Qohumunun aqibəti onun kabusuna çevrilib - Ceyhun Cəfərov təlaşda
Tarix: 2-05-2016, 11:41 | Çap et
 Kürdəmirin icra başçısı Ceyhun Cəfərov rayona icra başçısı təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən tamahkar icra başçısı kimi adını yazdırıb. DİA.AZ xəbər verir ki, bu barədə Bolgexeber.com saytı məlumat yayıb.
Sayt yazır ki, ötən ilin oktyabrında Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyində və digər bir neçə dövlət qurumunda təmizləmələr aparıldı. “Baş verən sensasion həbslər sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun da qandallanması da yer aldı. Vidadi Zeynalov həbs olunarkən ən çox həyəcan keçirən məmurlardan biri isə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov oldu. Buna isə səbəb onların yaxın qohum və ortaq biznesə malik olması göstərilir. Vidadi Zeynalov Rabitə və Yüksək texnologiyalar Nazirliyində Aparat rəhbəri təyinatından sonra qayın-yeznə paytaxtda və rayonlarda müxtəlif obyektlər və torpaq sahələri almağa başlayıblar. Vidadi Zeynalov Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüdətli icarəyə götürüb. Aparat rəhbərinin qaynının icra başçısı təyinatı almasında mühüm “xidmətləri” olub”.
Bolgexeber.com bildirir ki, həmçinin Ceyhun Cəfərov uzun müddət Xətai rayonunda Kommunal Təsərrüfat İdarəsinin rəisi işlədiyi dövrlərdə Vidadi Zeynalova xeyli maddi dəstək edib. “Məhz bu səbəblərdən Ceyhun Cəfərovun da yaxın zamanlarda cəzalancağı gözlənilirdi. Həmən dövrdə bunun baş verməməsi Ceyhun Cəfərovu müəyyən müddət rahat nəfəs almasına imkan versə də bu yaxınlarda öz kanalları vasitəsi ilə artıq dəqiq vəzifədən çıxarılacağı və hətta həbs olunacağı ilə bağlı məlumatlar aldıqdan sonra müvəqqəti olaraq rəhm edildiyini başa düşən Ceyhun Cəfərov hərəkətə keçib. Belə ki, icra başçısı ona məxsus olan, dəyəri milyon manatlarla ölçülən obyektlərini, əmlaklarını tez-bazar satıb ölkədən qaşmaq istəyir. Bildirlir ki, icra başçısı hətta ona məxsus olmayan obyekləri belə satmaq istəyir. Ən dəhşətlisi isə odur ki, satışa çıxartdığı obyektlər sırasında hətta Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçası da var. Xatırladaq ki, bu bağçanın açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib”.
Sayt iddia edir ki, Ceyhun Cəfərov bu müasir uşaq bağçasını qeyri-rəsmi yolla satmağa cəhd edir. Bundan başqa, o ürək edib yerli İcra Hakimiyyətinin balansında olan Qonaq Evini də” “hərraca” çıxartmaqdan çəkinməyib. “Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb ölkəni tərk etməkdə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir. Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir. Başının üstünü artıq keçən ildən qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılmaq, ən pisi isə həbs olunmaq təhlükəsi altında daima həyacan işində qalmaqdansa, qaçıb getməyə üstünlük verir”.
Qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
|