İqtisadi aqibətimizin "qara qutuları" - Cəmiyyət onların "deşifrə" olunmasını gözləyir...
Tarix: 30-05-2017, 11:00 | Çap et
 İqtisadçı millət vəkili Əli Məsimli ötən həftəsonu Moderator.az-a müsahibəsində ölkənin bank sektorundakı mövcud durumun geniş analizini verdi. Xüsusən də Beynəlxalq Bank ətrafında yaranan son durumu şərh edərək heç də hər şeyin sona çatmadığını və imkanların tükənmədiyini bildirdi, bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının atmalı olduğu addımları göstərdi.
Həmin müsahibə bu linkdə--- moderator.az/news/179634.html
Amma deputat vəziyyətin qənaətbəxş olmadığını və təkliflərinin heç olmasa bundan sonra nəzərə alınacağına o qədər də inanmadığını da üstüörtülü şəkildə etiraf etdi:
“Bəlkə də kimlərsə bunu görmürdü, bəlkə də kimlərəsə sərf edirdi, yaxud da “harda qırıla-qırıla” prizmasından yanaşırdı…Amma biz görürdük və daim deyirdik… həm də istər Milli Məclisdəki, istər mətbuatdakı çıxışlarımızda bank sahəsindəki vəziyyətə dair fikrimizi çox sərt ifadələrdən istifadə etməklə deyirdik ki, bəlkə təsir edə…Nə düşmüşdü ki, biz axına qarşı çıxıb özümüzü hamı ilə pis edirdik?...Bunu ona görə edirdik ki, qaldırdığımız problemlər bank sektorunu indiki vəziyyətə gətirib çıxarmasın… Hökumət və aidiyyatı qurumlar bundan nəticə çıxarmalı və arada yad hesab etdikləri fikirləri də vaxtında dəyərləndirməyi öyrənməlidir. Amma bunu da nəzərə almaq lazımdır ki, artıq olan olub,…qorxduğumuz baş verib”.
Bəli, doğrudan da ölkənin maliyyə və bank sektorunun ayaqda qalmasına cavabdeh olan qurumlar və səlahiyyətli şəxslər bu günədək proseslərə “harda qırıla-qırıla” prizmasından yanaşdıqlarından qorxduğumuz baş verib. Amma onu da nəzərə almaq lazımdır ki, dünyanın sonu deyil və düşmüş olduğumuz böhrandan çıxmaq üçün Azərbaycanın kifayət qədər resursları var, yetər ki, yeni yanaşmalar sərgiləməklə bu günədək buraxılan kobud səhvlərdən imtina edilsin. Səhvlərsə kifayət qədərdir. Kimlərinsə cinayətkar səhlənkarlığı və dövlətin pulunu dədəsinin malı kimi qamarlaması nəticəsində ölkəyə milyardlarla zərər dəyib. Ona görə "kimlərinsə" ifadəsindən istifadə edirik ki, rəsmi olaraq yalnız Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev həbsxanaya salınıb, halbuki təkcə talanan milyardların izinə düşən istintaqçılar deyil, aşağı-yuxarı hamımız kimlərin cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bilirik. Amma hələlik cəmiyyətin gözlədikləri reallaşmır, çünki vəziyyət hələ nəzarətdən çıxmayıb deyə həmin "kimlərsə" azadlıqlarını sadəcə müvəqqəti satın alıblar...
Biz ötən yazımızda istənilən an həbsxanaya Beynəlxalq Bankın keçmiş sədrinin yanına göndərilə biləcək şəxslərin mövcudluğundan bəhs etmişdik. (Həmin yazı bu linkdə-- moderator.az/news/179574.html)
Onu da vurğulamışdıq ki, hələ ki, istər Cahangir Hacıyevin özü, istər Mərkəzi Bankın “əbədiyaşar” sədri Elman Rüstəmov, istərsə də maliyyə naziri Samir Şərifov və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı maksimum dərəcədə susmağa üstünlük veriblər. Halbuki onların hər biri rəhbərlik etdiyi sahələrin "qara qutuları" hesab olunur və bu böhranın kimlər tərəfindən və hansı ssenari ilə törədildiyini gözəl bilirlər, nəyin necə baş verməsindən asılı olmayaraq özlərinin də günahkar olduqlarını anlayırlar deyə məsələlərə Əli Məsimlinin təbirincə desək, harda qırıla-qırıla prizmasından yanaşırlar. Eyni zamanda onu da anlayırlar ki, böhran artıq qırılma həddindədir. Odur ki, qarşılıqlı ittihamlardan, aşkar-gizli “torbatikmə” kampaniyasından imtina edərək ən qısa zamanda böhranın önünə keçilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsinə çalışılmalıdır. Heç də təsadüfi deyil ki, müstəqil iqtisadçılar haqlı olaraq Azərbaycanı intəhasız imkanlar ölkəsi adlandırırlar və Azərbaycanı istənilən iqtisadi kataklizmlərdən xilas etmək üçün çoxsaylı iqtisadi alətlərin, resursların olduğunu vurğulayırlar. Yetər ki, yersiz intriqaları, bankların saf-çürük edilməsində ögey-doğmalığı bir kənara qoyaraq gerçək saflaşdırma prosesinə başlanılsın. O zaman məsələlər tezliklə həllini tapa bilər və ölkənin bank sektorundakı bu xaos xeyli səngimiş olar.
Biz ötən yazıda oxuculara verdiyimiz sözü tutaraq bank sektorundakı ikitirəliyin acı nəticələri haqqındakı araşdırmamızı davam etdiririk və tezliklə maraqlı materialı sizlərin mühakiməsinə təqdim edəcəyik. Bizi izləıyin...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07 |
|
|
|
| • Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06 |
|
|
|
| • ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04 |
|
|
|
| • Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58 |
|
|
|
| • "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54 |
|
|
|
| • NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43 |
|
|
|
| • "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35 |
|
|
|
| • Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28 |
|
|
|
| • Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24 |
|
|
|
| • Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20 |
|
|
|
| • "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17 |
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
| • "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39 |
|
|
|
| • Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35 |
|
|
|
| • Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31 |
|
|
|
| • Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27 |
|
|
|
| • “Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22 |
|
|
|
| • Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18 |
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25 |
|
|
|
|