Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                 

Beyləqan təhsilində icra başçısına söykənən maliyyə maxinasiyaları - bir məktəbdə pullar necə mənimsənilir...
Tarix: 2-03-2015, 12:58 | Çap et
Beyləqan təhsilində icra başçısına söykənən maliyyə maxinasiyaları
DİA.AZ: - Təhsil Nazirliyinin (TN) tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin acınacaqlı durumu göz qabağındadır. Qeyd edək ki, təhsilin bu sahəsinin inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və orta məktəbi yarıda saxlayıb peşə təhsilinə yiyələnmək istəyən şagirdləri həvəsləndirmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də müsbət nəticələr əldə olunmayıb. Bunun bəzi səbəbləri var. Ən başlıca səbəblərdən biri isə peşə məktəblərinə rəhbərlik edən şəxslərin işlərinə yetəri qədər məsuliyyət göstərməməsidir.

Yəni bu gün bəzi direktorlar rəhbərlik etdikləri təhsil ocaqlarına özəl mülk kimi yanaşır və nəticədə təhsilin keyfiyyəti arxa plana keçirilir. Bu baxımdan Beyləqan Peşə Məktəbində də vəziyyət ürəkaçan deyil. Təhsil ocağında cərəyan edən qanuna zidd məsələlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bundan əvvəl isə qeyd etmək istəyirik ki, məktəbdə əməliyyatçı-mühasib, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, ofisiant, barmen, bufetçi, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, traktorçu-maşinist, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, avtomobillərin təmiri çilingəri, laborant-mikrobioloq, kimyəvi-bakterioloji analiz laborantı və kimyəvi analiz laborantı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. diaaz.space-a daxil olan məlumatlarda deyilir ki, məktəbin direktoru Nazim Məmmədov təhsil ocağının idarə olunmasında bir çox qanun pozuntularına yol verməklə təhsilin səviyyəsinin acınacaqlı hala düşməsinə zəmin yaradıb:

"Direktorun fəaliyyəti nə şagirdləri, nə də bəzi müəllimləri qane edir. Çünki o Beyləqan Peşə Məktəbindən şəxsi maraqları üçün istifadə edir, təhsilin inkişafı üçün heç bir iş görmür. Belə ki, şagirdlərin təlim məşqi üçün nəzərdə tutulmuş 100 hektar münbit torpaq sahəsində bu gün bir şagird belə olsun təlim məqsədilə traktor və ya kombayn sükanı arxasında əyləşə bilmir. Çünki direktor Nazim Məmmədov heç bir əsas olmadan ozünün şəxsi maraqları naminə bu torpağın istifadə təyinatını dəyişdirib. Direktor həmin torpaq sahəsini qeyri-qanuni olaraq rayonun müxtəlif sakinlərinə icarəyə verib". Mənbənin sözlərinə görə, Nazim Məmmədov məhz bu tip işlərə daha çox vaxt ayırdığından peşə məktəbində təhsilin səviyyəsi xeyli aşağı düşüb: "Bunun bariz nümunəsi kimi şagirdlərin dərslərə davamiyyətinin pis olmasını göstərmək olar. Dərsə gəlməyən şagirdlər bunun əvəzində təqaüd kartlarını ixtisas rəhbərlərinə təhvil veriblər. Hər ayın axırı şagirdlərin təqaüdü verilən zaman Nazim Məmmədovun adamları "Kapitalbank"ın bankomatlarına baş çəkirlər. Deyirlər ki, əməliyyat başa çatdıqdan sonra toplanan vəsait direktora çatdırılır. Bundan başqa, direktorun digər qanunsuz işləri məktəbdə çalışan insanlarla bağlıdır. Siyahı üzrə 45-ə yaxın müəllim, təlim ustası, texniki işçi olduğu halda, məktəbə onlardan cəmi 15-20 nəfəri gəlir. Bəzi müəllimlərin adı işdə gedir, amma onlar dərsə gəlmirlər. Qarşılıqlı razılıq əsasında həmin müəllimlərin aylıq maaşını Nazim Məmmədovun adamları alırlar. Direktor səlahiyyətlərindən istifadə edərək bəzi qohumlarını məktəbdə işlə təmin edib. Halbuki, bu "Korrupsiya haqqında" Qanunun 8-ci maddəsinə əsasən ziddir. Çünki vəzifəli məmurun tabeçiliyində qohumlarının işləməsi qəti qadağandır".

DİA.AZ-ın məlumatına görə, ötən il ərzində dövlət büdcəsindən Beyləqan Peşə Məktəbinə üst-üstə 31 min manatdan artıq vəsait ayrılıb: "Bu vəsaitlərin 7000 manatı bərk inventarların alınmasına sərf olunub. Avadanlıqların alınmasına isə 5000 manat xərclənib ki, hər iki əməliyyatı da "Texfon 2013" MMC həyata keçirib. Bundan əlavə Nazim Məmmədovun rəhbəri olduğu təhsil ocağına digər alışlar və xidmətlərin satın alınması üçün də 5410 manat xərclənib. "Miraj-KL" MMC tərəfindən həyata keçirilən proses yeganə olmayıb. Bu MMC vasitəsi ilə həmçinin 9000 manatlıq "Sair xərclər maddəsi" üzrə satınalmalar da həyata keçirilib. Bundan başqa, idarənin digər xərcləri maddəsi üzrə malların alınmasına da eyni şirkət rəhbərlik edib və bu məqsədlə 2000 manat pul xərcləndiyi qeyd olunur. Beyləqan Peşə Məktəbinə hər nə alınıbsa, bunu ancaq iki şirkət həyata keçirib.

Məsələn, "Texfon-2013" MMC yumşaq inventarların alınmasına 3000 manat, digər maşın və avadanlıqların satın alınmasına 7000 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınmasına isə 4900 manat pul sərf edib. Əslində isə, bu işlərin yalnız kağız üzərində həyata keçirildiyi deyilir. Çünki bu qədər vəsaitlə deyilənlərin iki dəfə artığını almaq mümkündür. Bu qədər vəsaitin ayrılmasına baxmayaraq, təhsil ocağı hələ də bərbad vəziyyətdədir. Nazim Məmmədov vəzifədən çıxarılmayana qədər peşə məktəbində təhsilin keyfiyyətinin artacağını gözləmək əbəsdir".

Peşə məktəbinin rəhbərinin kim tərəfindən himayə olunmasına gəlincə isə mənbəmiz bildirdi ki, Nazim Məmmədovun arxasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev dayanıb: "Direktor hər yerdə başçının adını hallandırır və deyir ki, Vaqif müəllim mənə hər cür şərait yaradıb. Halbuki, o icra başçısına yox, təhsil naziri Mikayıl Cabbarova tabedir". Ümid edirik ki, TN rəhbərliyi və digər dövlət qurumlarının rəsmiləri Beyləqan Peşə Məktəbində mövcud olan qanunsuzluqları tezliklə araşdırıb direktoru cəzalandıracaqlar.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru