Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                 

Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal... - GİLEY
Tarix: 14-11-2017, 11:38 | Çap et
Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal...
Tovuz rayonunun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndinin sakini Etibar Rəhimov onu çətin duruma salan məsələ ilə bağlı redaksiyamıza müraciət edib. Rəhimov ona qarşı "Azərqaz" İstehsalat Birliyinin iddiası üzrə Tovuz Rayon Məhkəməsinin çıxardığı qətnamənin əsassız olduğunu iddia edir.
Belə ki, ötən ilin sentyabrında anasını xəstəxanadan evə gətirən Etibar qazın yanmadığını görür. Həyətə çıxarkən qaz sayğacının yerində olmadığını, ona gələn xəttin isə qırılaraq sızmazın deyə ağzının qatlanaraq əzildiyinin şahidi olur. Qonşular ona sayğacın qaz idarəsinin işçiləri tərəfindən sökülərək aparıldığını bildirir. Ondan sonra başına gələnləri Əlibəyli sakini belə nəql edir:
"Qaz idarəsinə gedəndə sayğacın yerinə quraşdırılması üçün 300 manat istədilər. Dedim nəyə görə verməliyəm, sizdən şikayət edəcəm. Dedilər ki, "sənin kimi danışanlar yüzlərlədir, hara istəsən, şikayət elə". Kənddə yaxın bir adamın köməyilə baş prokurorluğa məktub yazdırdım. Aradan bir ay keçmişdi gətirib yeni sayğac quraşdırdılar. Bundan sonra mənə minnətçi düşdülər ki, şikayətimin təmin olunduğu, heç bir narazılığımın qalmadığı haqda onların yazdığı məktuba qol çəkim. Heç oxuya bilmədim nə yazmışdılar. Uşaqlığımız müharibəyə düşdüyündən, məktəblərdən ancaq sığınacaq kimi istifadə edə bildik. Rayon mərkəzinin məktəblərinin sinif otaqlarında partaların üstə döşək atıb yatmaqla keçdi uşaqlığımız. Düz əməlli yazıb-oxumağı öyrənə bilmədik."

Etibar Rəhimov bu hadisədən 5 ay sonra məhkəmədən məktub alıb. Məhkəmədən ona göndərilən məktubda bildirilib ki, "Azəriqaz" İB qaz sayğacına qanunsuz müdaxilə etdiyi üçün ondan şikayətçidir və buna görə məhkəməyə gəlməlidir.
Tovuz rayon məhkəməsi 30 mart 2017-ci il tarixində hakim Ədil Məmmədovun sədrliyi, Namiq İsmayılovun katibliyilə keçirilən iclasda cavabdeh tərəfindən 245,91 manat (91,21m. qaz sayğacının sıradan çxarılması, itirilmiş qaza görə 124,80m., istehlak etdiyi qaza görə yaranan borc 29,90m.) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat "Azəriqaz" İB-nin hesabına ödənilməsi barədə qərar çıxarıb.
Cavabdeh isə sayğaca heç bir müdaxilə etmədiyini, "Azəriqaz" İB-nin məhkəməyə təqdim etdiyi aktın tamamilə saxta olduğunu deyir:
"Mənim sayğacımı qaz idarəsinin işçiləri oğurlayıb, özümü də məhkəməyə veriblər. Məhkəməyə saxta akt təqdim ediblər. Sayğac açılarkən heç bir ailə üzvümüzün bundan xəbəri olmayıb. Yerində akt tərtib edilməyib. Mənim aktın tərtib olunmasından xəbərim olmaya-olmaya, adımın qarşısına imtina edir yazılıb. Orada adı olan Namazov Cavid, Zeynalova Vüsalə və Əmirxanov Firuddin ad-soyadlarını ilk dəfə eşidirəm. Nə qonşuda, nə kənddə bu adda adamlar yaşamır. Məhkəmə əsas bu aktın necə tərtib olunduğunu araşdırmalıdır".

Etibar Rəhimov bildirir ki, qaz idarəsi işçiləri tez-tez evinə gələrək istifadə etdiyi qazın haqqını vaxtlı-vaxtında ödəməsinə baxmayaraq, məhkəmənin təyin etdiyi pulu ödəməyəcəyi təqdirdə qaz xəttini kəsəcəkləri ilə hədələyirlər. Cəbhənin bir addımlığında yaşayan kənd sakini heç bir yerdən gəliri olmadığından məhkəmənin təyin etdiyi məbləği ödəyə bilmədiyini, soyuq qış günlərində evini isidə bilmək üçün aidiyyatı orqanlardan məsələyə obyektiv yanaşmağı xahiş edir.
Hüquqşünas Samir İsayev bu məsələni Sputnik Azərbaycan-a şərh edərkən bildirib ki, bu cür məhkəmələrin sayı durmadan artır. O, bunun vətəndaşların savadsızlığından, öz hüquqlarını bilməməyindən irəli gəldiyini deyir. Ona görə də, hesab edir ki, bu cür proseslərin başlanğıcında vəkillərin köməyinə müraciət etmək lazımdır. Çünki iş-işdən keçəndən sonra heç hüquqşünaslar da vətəndaşa kömək edə bilmirlər.
Samir İsayevin sözlərinə görə, sözügedən məhkəmə prosesindən artıq bir neçə ayın keçməsi, Etibar Rəhimovun apellyasiya hüququnu itirməsinə səbəb olub. Hüquqşünas vəziyyətdən çıxış yolunu cavabdehin inzibati qaydada yuxarı instansiyalara müraciət etməsində görür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru