"Tamamilə təkəm, köməyim yoxdu..." - GİLEY
Tarix: 19-07-2019, 17:32 | Çap et
 Kürdəmirin rayon mərkəzinə çox da uzaq olmadığı deyilən Atakişili kəndinə xeyli piyada getmək lazım gəlir. Zenfira Süleymanova orada yaşayır. Tənha qadının daxmasının adicə qapısı da yoxdur.
“Həyat yoldaşım rəhmətə gedəndən sonra lap pis günə qaldım”
Zenfira Süleymanovanın daxması evlərin arasında tamam itib-batıb. Hərçənd, qonşu evlər də nimdaş görünür. Hiss olunur ki, kənd camaatı çox da yaxşı yaşamır. Elə özləri də deyir ki, kənddə işsizlik böyükdür. Amma Zenfira qədər vəziyyəti ağır olan yoxdur.
Daxmanın yaşı çoxdur. Qadın danışır ki, bura qayınatasından qalıb. Qayınata vəfat edəndən sonra həyat yoldaşı ilə bir müddət onun evində yaşayıb. Ev çox pis vəziyyətdə imiş, tezliklə uçub. Ağır şərtlər altında yaşadıqlarından, bərpa edə bilməyiblər. Bu daxmaya köçüblər. Birotaqlı, qaranlıq, döşəməsi torpaq, damı qamış olan yeri ev də adlandırmaq olmur.
Zenfira Süleymanova danışanda kövrəlir: “Həyat yoldaşım beş ildi rəhmətə gedib. Onunla yaşayanda da vəziyyətimiz ağır idi. Yeməkxanada işləyirdi, günə 3-5 manat qazanırdı. O, rəhmətə gedəndən sonra lap pis günə qaldım. Övladımız olmayıb. Tamamilə təkəm, köməyim yoxdu”.
“Gecə qorxa-qorxa yatıram, it, çaqqal gəlir”
Zenfira Süleymanova deyir ki, daxmanın olduğu ərazi başqa adamındır. Buradan getməsi üçün qadına dəfələrlə xəbərdarlıq edib: “Deyir ki, iki oğlum var, böyüyüblər, evləndirməliyəm. Çıxmağımı istəyir. Bu damın yerində ev tikəcəyini deyir”.
Daxmada yaşayış üçün heç bir şərait yoxdur. İçməli su xətti çəkilməyib, qadın hər dəfə lazım olanda qonşulara ağız açır. Diqqətdən qaça biləcək əsas məqamlardan birini Zenfira xatırladır: “Hamam yoxdu. Hətta tualetə qonşulara gedirəm”.
Zenfira Süleymanova işləmir. Onsuz da kənd camaatının iş tapmaq şansı, demək olar, yoxdur. Qadın 160 manat pensiyanın ümidinə qalıb. Bunun da bir hissəsini kommunal borclara xərcləyir.
“O pulla dolanmaq mümkün deyil. Çatmır. Heç işıq, qaz pulunu ödəyə bilmirəm. Gücüm çatanda verirəm, nə qədər borclu qalıram. O qapıda-bu qapıda yemək yeyirəm. Gecə gəlib qapını bağlayıb yatıram. Yatanda da qorxa-qorxa. Qardaşım qonşu kənddə yaşayır, iki uşağı var. Deyir, uşaqlardan birini apar yanına. Necə aparım? Qız uşağıdı, qorxar. Neçə dəfə həyətə sahibsiz it, çaqqal gəlib, özüm qorxmuşam. Bir gün gəlib gördüm ki, bir neçə ilan evin ortasındadır”.
“Bacıma görə ürəyim ağrıyır”
Zenfiranın qardaşı İxtiyar ailəsi ilə Xırdapay kəndində ata evində yaşayır. Görüşüb söhbətləşirik. Deyir ki, acınacaqlı vəziyyətdə yaşayırlar. İş tapmağa çox çalışsa da, heç nə alınmayıb. Sosial yardım almaq cəhdləri də boşa çıxıb. Analığının təqaüdü sayəsində acından ölmürlər.
Həyətin ərazisi kiçikdir. Zenfiranın istəyi burada bir otaq tikməkdir. Deyir, hökumət inşaat materialları versə, tikə bilər: “Qonşular hər cür kömək eləməyə hazırdır. Gəlib təmənnasız işləyərlər”.
İxtiyar problemləri haqda danışmaq istəmir. Heç şəklini çəkməyimizə də imkan vermir. Deyir, əsas bacısıdır, onun problemi həll olunsun: “Onun vəziyyətinə baxa bilmirəm. Ürəyim ağrıyır”.





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Bu gün, 12:06 |
|
|
|
• Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Bu gün, 12:03 |
|
|
|
• Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Bu gün, 11:57 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Bu gün, 11:55 |
|
|
|
• Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Bu gün, 11:33 |
|
|
|
• “Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Bu gün, 10:56 |
|
|
|
• "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Bu gün, 10:47 |
|
|
|
• AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Bu gün, 10:42 |
|
|
|
• Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Bu gün, 10:30 |
|
|
|
• Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Bu gün, 10:18 |
|
|
|
• Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Bu gün, 10:06 |
|
|
|
• "Qocalıqdan çox qorxuram"
Bu gün, 10:00 |
|
|
|
• İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 09:49 |
|
|
|
• Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Bu gün, 09:39 |
|
|
|
• II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Bu gün, 09:34 |
|
|
|
• Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Bu gün, 09:32 |
|
|
|
• İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Bu gün, 09:30 |
|
|
|
• Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:25 |
|
|
|
• İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Bu gün, 09:17 |
|
|
|
• Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Bu gün, 09:16 |
|
|
|
• FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Bu gün, 09:02 |
|
|
|
• İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Bu gün, 08:59 |
|
|
|
• Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Bu gün, 08:51 |
|
|
|
• Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Bu gün, 08:44 |
|
|
|
• Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Bu gün, 08:37 |
|
|
|
• `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Bu gün, 08:21 |
|
|
|
• Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Bu gün, 08:10 |
|
|
|
• Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Bu gün, 08:04 |
|
|
|
• Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01 |
|
|
|
• "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46 |
|
|
|
• “Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43 |
|
|
|
• Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38 |
|
|
|
• Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36 |
|
|
|
• İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30 |
|
|
|
• ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25 |
|
|
|
• "Səhnə qurban tələb edir"
Bu gün, 06:23 |
|
|
|
• Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21 |
|
|
|
• 36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46 |
|
|
|
• "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39 |
|
|
|
• Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35 |
|
|
|
• Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59 |
|
|
|
• Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22 |
|
|
|
|