"Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                 

"Ya səni məhkəməyə verəcəyik, ya da..." - Aprel döyüşlərində ayaqlarını itirən qazinin kredit problemi
Tarix: 13-06-2018, 14:45 | Çap et
"Ya səni məhkəməyə verəcəyik, ya da..."
Aprel döyüşlərində böyük qəhrəmanlıq nümayiş etdirən və düşmənin 40-dan çox canlı qüvvəsini məhv edən qazi Mənəfov Səməndər Müqavimət oğlu çıxılmaz vəziyyətdə qalıb.

Yenicag.az xəbər verir ki, 2015-ci ildə ev almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankından 15 min manat kredit götürən Mənəfov Aprel döyüşlərində minaya düşüb, ayağını itirdikdən sonra onu ödəməkdə çətinlik çəkib.

Bu barədə saytımıza Mənəfov Səməndərin özü açıqlama verib:

“2015-ci ildə ev almaq məqsədi ilə Beynəlxalq Bankdan 15 min manat kredit götürdüm. 2016-cı ildə döyüşdə yaralanmamışdan öncə bir il ərzində krediti vaxtı-vaxtında ödəmişəm. Hər ay 600 manat verirdim. Tərxis olunana qədər kartımdan pul çıxılıb. Lakin məlum səbəblərdən sonradan krediti ödəyə bilmədim. Heç kim heç nə demirdi. Sonradan işə düzəldim. Yenə başladılar pulu tutmağa. Getdim Beynəlxalq Banka, öyrəndim ki, məbləğ şişib 26 min manat olub. Məbləğin üstünə faizlər gəlib. Sonradan mənim kreditim “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına yönəldildi. İndi isə faizlər silinib, məbləğ 14 min manat olub. Mənə zəng etdilər ki, nə etmək fikrin var? Mən də “ödəyə bilmirəm” dedim. Dedilər, məsələyə baxacağıq, ya səni məhkəməyə verəcəyik, ya da ödəniş zaminlərindən tutulacaq. Kreditin bağışlanıb-bağışlanmaması sual olaraq qalır. Bunun üçün bir sıra aidiyyatı qurumlara müraciət etmişəm, amma bir xeyiri yoxdur”.

Məsələ ilə bağlı “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı ilə də əlaqə saxladıq. Özünü Ağamir kimi təqdim edən “Aqrarkredit”in rəsmisi soyadını açıqlamasa da, məsələyə qısa-konkret münasibət bildirib bizimlə sağollaşdı:

“Kredit faizlə verilir. Kreditin öz qaydaları, prinsipləri var. Bu, bütün dünyada belədir. Bankın kiməsə güzəştə getməsi isə daxili qaydalara aiddir. Qoy həmin şəxs müraciət etsin, ondan sonra məsələyə baxsınlar. Biz dövlət təşkilatıyıq”.

Bundan başqa Aprel döyüşlərində iki ayağını itirən qazinin nəqliyyat problemi də var. O, dəfələrlə Sosial Müdafiə fonduna müraciət etsə də, müsbət cavab ala bilməyib: “Əslində, mənə əlillər üçün nəzərdə tutulan avtomobil verilməlidir. Çünki nə piyada gəzə, nə də avtobusdan istifadə edə bilirəm. Sosial Müdafiə Fonduna müraciət etsəm də, məni növbəyə götürən yoxdur. Dəfələrlə qəbulda olmuşam, amma bunların heç biri fayda verməyib. Bəhanə gətirirlər ki, avtomobil növbəsi dayandırılıb. Baxıram siyahıya ki, 2018-ci ildə növbəyə adam götürüblər, amma məni qeydə almırlar. Ya pul istəyirlər, ya da bilmirəm…”

Qeyd edək ki, 1990-cı ildə Kürdəmirin Xınıslı kəndində anadan olan Səməndər Mənəfov 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2007-ci ildə liseyi bitirən Mənəfov, təhsilini Heydər Əliyev adına Hərbi Akademiyada davam etdirib.

O, 2011-ci ildə Ali Hərbi Məktəbi baş leytenant rütbəsilə bitirərək N saylı hərbi hissəyə təyinat alıb. 2012-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılıb, 6 aylıq kursu uğurla bitirərək, XTQ sıralarına qoşulub. Türkiyədə sərbəst paraşüt kursunu uğurla tamamlayıb.

2013-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, eyni zamanda da Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Düşmənin hücumunun qarşısını aldığına və xeyli canlı qüvvəsini məhv etdiyinə görə Azərbaycan Respublikası prezidenti adından qiymətli hədiyələrlə mükafatlandırılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Dünən, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Dünən, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru