Yasamalda qanunsuz tikintilərə etiraz edən şəxs döyüldü - OLAY
Tarix: 5-05-2016, 10:50 | Çap et
 Kütləvi İnformasiya Vasitələrinə vətəndaşlar tərəfindən təqdim olunan şikayət ərizələrində və ya sadəcə məlumat və açıqlamalarda müşahidə olunan mövzu müxtəlifliyi normal hal kimi qəbul edilir. Kimi yaşadığı ərazidə aparılan qanunsuz tkinti işlərindən narazılığını bildirir, kimi yaşıllıqların qırılmasına etiraz edir, kimi də aşkar olunmuş növbəti qumarxana və ya digər pritonun qeyri-qanuni fəaliyyətinə dair tədbir görülməsini tələb edir. Həmçinin daxil olan məlumatlarda ayrı-ayrı vətəndaşların rastlaşdıqları müxtəlif zorakılıq hallarından da ara-sıra bəhs edilir. Amma dünən “Bizim Dövr”ün redaksiyasına redaksiyasına daxil olmuş növbəti şikayət ərizəsində eyni zamanda bir neçə müxtəlif qanun pozuntularından təşkil olunmuş əsil “buket”dən bəhs edilir. Maraqlıdır ki, cəmi iki nəfərdən ibarət qrupun fəaliyyəti, bir çox qanun pozunuları ilə ətrafda yaşayan sakinlərin ciddi narahatlığına səbəb olsa da, əraziyə nəzarət edən icra və hüquq-mühafizə orqanlarının diqqətindən tamamilə “yayınmışdır”. Bu arxayınlıq isə, paytaxtın mərkəzi ərazilərindən birində qeyri-qanuni tikinti işləri aparan, qumar oyunları təşkil edən və digər qanunsuzluqlara yol verən həmin iki nəfəri, son nəhayətdə adam döymyə belə sövq etmişdir. Amma yaxşı olar ki, bu barədə redaksiyamıza 1985-ci il təvəllüdlü, Ağdam rayonu, Əliş bəy Baharlı kənd sakini, hal-hazırda Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti 31/66 (yataqxana) ünvanda müvəqqəti yaşayan, Cəfərov Mahmud Yusif oğlu tərəfindən təqdim olunmuş ərizədə yazılanlarla tanış olaq. Beləliklə, ərizədə deyilir:
“Yazıb sizə bildirirəm ki, qaçqın ailəsi olduğumdan müvəqqəti yataqxanada yaşayıram. Həmçinin mənimlə bərabər həmin yataqxanada yüzlərlə qaçqın və məcburi koçkün ailələri də yaşayır. 21 aprel 2016-cı il tarixində, idarə etdiyim 10 PV 919 dövlət qeydiyyat nişanlı, Lada Priora markalı avtomobilimə oturarkən, Natiq və Malik Pənahov qardaşları, Elxan və digər daha bir neçə şəxs mənim üzərimə hücum eərək, məni döymüş və mənə xəsarət yetirmişlər. Deməliyəm ki, mənim bu döyülməyimin əsas səbəbi adlarını qeyd etdiyim şəxslərin törətdikləri qanunsuz əməllərinə qarşı dəfələrlə iradlarımı bildirməyim olub. Məsələ bundadır ki, Natiq və Malik Pənahov qardaşları yaşadığımız ərazidə qanunsuz tikinti işləri aparmaqla məşğul olurlar. Bu şəxslər Tbilisi prospektində, yol kənarında və məhəllə daxilində nisbətən kiçik ölçülü ərazilərdə müxtəlif obyektlərin inşasını həyata keçirirlər. Sonradan bu obyektlər kafe, çayxana adları altında qumarxana və müxtəlif pritonlar kimi fəaliyyətə başlayır. Belə “kafe”lərdən biri də yaşadığımız yataqxananın həyətində fəaliyyət göstərir ki, bu səbəbdən də sakinlərin rahat gün-güzəranı olmur. Digər tərəfən də, bu şəxslərin apardıqları tikinti işləri səbəbindən bütün ətraf ərazilər bərbad vəziyyətə gətirilir. Avtomobil hərəkəti də, piyada gediş-gəliş də son dərəcə çətinləşir. Pənahovların inşa etdikləri obyektlər də, elektrik və qaz xəttlərinin qeyri-peşəkarcasına qoşulması səbəbindən, daima qəza baş verə biləcək təhlükə mənbəyi kimi çıxış edirlər. Eyni zamanda da, məndə olan dəqiq məlumata görə, Natiq və Malik Pənahov qardaşlarının nə özləri, nə də onların tikib-istifadəyə verdikləri obyektlər heç bir dövlət qeydiyyatından keçməyiblər və vergi ödəyicisi deyillər. Qeyd edim ki, mənim döyülmə faktımla bağlı hazırda polisdə istintaq aparılır. Bununla yanaşı, mən xahiş edirəm ki, yuxarıda qeyd etdiyim faktlar müvafiq dövlət qurumları tərəfindən diqqətə alınsın və ətraflı yoxlamalar aparılsın”.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|