"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                 

Siyəzəndə yoxa çıxan 3 milyon - Yeyinti ittihamı...
Tarix: 19-05-2016, 11:51 | Çap et
Siyəzəndə yoxa çıxan 3 milyon
2014-cü ilin 8 sentyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Siyəzən rayon icra hakimiyyətinə 3 milyon manat pul ayrılıb. Dövlət başçısının sərəncamında bu vəsaitin "İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə” ayrıldığı qeyd olunurdu. Yəni konkret profil və işin icrası ilə bağlı göstəriş var, lakin indiyə qədər 3 milyon manatlıq vəsaitin taleyi məlum deyil.

Miq.az-ın əldə etdiyi məlumata görə, Siyəzən rayonunun keçmiş başçısı Arif Qasımovun dövründə bu pullar yoxa çıxıb.

Arif Qasımovun sahib olduğu varidat - Biznes şəbəkələri

A. Qasımovun sahib olduğu varidat da onun büdcədən ayrılan pulları şəxsi malı kimi xərclədiyini sübut edir. 2011-ci ildə Siyəzənə başçı təyin olunan Qasımov buradakı mövqeyindən istifadə edərək, özünə əsil biznes şəbəkəsi yaradıb. Belə ki, onun Siyəzəndə bir neçə böyük ferması var. O, fermaları saxlamaq üçün fermerlərə uzun müddətə icarəyə verilən əkin sahələrini də zəbt edib. Onun keçmişdə rəhbərlik etdiyi rayonda üzlük daş sexləri fəaliyət göstərir ki, rayon ərazisində həyata keçirilən bütün tikinti işlərində məhz həmin sexlərin istehsalı olan mallar istifadə olunurmuş. Yəni, A. Qasımov büdcənin pulunu karusel prosesi ilə öz cibinə axıdırmış.

Məlumatlı mənbə Miq.az-a deyir ki, A. Qasımov eyni prosesi yeni başçı təyin olunduğu Nizami rayonunda da davam etdirmək niyyətindədir.

"Artıq bir neçə parkda yenidən təmir işləri başlayıb. Halbuki, həmin parklar bir il öncə istifadəyə verilmişdi və təmirə ehtiyacı yoxdur. Amma yeni başçı parkları sökərək, yenidən düzləltmə işinə start verir. Bununla həm ayrılan pulları silir, həm də özünün tikinti sexlərinin mallarını satır”, - deyə mənbənin məlumatında qeyd olunur.

Bununla yanaşı, A. Qasımovun hazırda başçı olduğu Nizami rayonunda əvvəldən bir neçə ticarət obyekti olub. O, bunlara adıçəkilən rayonda bələdiyyə sədri vəzifəsində işləyərkən sahib olub. Qasımovun paytaxtın ən gözəl güşələrində bir neçə villasının olduğu da deyilir.

Bu faktlar dövlət başçısının yolun tikintisi üçün Siyəzən rayonuna ayırdığı 3 milyon manatın taleyinə aydınlıq gətirir. Lakin A. Qasımovun varidatı onun indiyə qədər çox milyonların arxasına keçdiyini deməyə əsas verir.

Arif Qasımovun adı 600 min manatlıq qalmaqalda

A.Qasımovun adının 600 min manatlıq məhkəmə işində hallanması da bütün bunlara şübhə yeri qoymur.

"Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində də onun adını çəkib. O istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib”, - mediada yayılan məlumatda belə deyilir.

A. Qasımov hazırda rəhbərlik etdiyi Nizami rayonunda da eyni fəaliyyətini davam etdirir. Miq.az-a daxil olan məlumatlara görə, o rayonun mərkəzində torpaq sahələrini zəbt edərək obyektlər tikdirir. Onun biznesinə isə Vüqar Qasımov nəzarət edir. Yeri gəlmişkən, icra başçısının digər qardaşı Vidadi Qasımovun 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak etməsi bu faktlar fonunda diqqət çəkir.

"Pürrəngi” çayxanasında qanlı atışma

2007-ci ilin iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən "Pürrəngi” çayxanasında atışma olub. Nərimanov rayon prokurorluğunun məlumatına görə, münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Lakin cinayətlə bağlı təfərrüatlı məlumat indiyə qədər açıqlanmayıb.

15 min manat qarşılığında çayxanaların açılmasına icazə

Lakin bu hadisənin özü belə A. Qasımovun "soyğunçuluqla” məşğul olmasının qarşısını ala bilməyib. Əldə etdiyimiz məlumata görə, o hazırda rəhbərlik etdiyi Nizami rayonunda ağac sahələrini məhv edərək, 15 min manat qarşılığında çayxanaların açılmasına icazə verib.

İcra başçısı sarıdan bəxti gətirməyən siyəzənlilər

Və çox maraqlıdır ki, Siyəzənə rəhbərlik edən Arif Qasımov öz maxinasiyalarını Nizami rayonuna aparandan sonra da siyəzənlilərin üzünə günəş doğmayıb. Belə ki, Siyəzəndə Arif Qasımovu əvəz edən yeni başçı Asif Hüseynov 2015-ci il 12 oktyabr tarixində dövlət başçısının sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Onun başçı təyin olunandan bir müddət sonra ad gününü təmtəraqlı keçirməsi siyəzənlilərin yağışdan çıxıb, yağmura düşdüyünün əyani sübutu idi. Məlumata görə, A. Hüseynov öz ad gününü ən bahalı restoranları bağlatdıraraq keçirib.

Prezident İlham Əliyevin 50 illik yubileyini cəbhə bölgəsində keçirdiyi halda, bəzi məmurların bu addımı sadəcə olaraq harınlığın son həddi hesab oluna bilər.

Maraqlıdır ki, A. Hüseynov Siyəzənə qədər heç bir rayonda eyni vəzifəni icra etməyib. Onun haqqındakı məlumatlarda deyilir ki, Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial inkişaf idarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini vəzifəsi olub.

Hərbi xidmətdə olmayan icra başçısı

Onun tərcümeyi-halında ən diqqət çəkən məqam isə hərbi xidmət haqda heç bir məlumatın olmamasıdır. Bu da icra başçısının hərbi xidmətdə olmadığına dair ehtimalları gücləndirir. Hərbi xidmətdə olmadığı ehtimal olunan icra başçsınını vaxtının çoxunu rəhbərlik etdiyi rayondan kənarda keçirdiyi deyilir.

O da maraqlıdır ki, Asif Hüseynovu sələfi ilə birləşdirən təkcə siyəzənlilərin halına acımaması yox, həm də oturduğu kreslodur.

Kreslo xəstəliyi, yoxsa NUHUN gəmisi

Onun fotosunda oturduğu kreslonun bahalı olduğu aydın görünür. Burada diqqət çəkən məqamlardan biri də, Siyəzənin keçmiş başçısı, hazırda Nizami rayonuna rəhbərlik edən Arif Qasımovun da eyni kreslodan istifadə etməsidir. Onu da qeyd edək ki, deyəsən bu siyəzənlilərin baxtinə yazılıb ki, rayona gələn icra başçıları ancaq KRESLO xəstəsidirlər. Sizə tyəqdim edəcəyimiz hər iki icra başçısının kreslosuna diqqətlə baxın. Elə bil bunlar icra hakimiyyətinin binasında yox, Nuhun gəmisində oturublar. Bu isə iki versiyanı gündəmə gətirir.

- Ya Arif Qasımov Siyəzəndəki kreslosunu özü ilə Nizami rayonuna aparıb.

- Ya da Siyəzəndə qoyduğu kreslonun xiffətini çəkməmək üçün, Nizami rayonunda da eynisindən alıb.

Hər iki halda icra başçılarının bahalı kreslolardan istifadə etməsi faktı onların öz profillərinə uyğun olmayan fəaliyyətindən xəbər verir. Lakin o da faktdır ki, hər iki halda – həm köhnə, həm də yeni icra başçısının dönəmində əziyyət çəkən siyəzənlilərdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru