Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                 

Bakıda kimsənin unutmayacağı dəbdəbəli toyu çaldırmışdı... - Amma vergidən yayınır...
Tarix: 22-07-2016, 11:21 | Çap et
Bakıda kimsənin unutmayacağı dəbdəbəli toyu çaldırmışdı...
Salyan rayonunun tanınmış iş adamı Hacı Qurban Abbasovun rəhbəri olduğu şirkətlərdə mövcud olan qanun pozuntuları, konkret olaraq vergidən yayındırılan vəsaitlər və rayonda sahibkarlığın inkişafına vurulan ağır zərbələrlə bağlı ölkə mətbuatında geniş yazılar dərc olunmuşdur.Həmin məqalələrdən xəbəri olmayan oxucularımız üçün xatırladaq ki, В«XXI əsrВ», В«CSM NixВ», В«Sevinc 96В», В«Nigar LTDВ», В«Halal İnşaat MMCВ», В«A+B OİLВ» ServisВ» şirkətlərinə rəhbərlik edən biznesmen В«Şirvan OİLВ», В«Qarasu OİLВ», В«Qobustan OİLВ», В«Salyan OİL LTDВ» və В«Binəqədi OİLВ»la geniş əlaqələr quraraq külli miqdarda gəlir əldə edir.

В«Biznesmen təkrar emal adı ilə hələ sovetlər dövründən bu quyularda qalan boruları çıxararaq satıb. Halbuki, həmin borular istismar müddətini başa vurduğuna görə, В«Salyan OİL LTDВ»nin anbarlarına daşınmalı idi. Amma buna baxmayaraq, Qurban Abbasov boruları özünə məxsus texnikalara yığdıraraq satıb. Daşınmalar zamanı yazılan bir sənəddən dəfələrlə təkrar istifadə edilib. Belə əməliyyatların rahat həyata keçirilməsindən ötrü Hacı özünə yaxın olan Balakişi Bağırovu В«Salyan OİL LTDВ»nin yataqların istismarı üzrə rəhbəri, onun qardaşını isə şirkətin boru anbarına müdir təyin edib. İş adamı yaxın adamlarını müxtəlif vəzifələrə yerləşdirərək qanunsuz işlərini daha rahat şəkildə həyata keçirir. Sahibkarın imza atdığı qanunsuz işlərin sayı-hesabı yoxdur. Lakin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri onun barəsində müvafiq tədbirlər görmür. İş adamı pulunun gücünə yaranan ən xırda problemi belə yoluna qoyurВ», deyə məqalədə qeyd olunurdu. İş adamının fəaliyyətində üzə çıxan neqativ hallar o qədər çoxdur ki, saymaqla bitmir. Bu gün sizə Hacı Qurban Abbasovun barəsində növbəti faktları açıqlamaq istəyirik. Etibarlı mənbədən aldığımız məlumatlara görə, Qurban Abbasov bir neçə il əvvəl Qarabağlı kəndi ərazisindən keçən 500 mm-lik dövlətə məxsus qaz boru xəttini kəsib-doğrayaraq satıb: В«Bu işə öz kürəkəni, həmin dövrdə kəndin icra nümayəndəsi işləyən İlham Muradovu, bələdiyyə sədri Teyyub Məmmədovu və qaz sahə rəisi Kamil Məmmədovu də cəlb edib. Bu şəxslər törətdikləri cinayət hadisəsinə görə üç gün Salyan Rayon Polis Şöbəsində saxlanıldılar. Sonradan Qurban Abbasov hamıya məlum olan vasitələrə əl ataraq həmin adamların sərbəst qalmasına nail oldu. Qaz borularının oğurlanaraq satılmasında iş adamının birbaşa iştirakı var idi.

Cinayət Məcəlləsinin 31-ci maddəsinə, yəni iştirakçılığa görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, biznesmen pulunun hesabına imza atdığı bütün qanunsuz işlərin üstünü ört-basdır etməyi bacardı. İş adamı əhalinin istifadəsində olan 120 hektar örüş sahəsini qanunsuz şəkildə zəbt edib. Həmin ərazinin yaxınlığından keçən qaz boruları da oğurlanaraq satılıb.

Oğurlanan borular sahibkarın Qarabağlı kəndi ərazisində olan məntəqəsində saxlanılır və satılır. Hazırda onun burdakı anbarında on min metrlərlə boru varВ». Məlumatda Hacı Qurbanın Qarabağlı kəndində yaşayan insanların rahatlığını əlindən aldığı da qeyd edilir: В«Belə ki, o, Qarabağlı bələdiyyəsinə məxsus 30 hektar örüş-otlaq sahəsində kiməyi məhsulların saxlanması üçün qanunsuz anbar tikdirib. Anbarın ətrafında yaşayan insanların həyatyanı sahələrinə qəsdən ziyan vurulur. Sahibkar bura yaxın yaşayan bəzi sakinlərin torpağını pul qarşılığında alıb. Yerini tərk etmək istəməyənlərə isə təzyiq göstərir və əmlaklarına ziyan vurmaqla onları sıxışdırır. Məsələn, Mustafayev Rauf Zabil oğlu Hacı Qurbanın tələbi ilə razılaşmadığı üçün şərlənərək üç ay müddətinə həbs edildi. Cinayət Məcəlləsinin 186-cı maddəsində yazılır ki, əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə cəza nəzərdə tutulur.

Buna baxmayaraq, bu günə kimi iş adamının haqqında heç bir hüquqi tədbir görülməyib. Abbasov həmçinin torpaq üzərində mülkiyyət hüququnu pozaraq Qarabağlı kəndinin şimal ərazisində 60 hektar, şərq ərazisində 30 hektar torpaq sahəsində qanunsuz kimyəvi məhsulların saxlanması anbarı tikdirib. Halbuki, anbarların tikildiyi torpaq sahələri əhalinin örüş yeri üçün nəzərdə tutulub. Təzəkənd kəndi ərazisində Kürün qırağında 150 hektar torpaq sahəsini zəbt edərək Kürün bənd daxilində qanunsuz olaraq kilometrlərlə bənd vurub.

Rayonun Qırxçıraq kəndində 120 hektar torpaq sahəsinin təyinatını qanunsuz olaraq dəyişib göllər düzəldib. Ki, bu da qonşuluqda yaşayan sakinlərə ziyanın dəyməsi ilə nəticələnib. Qurban Abbasov həm də qanuni sahibkarlıq fəaliyyətinə mane olmada ittiham edilə bilər. O, qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara son 10-15 il ərzində böyük problemlər yaradıb və bu gün də yaradır. Belə ki, onlarla qeyri-sağlam rəqabət aparır. В«Şirvan OİLВ», В«Qarasu OİLВ», В«Salyan OİL LTDВ» В«Qobustan OİLВ» və В«Binəqədi OİLВ» şirkətlərinin vasitəsilə milyonlar qazanan iş adamı Qarabağlı kəndi ərazisində ticarət mərkəzi açıb və digər sahibkarların satdığı malların topdan satış qiymətindən də ucuz məhsullar satır. Məsələn, çörəyin qiyməti hər yerdə 30 qəpikdirsə, Hacı Qurbana məxsus ticarət mərkəzində 25 qəpiyə satılır. Beləcə, biznesmen sağlam rəqabət mühitinin yaranmasına mane olur. Ticarət mərkəzinin adını В«DərələyəzВ» qoymaqla Qarabağlı kəndinin sakinləri arasında ayrıseçkilik yaradıbВ». Mənbə deyir ki, Hacı Qurban Qarabağlı və Kərimbəyli bələdiyyələrinə təzyiq edərək xalqın istifadəsində olan ümumilikdə 300 hektar sahəni qeyri-qanuni olaraq ələ keçirib: В«Pulu çox olduğundan ürəyi istəyən bütün qanunsuzluqlara imza atır. Biznesmen Cinayət Məcəlləsinin 199-cu, yəni inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma maddəsinin tələblərini pozaraq sahibkarların sərbəst fəaliyyətinə zəmin yaratmır. Hacının rəhbərlik etdiyi şirkətlərin illik maliyyə dövriyyəsi təxminən 50-60 milyon manat civarındadır. Amma onun şirkətlərində vergidən yayınma halları mövcuddur. Qurban Abbasovun biznes şəbəkəsinə şirkətlərindən savayı Qarabağlı kəndində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi, Salyan rayonunda beton zavodu, Salyan rayonunun mərkəzində bazar, Qarabağlı kəndində ticarət mərkəzi, çörək zavodu, Qaradağ rayonundakı yeni Gəmiqayırma Zavodunda beton zavodu, Lökbatanda Metal Konstruksiyalar Zavodu, Lənkəran rayonunda istirahət kompleksi, Biləsuvar rayonunda beton zavodu, Qırxçıraq kəndində balıq zavodu və fermer təsərrüfatı, rayonun 5-ci şöbə adlanan ərazisində 500 hektar torpaq sahəsində heyvandarlıq kompleksi, Qarabağlı kəndində 120 hektarlıq heyvandarlıq kompleksi, Qarabağlının şərqində 30 hektar heyvandarlıq təsərrüfatı və kimyəvi məhsulların dövriyyə etdiyi anbarlar, Qarabağlı kəndində 250-dən artıq texnikanın olduğu qaraj, həmin kəndin ərazisində 15 min kvm-lik В«İlkin-NВ» firmasına məxsus bir neçə anbar və qaraj, Şirvan şəhərində В«QarasuВ» əməliyyat şirkətinin yanında qapı-pəncərə sexi və şirkətə xidmət göstərən qaraj daxildir. Beləliklə, bu müəssisələrdə il ərzində milyonlarla manat gəlir əldə edildiyi halda, dövlətə az miqdarda vergi ödənilir. Qurban Abbasov həmçinin işçilərinin sayını az göstərərək Dövlət Sosial Müdafiə Fonduna lazımi qədər vəsait keçirmirВ». Bu hələ salyanlı iş adamının səbəb olduğu qanun pozuntularını əks etdirən məlumatların cüzi hissəsi idi. Gələn saylarımızda onun В«AtabankВ»ın Şirvan filialının direktoru Mahir Mikayılovla qohumluq əlaqələri, 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini işləyən dayısı oğlu Pənah Qurbanovla işbirliyi, Dubaydakı В«offşorВ» şirkətləri və digər maraqlı məsələlərlə bağlı böyük yazı dərc edəcəyik. Bizi izləməyi unutmayın. Sonda vergilər naziri cənab Fazil Məmmədovdan, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevdən və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdən xahiş edirik ki, Qurban Abbasovun rəhbərliyi altında fəaliyyət göstərən bütün müəssisələrdə yoxlamaların aparılması üçün aidiyyəti şəxslərə öz tapşırıqlarını versinlər.

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.
Xalqxeber.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru