"Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                 

Şəmkirdə Qarabağ qazisinin müəmmalı ölümünə prokurorluğun verdiyi reaksiya təlatüm yaratdı... - Təşvişə düşənlər kimdir?
Tarix: 24-08-2015, 12:40 | Çap et
Şəmkirdə Qarabağ qazisinin müəmmalı ölümünə prokurorluğun verdiyi reaksiya təlatüm yaratdı...
Etiraf edim ki, qəzet üçün hazırladığım materiallarda bəzən polis əməkdaşları tərəfindən bu və ya digər qanun pozuntusunun ört-basdır olunması və ya cəmiyyət üçün elə də böyük təhlükə törətməyən hər-hansı “xırda” cinayət hadisəsi törətmiş şəxsə qarşı qanuna müvafiq tədbirin görülməməsi barədə məlumatlardan istifadə edərkən, buna artıq nə özüm təəccüblənmirəm, nə də bu xüsusda açıqlamanın kimdəsə maraq doğura biləcəyini gözləmirəm. Amma bütöv bir şöbənin bir neçə rəhbər vəzifəli şəxsi, soyuqqanlılıqla qətl hadisəsi törətmiş bütöv bir qrupun üzvləri ilə razılığa gələrək, ağır cinayəti ört-basdır etməyə qərar verirlərsə, bu artıq mahiyyət etibarı ilə başqa bir məsələdir. Heç bir şübhə ola bilməz ki, belə insanlardan nəinki ictimai asayişin qorunmasını gözləmək olmaz, əksinə Vətənin dar günündə belələri çox asanlıqla xəyanətə, düşmənlə iş birliyinə də gedərlər. Şəxsən mən əminəm ki, belələrinə silah etibar etməyin özü belə son dərəcə böyük bir riskdir.Dünən redaksiyamıza ərizə ilə müraciət etmiş Göygöl rayon sakini Məmmədrzayev Sahib Əli oğlu da Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarını məhz ağır cinayət hadisəsinin gizlədilməsində ittiham edir. Aşağıda təsvir etməyə çalıcağımız hadisənin bütün təfərrüatlarını da biz bütünlüklə Sahib Məmmədrzayevin sözlərindən qeydə almışıq.

Sahibin mərhum qardaşı Elxan Məmmədrzayev Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Sahibin deməyinə görə, müharibədə böyük şücaət göstərən Elxan hətta düşmənin iki tankını şəxsən özü ələ keçirmiş, bir neçə erməni döyüşçüsünü əsir almışdı. Lakin döyüşlərdən birində başından ağır zədə alan Elxan evə kontuziya ilə dönmüşdü. Təəssüflər olsun ki, onun bu halı ailəsini, daha dəqiq desək həyat yoldaşını narahat etməyə başlamış və nəticədə onlar ayrılmışlar. Sonradan Elxan özü də, onun keçmiş xanımı da yeni ailə qurmuş və münasibətləri normal saxlaya bilmişdilər. Ən azından Elxan mütəmadi olaraq birinci nigahdan olan övladlarına baş çəkir, onların dolanışıqları ilə maraqlanırdı. 2011-ci ilin noyabr ayında da Elxan Şəmkirə öz uşaqlarını görməyə gəlir. Həmin vaxt Elxanın keçmiş xanımı öz ailəsilə Şəmkirdə, Dəyanət Qurbanov adlı şəxsin (və ya onun Gülgəz adlı bacısının) evində kirayədə qalırlarmış. Lakin Elxan bu şəxslərin qapısını döyərkən məlum olur ki, onun axtardığı ailə artıq başqa evə köçüb. Ehtimal ki, Elxan qapıya çıxmış Gülgəzdən onların hara köçməsi barədə soruşur. Lakin tərəflər arasında anlaşılmazlıq yaranır və cəmi bir neçə dəqiqəyə bu anlaşılmazlıq əsil davaya çevrilir. Gülgəz və onun yanında olan Mələk və Şəhla adlı daha iki rəfiqəsi əllərinə bel, taxta parçası alaraq Elxanı döyməyə başlayırlar. Qadınların əllərindən qurtulmaq istəyən Elxan özünü müdafiə edə-edə yola tərəf çəkilməyə başlayır. Lakin bu zaman səsə Dəyanət Qurbanov özü də yetişir. Dərhal “davaya” qatılan Dəyanət əlindəki dəmir parçası ilə (lom və ya qalın armatur parçası) Elxana zərbələr endirməyə başlayır. Nəticədə Elxan huşunu itirərək hərəkətsiz vəziyyətdə yerə yıxılır. Dəstə üzvləri (onları sadəcə başqa cür adlandıra bilmirəm) Elxanı ölmüş bilib, onu sürüyüb yol kənarına atırlar. Lakin bir neçə an sonra Elxan özünə gələrək sürünə-sürünə hərəkət etməyə başlayır. Bu zaman artıq hadisə yerindən uzaqıaşmaqda olan dəstədəki qızlardan biri arxaya dönərək Elxanı görür və qışqırır: -baxın, o hələ sağdır. Bu zaman Dəyanət qapısında dayanan avtomobilə (VAZ 21011) tərəf gedir. Maşına oturan Dəyanət avtomobili Elxanın üzərinə sürərək onu vurur. Bununla da kifayətlənməyən qatil maşınla bir neçə dəfə artıq hərəkətsiz (və bəlkə də cansız) Elxanın üzərindən keçir. Yalnız bundan sonra dəstə üzvləri hadisə yerindən uzaqlaşırlar.Hər bir cinayətkar öz əməlinin gizli qalacağına ümid edir. Lakin, demək olar ki, hər dəfə bu ümidlər boşa çıxır. Dəyanətgilin də başları öz əməllərinə elə qarışır ki, bir qədər aralıda öz heyvanlarını otaran və bütün bu hadisəni müşahidə edən Rəna və Səyyarə adlı iki bacını heç görmürlər də. Bacılar isə bütün bu təfərrüatları görürlər və elə həmin gün Şəmkir Rayon Polis Şöbəsinə yollanaraq, gördüklərini o zaman şöbənin rəis müavini vəzifəsində çalışan İmaməddin Namazova və təhqiqat bölməsinin rəisi Vaqif Heydərova danışırlar. Vaqif Heydərov isə, bacılara çox maraqlı bir cavab verir: “Gülgəz bizim ictimai əlaqələr şöbəsinin rəisi Fəxrəddin müəllimlə gəzir. Odur ki, gedin evinizə, dilinizi də dinc saxlayın...” Bacılar belə də edirlər. Amma Elxan Məmmədrzayevin ölümü ilə bağlı Şəmkir RPŞ-də hər halda araşdırma aparılır və “müəyyən edilir” ki, guya Elxan Məmmədrzayev yolu keçərkən onu “Niva” markalı bir avtomobil vuraraq, ölümünə səbəb olub və hadisə yerindən uzaqlaşıb. Həm də həmin “Niva” hadisə yerindən elə uzaqlaşıb ki, onu indiyədək tapa bilmirlər. Beləliklə, aradan 4 ilə yaxın bir müddət keçib.Təxminən 8-9 gün bundan əvvəl isə, hadisənin davamı yaşanmağa başlayıb. Həmin gün Rəna və Səyyarə bacıları Elxanın keçmiş həyat yoldaşını gəlib tapırlar. Bütün bu illər ərzində vicdan əzabı çəkdiklərini və qorxu içərisində yaşadıqlarını bildirən bacılar, həm də son vaxtlar yuxularının qarışdığını və buna görə daha çox narahat olduqlarını söyləyirlər. Bundan sonra Rəna və Səyyarə bütün olanları Elxanın keçmiş həyat yoldaşına danışırlar. O isə, öz növbəsində eşitdiklərini keçmiş qaynına, Sahib Məmmədrzayevə çatdırır. Bundan sonra hadisələr sürətlə cərəyan etməyə başlayırlar. İlk növbədə Sahib Rəna və Səyyarə ilə görüşür və bütün təfsilatları onların özündən eşidir. Həm də Sahb bacıların danışdıqlarını həm yazılı formada, həm də audio qeydə alır. Bundan sonra Sahib Şəmkir RPŞ-yə yollanır. Burada Sahib əlindəki faktla müstəntiq Bəxtiyara müraciət edir. Lakin Bəxtiyar onun danışdıqlarını cəfəngiyyat adlandıraraq, Sahibi şöbədən qovur. Öz növbəsində bacılar Şəmkir rayon prokurorluğuna gedərək (3 gün bundan əvvəl), orada ifadə verirlər. Lakin evə döndükdən sonra, bacıları Dəyanət Qurbanovun adamları “ziyarət edirlər”. Məlumata görə həmin şəxslər bacıları döyərək, onlardan ifadələrini geri götürməyi tələb edirlər. Elə həmin gecə, saat təxminən 2 radələrində polis əməkdaşları gələrək bacıları Şəmkir RPŞ-yə aparırlar. Burada isə onlardan ifadələrini qismən dəyişmək tələb olunur: “Hadisəni necə görmüsünüz, elə də yazın. Amma, polisə bu barədə xəbər verdiyinizi ifadədən çıxarın”. Rəna və Səyyarə təhdid qarşısında ifadələrini dəyişirlər. Lakin şöbədən çıxan kimi, dərhal DİN-in 102 xidmətinə zəng vuraraq, başlarına gələni danışırlar və ilkin ifadələrinin doğruluğunu bir daha təsdiqləyirlər.Dünən isə, Sahib Məmmədrzayev Bakıya gələrək Baş Prokurorluğa müraciət edir və dediyinə görə şəxsən cənab Zakir Qaralovun qəbuluna düşür. Hadisəni bütün təfsilatı ilə danışan Sahib yenidən rayona qayıdır. Bu zaman məlum olur ki, Dəyanət Qurbanov artıq həbs olunub və Şəmkir rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Günün “möhtəşəm” sonluğu isə, yenə də Şəmkir RPŞ-nin binası qarşısında baş verib. Belə ki, aldığımız məlumata görə Dəyanət Qurbanovun anası şöbəyə gələrək, öz etirazlarını təxminən belə ifadələrlə bildirib: “O vaxt məndən 80 min manat pul almısız. İndi oğlumu nə haqla tutrsuz? Əgər oğlumu buraxmasanız, özümü baradaca yandıracağam”.Vəssalam, dünənə aldığımız məlumatlar bu qədərdir. Yəqin ki, bu günlərdə hadisələrin inkişafı və istintaqın gedişi ilə bağlı yeni məlumatlar alacağıq. Təbii ki, həmin informasiya da tərəfimizdən dərhal ictimaiyyətə təqdim ediləcək. Materialın yekununda isə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və şəxsən cənab Zakir Qaralova nümayiş etdirilmiş operativliyə görə bütün ictimaiyyət adından minnətdarlığımızı bildiririk.
\\bizimdovr.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Dünən, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Dünən, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru