Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

"Seta" MTK-nın arxasında kim dayanır? - İlginc iddialar
Tarix: 2-08-2016, 11:13 | Çap et
"Seta" MTK-nın arxasında kim dayanır?
İyul ayının 14-ü və 21-i tarixlərində “Bizim Dövr” qəzetinin səhifələrində müvafiq olaraq, “Ağ Şəhər”in üzüqara işbazları” və “SETA” MTK dövlət əhəmiyyətli layihəni nüfuzdan salır sərlövhəli iki tənqidi material dərc olunmuşdu. Həmin yazılarda biz bir daha, artıq uzun müddətdən bəri ölkə mətbuatında öz aktuallığını saxlayan bir mövzuya, müxtəlif sahələrdə müvvəqəti işlərə cəlb olunan və sonradan qazandıqları pulları ala bilməyən insanların problemləri mövzusuna toxunmuşduq. Bu xüsusda redaksiyamıza daxil olmuş şikayət ərizəsində Elçin Məmmədov, Mehdi Hüseynov, Elvin Məmmədov, Daməd Məmmədov, Xalid Cəbrayılov və daha bir neçə nəfər vətəndaşlar bildirmişdilər ki, son on beş ay ərzində onlar paytaxtın Xətai rayonu ərazisində, Bakı Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan “Ağ şəhər” yaşayış kompleksinin 5-6-7 mərtəbəli, 7 girişli yaşayış binasının təmir-tikinti işlərində çalışıblar. Bir daha qeyd edək ki, həmin tikintinin qarşısında yerləşdirilmiş məlumat lövhəsində obyektin “SETA” MTK tərəfindən sifariş olunduğu, podratçı kimi isə, “Union Construktion” MMC-nin (lisenziya в„– 022543) çıxış etdiyi bildirilir. Şikayətçilər öz ərizələrində göstərimişdilər ki, tikintidə işlədikləri müddət ərzində onlar tərəfindən 350 kv.m sahədə makina suvağı və astar-üzlük alçı vurulması işləri görülüb. İş prosesi zamanı usta və fəhlələrə müəyyən məbləğlər ödənilsə də, işlər tamamlandıqdan sonra şirkətin işçilərə külli-miqdarda borcu qalıb. Həmçinin bizimdovr.az-a təqdim olunmuş ərizədə işi qəbul edən şəxs kimi Fuad adlı bir nəfərin və onun köməkçiləri olaraq, Mikayıl və Ərəstunun adları qeyd olunub. Şikayətçilər bildirirlər ki, işi təhvil verdikləri gündən artıq altı aya yaxın bir müddət keçməsinə baxmayaraq, onlar hələ də öz halal pullarını Fuad müəllimdən ala bilmirlər. Bir qədər təkid etdikdə isə, usta və fəhlələr hətta qarşı tərəfdən hədə və təhdidlərə belə məruz qoyulurlar.

Əslində biz ümid edirdik ki, sözü gedən materialların dərcindən sonra, şikayətçilərin bizə “SETA” MTK-nın rəhbərləri kimi təqdim etdikləri Sudaxan müəllim və Tofiq müəllim bu problemin tez bir zamanda həllini tapması üçün müvafiq addımlar atacaqlar. Amma hadisələrin sonrakı inkişafı bu şəxslərin də, onların göstərişlərini yerinə yetirənlərin və arxalarında duranların da tamamilə başqa fikirdə olduqlarını göstərmiş oldu. Belə ki, həm şikayətçilərə, həm də bizə qarşı “əks-həmlə” taktikasını seçməyə qərar vermiş “SETA” MTK-nın rəhbərliyi məsələni məhkəmə zalına keçirməyə üstünlük verdi. Həm də çox maraqlıdır ki, məhkəməyə şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsi iddiası ilə müraciət etmək üçün, bu “işbazlar şəbəkəsi”nin ən aşağı pilləsində duran icraçılardan biri, Ərəstun Şabanov seçildi. Diqqət edin, görün şikayətçilər Ərəstunun bu şəbəkədə mövqeyini necə təsvir edirlər: “İşlərin başında duran şəxs Fuad Verdiyevdir. O, baş ofisdə əyləşməklə, bilavasitə “Ağ Şəhər” kompleksinə aid binaların satışına baxır. Eləcə də, tikinti sifarişlərini digər şirkətlərə, o cümlədən “SETA” MTK-ya Fuad müəllim verir. Mikayıl Fuad Verdiyevin qohumudur. Buna görə də Fuad müəllimin tövsiyyəsilə “SETA” MTK müəyyən təmir işlərini podratçı qismində Mikayıla tapşırır. Ərəstun Şabanov isə, Mikayılın tanışıdır. Onun da əsas funksiyası Mikayılın götürdüyü işləri artıq bilavasitə icra edəcək usta və fəhlələrin tapılmasında “makler”lik etməkdir...”

Amma istənilən halda, hər bir vətəndaş məhkəməyə müraciət edə bilər və əslində məhkəmə araşdırması yenə də şikayətçilərin xeyrinə işləyəcək bir proses ola bilər. Digər tərəfdən isə, “SETA” MTK-nın arxasında duran şəxsin kimliyi daha böyük maraq doğurur. Həm də ona görə ki, bu şəxsin özü də sırf təsadüf nəticəsində, qəzetimizin məhz 14.07.2016-cı il tarixli sayında dərc olunmuş tənqidi materiallardan birinin anti-qəhrəmanı olmuşdu. “Dövlət Əmək Müfəttişliyi Xidməti funksionallığını itirib” sərlövhəli həmin yazıda biz, redaksiyamıza daxil olan məlumatlara istinadən, bu qurumun rəis müavini Anar Quliyevin bəzi müəssisə rəhbərləri ilə qanunsuz sövdələşmələrə girərək pul yığımları həyata keçirdiyindən bəhs etmişdik. Yazıda qeyd olunmuşdu ki, artıq uzun müddətdən bəri redaksiyamıza daxil olan şikayət məktublarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX)d bir çox şəhər və bölgələrdə fəaliyyət göstərən regional müfəttişliklərində müşahidə olunan qanun pozuntuları barədə açıqlamalar təqdim olunur. Həmçinin biz qeyd etmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, cənab Səlim Müslümov da öz çıxışlarında dəfələrlə bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını konkret faktlar əsasında diqqətə çatdırıb. Nazir bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin öz vəzifə funksiyalarına yanaşmalarında icra məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib. Lakin bu gün də davam edən müəyyən prosesləri müşahidə etməklə belə qənaətə gəlmək olur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəni və xüsusilə də Xidmətin rəis müavini Anar Quliyevi mövcud durum tamamilə qane edir. Belə ki, aldığımız məlumatlarda Xidmətin struktur bölmələrinin işində müşahidə olunan bütün qanun pozuntularının başında məhz Anar Quliyevin durduğu iddia olunur. Artıq qeyd olunduğu kimi, Xidmətin regionlarda fəaliyyət göstərən müfəttişlikləri yerli müəssisələrdə əmək məcəlləsinin maddələrinə riayət olunmasına, eləcə də həmin müəssisələrdə çalışan insanların hüquqlarının təmin olunmasına nəzarəti həyata keçirməlidirlər. Lakin müxtəlif mənbələrin iddiasına görə bu qurumlardan əksəriyyətinin rəhbərləri daha çox nəzarət etdikləri müəssisələrin rəhbərləri ilə yolverilməz sövdələşmələrə girərək, işçi və fəhlələrin qanuni hüquqlarının pozulması hesabına şəxsi mənfəət əldə etmək taktikasına üstünlük verirlər. Belə ki, müfəttişliklər tərəfindən müəssisələrdə yoxlamalar subyektiv yanaşmalar əsasında tərtib olunmuş siyahılar üzrə, bir sıra hallarda isə, aidiyyəti olan dövlət qurumunun müvafiq çıxarışları olmadan aparılır. Halbuki, Dövlət Əmək Müfəttişliyi tərəfindən hər hansı bir idarə, müəssisə və təşkilatda yoxlama bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin

yazılı əmri və ya sərəncamı əsasında həyata keçirilə bilər. Həmin əmrin və ya sərəncamın əsli idarə, müəssisə və təşkilata təqdim olunmalıdır. Bəzi hallarda isə, ayrı-ayrı müəssisələr fəaliyyət göstərdiyi halda onlarda yoxlamaların guya ki, “müəssisənin fəaliyyətinin dayanması” səbəbindən təxirə salındığı barədə yuxarı instansiyaya məruzə edilir. Eyni zamanda da bəzi müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu da diqqəti cəlb edir. Məlumatlarda bildirilir ki, Anar Quliyev sürəkli olaraq müfəttişlikləri müəssisələrdən rüşvət toplamağa təhrik edir.

İndi isə, “SETA” MTK ilə bağlı problemin müzakirəsində Anar Quliyevi xatırlamağımızın səbəbini açıqlayaq. Məsələ bundadır ki, dünən yenidən redaksiyamıza gəlmiş Elçin Məmmədov və Mehdi Hüseynov qarşılaşdıqları problemin həllini tapmaq üçün bir neçə dəfə DƏMX-in Xətai rayonunda yerləşən 23 saylı Əmək Müfəttişliyinə müraciət etdiklərini, lakin orada məsələyə baxılmadığını bildiriblər. Bu səbəbdən şikayətçilər elə dünən Dövlət Əmək Müfəttişliyi Xidmətinə yollanıblar. Lakin burada da onları dinləyən olmayıb. Məlum olub ki, Xidmətin rəis müavini Anar Quliyev, sən demə “SETA” MTK-nın rəhbəri olan Sudaxan müəllimlə həmyerlidir. Yəni bu şəxslərin hər ikisi əslən Şəmkir rayonundandır. Məhz elə bu səbəbdən də, “SETA” MTK-nın rəhbərliyi bir neçə fəhlənin pulunun kəsilməsi kimi “xırda” bir işin həlli üçün özünə əziyyət verməmək və Ərəstun Şabanovu “irəli vermək” qərarına belə rahatlıqla gəlib. Amma Sudaxan müəllim unutmasın ki, Anar Quliyevin keçmiş MTN generalı Akif Çovdarovla yaxın qohumluq əlaqələri səbəbindən, qılıncının hər iki üzünün kəsdiyi vaxtlar artıq çoxdan keçib...

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru