı (turizm marşrutları boyunca infrastrukturun inkişafı, mövsümiliyi azaldan, eləcə də kənd turizmi layihələrinin dəstəklənməsi);
- digər sahələrdə (yüngül, kimya, maşınqayırma, qida və s.) müəssisələrin yaradılması;
- idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması;
- kiçik sahibkarlığın (o cümlədən gənclər, qadınlar, əlillər və məcburi köçkünlər) inkişafı.

Göründüyü kimi, istiqamətlərin böyük qismi kənd təsərrüfatını əhatə edir. Lakin fakt odur ki, Azərbaycan hazırda əksər məhsullar üzrə az və ya çox idxaldan asılı vəziyyətdədir. Bu isə ölkənin ərzaq təminatı üçün ciddi təhlükə hesab edilə bilər. Bu baxımdan qısa müddət ərzində sektorda dərin islahatların aparılması hökumət qarşısında dayanan ən mühüm məsələlərdən biri olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyinin fəaliyyəti və bu sahəyə ölkə rəhbərliyi səviyyəsində artan diqqət müəyyən ümidlərin yaranmasına səbəb olsa da, indiyədək xərclənən vəsaitlərin taleyi də narahatlıq doğrumaya bilməz.

Ad dəyişdi, iş dəyişmədi

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılmasına baxmayaraq, aktiv fəaliyyətə 2002-ci ildən başlayıb.
Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış çətinliklərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə mərhum prezident Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydalar”nın təsdiq edilməsi ilə qurumun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması SKMF-in inkişafında dönüş nöqtəsi olub. Bu qaydaların tətbiqi sahibkarlara güzəştli kreditlərin verilməsində olduqca əhəmiyyətli rol oynayıb.

Ötən dövr ərzində Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Dövlət başçısının müvafiq fərmanları (2004, 2005, 2006, 2009 və 2011-ci illərdə) imzalanıb və nəticədə güzəştli kredit vəsaitlərinin daha məqsədli layihələr üzrə yerləşdirilməsi, eləcə də sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərindən səmərəli istifadə edilməsinə əlverişli şərait yaradılıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

Fond vasitəsilə indiyə qədər xərclənən büdcə vəsaitləri haqqında dəqiq məlumat qurumun rəsmi saytında (www.edf.gov.az) göstərilməsə də, müxtəlif mənbələrdə göstərilən rəqəmlərdə indiyədək 2,5 milyard manata yaxın vəsaitin güzəştli kredit kimi verildiyi qeyd edilir. Rəsmi açıqlamalarda bildirilir ki, təxminən 35 min sahibkara verilən kreditlər hesabına 160 mindən çox yeni iş yeri açılıb. Lakin bu iş yerlərinin nə qədərinin daimi, nə qədərinin müvəqqəti olması ilə bağlı da konkret rəqəmlər yoxdur. Daha çox narazılıq doğuran məqam isə kiçik və orta sahibkarlığın dəstəklənməsində fondun passiv olmasıdır. Təkcə ötən ilin ilk yarım ilində fond vasitəsilə verilən 100 milyon manat kreditin cəmi 6,3 milyonu kiçik, 4,1 milyonu orta həcmli kreditlər təşkil edib. Əvəzində isə iri həcmli layihələrin maliyyələşdirilməsinə 89,6 milyon manat vəsait ayrılıb. 2017-ci ildə ümumilikdə 146 milyon manat kreditayrılıb. Bunun 20,1 milyon manatı kiçik, 8,9 milyon manatı orta, 116,8 milyon manatı isə iri layihələrə verilib. 2016-cı ildə ayrılan 189,4 milyon manat kreditin 22,8 milyon manatını kiçik, 8,8 milyon manatını orta, 157,6 milyon manatını böyük həcmli kreditlər təşkil edib. Araşdırmalar göstərir ki, fondun aktiv fəaliyyətə başladığı 2002-ci ildən bəri rəqəmlər bu cür davam edib. Bu baxımdan fondun əslində iri biznesi dəstəkləyərək kiçik və orta sahibkarlıq mühitində rəqabəti məhv etməsilə bağlı ittihamlar yerindədir.

Sahibkarlığın yox, məmur biznesinin inkişafı fondu?

"Fond yaradılanda orta və kiçik sahibkarlığa dəstək verəcəyi elan olunmuşdu. Əslində bu fondun vəsaiti hesabına yaranmış bir neçə layihələrin istiqamətinə və həcminə baxdıqda kiçik və orta sahibkarlığın inkişafına yardım məsələsi şübhə altına düşür”. Bunu iqtisadçı ekspert Nazim Bəydəmirli məsələ ilə bağlı Qaynarinfo-ya danışarkən bildirdi. Onun sözlərinə görə, fondun maliyyələşdirdiyi və xərclənən vəsaitlərin əhəmiyyətli hissəsini əhatə edən layihələr əslində iri biznesin dəstəklənməsidir: "İqtisadi durumumuzun belə faciəvi olmasının əsl səbəblərindən də biri - bu korrupsiya sxemləri, şişirdilmiş layihələr və məmur sahibkarlığına dövlət dəstəyi olub”.

Fondun fəaliyyətində qeyri-şəffaflığın olduğunu deyən ekspert dövlətin sahibkarlığa dəstəyi mexanizmlərinin daha şəffaf, ünvanlı və vasitəsiz olmalı olduğunu vurğuladı: "Fond yaradılarkən, onun strategiyasında ilkin illərdə sahibkarlığın dövlət büdcəsi vəsaitləri hesabına dəstəklənməsi nəzərdə tutulurdu. İldən-ilə Fonda ayrılan vəsaitlər artırıldı. İlkin illərdə Sahibkarlığa Kömək Milli Fondunun verdiyi kreditlər şəffaf həyata keçirilsə də, sonrakı dövrlərdə monopoliyanın şahidi olduq. Müşahidələr onu deməyə əsas verir ki, Fond da iqtisadiyyatdakı inhisarçılığı qidalandırır. Sahibkarlığa dövlət dəstəyi ideya olaraq çox gözəli idi. Təəssüf ki, onu icra edənlər çox pis vəziyyətə saldılar. Məlumatlar var ki, fond müxtəlif banklarla separat danışıqlara gedir, vəsaitlər verir. Bundan əlavə, Fonda yaxın olan "biznes” adamlarına dövlət büdcəsindən ucuz vəsaitlər verirlər. Bununla həmin pullar başqa sahələrə yönəldilir, real sahələrə istiqamətləndirilmir. Fondun "tələsinə” dümüş sahibkarlara 500-5000 və bəzən daha çox vəsaitlər xərclədib tövsiyə etdikləri biznes mərkəzlərindən biznes-planlarına, layihələrinə müsbət rəy alırlar. Amma bu rəy adi kağız parçasıdır, sahibkara heç bir köməyi dəymir. Müvəkkil banklar onların müraciətlərinə baxıb kredit ayırmır. Beləcə minlərlə sahibkar Fondun dolandırıcılığına məruz qalırlar. Bu o deməkdir ki, bürokratik əngəllər var, pulun mənimsənilməsi prosesi gedir”.

"Sahibkarlığın İnkişafı Fondu ləğv olunmalıdır”

N.Bəydəmirli Sahibkarlığın İnkişafı Fondunun ləğv olunmasının tərəfdarı olduğunu vurğuladı: "Dövlət stimullaşdırıcı tədbir görmək istəyirsə, bunu vergidən azad olunma, prioritet seçdiyi sahədə güzəştlər tətbiq etmək və sair yollarla həyata keçirə bilər. Birbaşa vəsait ayırmaq istəyirsə, o zaman valyuta ehtiyatlarının banklara depozit şəkilində qoyulması daha uyğun variantdır. Ayrıca bir qurumun yaradılmasını qəbul edilməz hesab edirəm. Bu strukturu törəmə qurum adlandırıram. Fond tərəfindən ayrılan vəsaitlərin hansı müəssisələrə verilməsi, onların effektivliyi, şəffaflığı çox ciddi şübhə altındadır”.

N.Bəydəmirlinin sözlərinə görə, fondun ayırdığı vəsaitlərin 90 faizindən çoxu böyük holdinqlərə, məmur sahibkarlığına aid olan iri biznesə ayrılıb: "O zaman da biz qeyd edirdik ki, ictimaiyyətin gözü qarşısında kiçik və orta sahibkarlara 10-15 min verilir, əslində gizlində daha böyük vəsaitlər şəffaflıqdan uzaq şəkildə dağıdılır. Bu qurum məmur sahibkarlığına daha çox xidmət edib. Siz marketlərdən bazarlıq etdikdə aldığınız məhsullarla maraqlansanız özünüz də görəcəksiniz ki, aldığınız 30 adda məhsulun azı 25-i ölkəyə idxal olunub. Burada istehsal olunanların da bir çoxunun xammalı xarici ölkələrdən gətirilir. Bu, adıçəkilən fondun qarşısına qoyulan məqsədə çatmadığını təsdiq edən bir məqamdır. Digər bir tərəfdən, siz götürün dövlət büdcəsinin daxilolmalarında ƏDV-yə baxın – ölkə daxilində ƏDV azalır, idxaldan ƏDV isə artıb. Bu da o deməkdir ki, bizim iqtisadiyyat daha çox idxaldan asılılığa meyllənib. Bunun bir səbəbi də aparılan gömrük siyasətinin iflasa uğramasıdır. Cənab prezident çıxışlarında həmişə qoyulan investisiyaları, ayrılan vəsaitləri dilə gətirir. Mən çox təəssüflə qeyd edirəm ki, o vəsaitləri xərcləyənlər, icraçılar bu və ya digər formada məmur sahibkarlığının daha da vüsət almasına səbəb oldular. Mən hazırda Gədəbəy-Tovuz bölgəsindəyəm, burada da əkin sahələrinin boş qalmasını müşahidə edərək o qənaətə gəlirəm ki, kiçik və orta sahibkarlıq kənd təsərrüfatında da tənəzzüldədir. Bu sahədə bir çox kompleks addımların atılması zəruridir. Hökumət daha çox təşviqedici addımlar atmalıdır. Kiçik və orta sahibkarlıqla məşğul olan insanların pul vəsaitlərinə əlçatanlığında, eyni zamanda dövlət büdcəsindən subsidiya şəklində ayrılan vəsaitlərin ünvana çatmasında maraqlı olmalıdır. Bütün bunların fövqündə isə məmur sahibkarlığı tamamilə ləğv olunmalıdır. Büdcə vəsaitinin müxtəlif yollarla paylanması, büdcə vəsaitləri ilə iqtisadiyyatı canlandırmaq dolayı yolla mümkündür, ancaq birbaşa mümkün deyil. İndiki şəraitdə, mükəmməl mexanizm olmadan nə qədər çox vəsait ayrılsa bir o qədər mənimsənilmə imkanı yüksək olacaq, effekt olmayacaq. Ölkədən çıxarılan vəsaitlərin həcmi də bunu sübut edir, ƏDV ilə bağlı göstəricilər də”.
Qaynarinfo










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Bu gün, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Bu gün, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Bu gün, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Bu gün, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Bu gün, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Bu gün, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Bu gün, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Bu gün, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Bu gün, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Bu gün, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Bu gün, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Bu gün, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Bu gün, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Bu gün, 10:06
"Qocalıqdan çox qorxuram"
Bu gün, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Bu gün, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Bu gün, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Bu gün, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Bu gün, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Bu gün, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Bu gün, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Bu gün, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Bu gün, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Bu gün, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Bu gün, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Bu gün, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Bu gün, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Bu gün, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Bu gün, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Bu gün, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru