Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                 

"Onlar fəlakətə düçar olanda səndən soruşacam ki, milyardlarla əlləşənlərin aqibətini gördünmü?" - Əli Ömərov
Tarix: 6-02-2015, 08:48 | Çap et
"Onlar fəlakətə düçar olanda səndən soruşacam ki, milyardlarla əlləşənlərin aqibətini gördünmü?"
Keçmiş baş prokuror, təxminən bir ay öncə YAP sıralarına daxil olmuş Əli ÖmərovunModerator.az-a müsahibəsini təqdim edirik:

Əvvəli BURADA

-İnsan oğlunun səbri dardır və istəyir ki, dediyiniz o “bir gün” daha tez gəlsin, ən azı onu öz gözləriylə görüb təskinlik tapa bilsin...

-Ola bilər. Allah əvvəlcə hər şeyi buraxır adamların ixtiyarına, deyir ki, sənə bu şəraiti yaradıram, irəlilə-irəlilə və üzr istəyirəm, harınla və qudur, bir gün ona elə zərbə vurur ki, illər uzunu çəkdiyi o kef, eyş-işrətin hamısı burnundan gəlir. Bir misal çəkim. Tutaq ki, birinin 100 milyon pulu var, amma bir sağlam övladı yoxdur. Mən niyə bu misalı çəkdim? Bir dəfə Türkiyədə olanda Türkiyənin ən varlı adamlarından olan Sabançı ilə çörək yeyirdik, bu zaman söhbət fırlanıb övladlara çatanda dedim ki, oğlanlarım çox ağıllıdır, çəkmirlər, içmirlər, bunu eşidəndə inanın ki, o ağladı. Təəccübləndim ki, niyə belə kövrəldiniz, axı siz bu dünyanın ən varlı adamlarından birisiniz, Türkiyənin ən xoşbəxt adamlarındansınız. Qayıtdı ki, mən xoşbəxt adam deyiləm, Əli bəy, mən Türkiyənin ən bədbəxt adamıyam. Mənim bir oğlum var, o da ağır xəstədir, iflicdir, yeriyə və danışa bilmir. Dedi mən razı olaram bu dəqiqə milyardlarımın hamısını əlimdən alsınlar, mənə yeganə və mənimlə konuşa bilən, suallarıma cavab verə bilən, mənimlə çıxıb gəzməyi, dolaşmağı bacara bilən bir övlad versinlər. Mən bunu milyardlara dəyişmərəm. Ona görə də mən Allahıma həmişə şükr edirəm, həmişə Ondan razıyam. İqtidarda da bəzi adamlar var ki, mən onlardan da razıyam. Çünki mənimlə bağlı məsələ, yəni mənə edilən pislik bilirəm ki, onlardan da asılı deyil.

-Şeytan xislətli və sizə pislik edən adamlardan danışdınız. Təbii ki, həmin şeytanların kim olduğunu da bilirsiniz.

-Təbii ki, onların kim olduğunu mən bilirəm. Amma bu mətbuat üçün deyil. İndi onların adını çəkməyə dəyməz. Zamanı gələndə, yəni onlar fəlakətə düçar olanda səninlə indiki kimi üz-üzə görüşəcəm və soruşacam ki, vaxtilə belə bir şey demişdim, indi sən milyardlarla əlləşənlərin aqibətini gördünmü?

-Heç çölə-bayıra, rayonlara gəzməyə çıxırsınızmı?

-Çox tez-tez rayonlara gedirəm, hər yeri gəzirəm. Mənim Gəncədə də evim var.

-Gəncədən söz düşmüşkən, son vaxtlar yerliniz Abbas Abbasovun xoş sorağı gəlmir və onun Rusiyadakı soydaşlarımızı dərbədər etdiyi iddia olunur. Abbas Abbasovla münasibətləriniz olubmu vaxtilə?

-Mənim heç zaman onunla yaxın münasibətim olmayıb və mən baş prokuror, o da baş nazirin müavini olarkən bir-birimiz tanımışıq, aramızda salam-əleyk olub sadəcə. Mən Gəncədə prokuror işləyəndə onun qardaşının biri mənimlə bərabər polis rəisi olub. Bir qardaşı da mənim tabeçiliyimdə işləyib vaxtilə. Heç birinə də pis münasibətim olmayıb.

-Dilqəm Əsgərovla Şahbaz Quliyevlə bağlı üstündən aylar keçdikdən sonra Kəlbəcər rayon prokurorluğunda cinayət işi qaldırmaq nə dərəcədə doğru idi? Aylar öncə ölkənin tanınmış hüquqşünasları deyirdilər ki, dərhal Baş Prokurorluq bununla bağlı cinayət işi qaldırmalıdır.

-Bu adamlar öz ata-baba yurdlarını ziyarət etməyə gediblərsə hansı cinayəti törədiblər? Vətənini görmək istəyən adam cinayətkardırmı? O ki, qaldı həmin olayla bağlı cinayət işinin tez və ya gec qaldırılmasına, mahiyyət nə dəyişir ki? Tutaq ki, onlar girov götürülən gün Baş Prokuroprluq cinayət işi qaldıraydı. Baş Prokurorluq gedib Ermənistandan adam gətirib məsuliyyətə cəlb edə bilmək imkanındadırmı? Təbii ki, yox. Ona görə də bunlar formal şeylərdir.

-Hüquqşünaslarımızın Xankəndinə gedərək orda düşmən əlində olan iki vətəndaşımıza hüquqi deyil, heç olmasa mənəvi yardım, dəstək verməsi də yersiz polemikalara səbəb oldu. Hakimiyyətdəkilər dedilər, ay aman, bunu etmək olmaz, bununla Xankəndini tanımış olarıq. Halbuki burada söhbət məhkəıməyə vəkil kimi qatılmaqdan yox, Dilqəmgilin ağızlarından çıxan kəlmələri erməni tərcüməçinin dilindən deyil, özlərindən eşitmək millətimiz üçün lazım idi.

-Mən də o fikirdəyəm ki, Xankəndinə bizdən bir adam getməli və hətta lazım gəlsə gedib orada çıxış edib erməni yalanlarını ifşa edə bilərdi. Bu heç bir halda qondarma rejimi tanımaq anlamaına gələ bilməzdi. Vəkilin missiyası zərərçəkənin hüquqlarının müdafiəsini təşkil etməkdir. Yaxud başqa bir ölkədən vəkil dəvət edib ora göndərmək lazım idi ki, o gedib həmin o iki girovu layiqincə müdafiə etsin, Azərbaycanın onları tək qoymadığını əyani şəkildə göstərsin.

-Əli müəllim, son günlər hüquqşünaslar arasında bir polemika baş qaldırıb ki, Avropa Məhkəməsinin Azərbaycana qarşı kəsdiyi cərimələri kim ödəsin, dövlətmi, həmin qərarı verən hakimlərmi? YAP-çı deputat Siyavuş Novruzov deyir ki, canı çıxsın, hakim ödəsin.

-Mənim fikrimcə Siyavuş Novruzov düz deyir. Hakim qərarı nəyin əsasında verir? Əlində mövcud olan Azərbaycan qanunları əsasında. Qərarı hakim verirsə, niyə dövlət ödəməlidir? Dövlət o vaxt ödəyər ki, hakim deyə ki, məni dövlət və ya filan vəzifəli şəxs məcbur etdi ki, hökmən belə etməlisən. Görək hakim bunu deyərmi?

-Əslində deməsə də belə deyilmi?

-Bunu gərək sübut edəsən.

-Hakim onu necə sübut edə bilər ki?

-Yox, elə deyil. Tutaq ki, mən hansısa bir yüksək vəzifədəyəm və hakimə deyirəm ki, get bu qərarı ver. Sabah mənə desə ki, bunu mənə Əli Ömərov dedi, mən ona sual verərdim ki, Əli Ömərov sənin üçün əsasdır, yoxsa əlində olan Azərbaycan Respublikasının mövcud qanunumu? Zəhmət çək Əli Ömərova deyil, qanuna istinad et ki, sonaradan da quyruğun qapı arasında qalmasın. Qanunsuz cavab vermisənsə sən cavab verməlisən, dövlət yox. Hətta mən təklif edərdim ki, təkcə cərimələri ödəməklə iş bitməməlidir, həmin hakim ciddi şəkildə cəzalandırılmalıdır.

-Ölkənin baş mövzusu qadın kolonunda cəza çəkən və rəsmi nikahı olmayan Lamiyə Quliyevanın övlada sahib olmasıdır...

-Əvvəlcə ondan başlamaq lazımdır ki, həbsxanada cəza çəkən qadınların başqa kişilərlə görüşmək imkanları varmı, yoxmu? Qanun buna icazə verirmi, vermirmi? Təbii ki, prokurorluq istintaq aparmalıdır və təbii ki, istənilən halda həbsxana rəhbərliyi məsuliyyət daşıyır. Təbii ki, uşağın atasının kim olmasını müəyyənləşdirmək çətin deyil və istintaq istəsə hər şeyi açıb ortaya qoya, təqsirkarları cəzalandıra bilər. O ki, qaldı həmin qadının nikahı olmadan uşaq doğmasına, bu başqa məsələdir. Əgər burada zor tətbiqi olmayıbsa və qadının öz razılığı ilə uzunmüddətli görüşdən sonra bu baş veribsə, bunu anlamaq olar. Heç kim qadına məcbur edə bilməz ki, sən niyə belə bir işə icazə vermisən. Ona qalsa gedib Dubayda yaşayan qadınlara niyə demirik ki, sənin ərin yoxdur, niyə gedib orada onunla-bununla görüşürsən.

-Axı ora Dubay yox, cəzaçəkmə müəssisəsidir.

-Elə mən də onu deyirəm də. Burada onun üçün şərait yaradanları ayırd etmək və məsuliyyətə cəlb etmək lazımdır

-Baş prokuror olduğunuz dövrdə Xocalı soyqırımına görə Ermənistan rəhbərliyindəki şəxslərlə, tutaq ki, Köçəryan və Sarkisyanla bağlı cinayət işi istintaq olunurdumu?

-Fakta görə cinayət işi başlanılmışdı, konkret rəhbərlikdəki şəxslər barədə yox.

-Sarkisyanın BMT yanında beynəlxalq tribunala verilməsi üçün imzatoplama kampaniyasına başlanılıb.

-Mən bu təşəbbüsü alqışlasam da onun gələcəyini görmürəm. İnanmıram ki, bu təşəbbüs fayda bersin.

-Bəs Qarabağın qaytarılmasına necə, inanırsınızmı?

-Allah bilər.

-Onu da Allahın ümidinə buraxaq, eləmi? Bizim əvəzimizdən hər şeyi O etməlidir deyəsən...

-Ötən ilin yayında bizim 12 nəfərimizi öldürəndə yaxşı bir şans düşmüşdü əlimizə. Millət onda ayağa durmalı və hücum etməliydi. Millətimiz də bunu etmədi.

-Ona görə də belə qənaətə gəldiniz ki, Qarabağın taleyi Allahın ümidinə qalıb?

-Niyə ki? Allahla bərabər xalqın da etməli olduğu şey var. Millət fəal və tələbkar olmasa, Qarabağ uğrunda ayağa qalxmasa, heç nə etmək olmaz.

-Bu il parlament seçkiləri ilidir. Əgər hakim partiyadan marafona qoşulmaq üçün təklif gəlsə, hansı region sizin üçün daha asandır seçki kampaniyası aparıb qalib gəlmək üçün?

-İnanmıram ki, mənə qarşı elə təklif ola. Çünki Əli Ömərovu istəməyən qara qüvvələr buna imkan verməz.

-Yəni qara qüvvələr o qədərmi güclüdür ki, YAP-ın siyahısını da təsir edə bilələr?

-Mənim aləmimdə güclüdür. Deyir milçək özü bir şey olmasa da könül bulandırır. Yalandan həmin məqamda gedib elə bir şey deyəcəklər ki, ola bilsin insanlar da inana bilər ki, doğrudan da belədir. Çünki mən bütün bunları 25 ildir görürəm. Mən özümdə heç bir günah hiss etmirəm. Həmişə qəlbimdə Heydər Əliyev məhəbbəti olub və bu gün də var. Amma mənə qarşı ədalətsiz münasibəti mən həmin qara qüvvələrdə görürəm. O ki, qaldı deputatlıq seçkilərində hansı regionun seçilməsinə, məsləhət bilinsə, region məsələsinə baxmaq olar.

-İndi artıq sədri prezident İlham Əliyev olan bir partiyanın üzvüsünüz. Sədrinizə məktub yazıb o qara qüvvələrlə bağlı qənaətinizi, faktları ona çatdırmaq da doğru olmazdımı?

-Vaxtilə mən mətbuat vasitəsilə Heydər Əliyevə də, İlham Əliyevə də müraciət etmişəm ki, məni qəbul edib soruşsalar, vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlməməsi üçün əllərindən gələni əsirgəməyənlərin bu gün hakimiyyətdə yüksək vəzifədə oturduqlarını deyərəm. Mən onların iç üzünü ifşa edərəm, prezidentin yanında həmin adamların sifətinə deyərəm hansı əmələ qulluq etdiklərini. Mən heç nədən qorxmuram və həqiqəti deyirəm. O vaxt Heydər Əliyevi müdafiə etdiyimə görə mənə hücum edib basqınlar təşkil edən adamlar bu gün də yüksək vəzifədə oturublar. Təbii ki, belələri də Əli Ömərov kimi adama imkan verməzlər ki, bunların sirrinin üstü açılmasın. Ancaq şans yaradılsa mən həmin qara qüvvələrin kimliyini sübutlarla deyərəm. Uzağa getmək lazım deyil, Vəzirovun dövründə keçirilən konfrans və plenumlardakı çıxışlara baxmaq, oxumaq kifayətdir ki, qara qüvvələrin maskası yırtılsın. Yadınızdadırsa bir zamanlar mən mətbuatda demişdim ki, ölkədə rüşvətxorluq və korrupsiya baş alıb gedir. Bunu prezidentimiz də deyir. Əgər rüşvətxorluq və korrupsiya yoxdursa, niyə o boyda bina tikərək korrupsiya idarəsi yaradıldı? Orada yüzlərlə adam əmək haqqı alır və baş prokuroun özü hər il hesabatında neçə adamın rüşvət və korrupsiyaya görə həbs edildiynin statistikasını verir, amma o qara qüvvələr həmin fikri mənim ağzımdan çıxanda deyirlər ki, Əli Ömərov bununla prezidentə qarşı çıxır. Halbuki prezident də deyir ki, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır.

-Amma ciddi yox, kosmetik mübarizə aparıldığı iddiaları da var.

-Buna da mane olanlar həmin qara qüvvələrdir. Ay kişi, prezident hər cinayət işinin istintaqı ilıə məşğul olmalı deyil ki. Elə bilirsən hər şikayət prezidentə çatır? Mən dəfələrlə prezidentə məktub ünvanlamışam, gedib çatmayıb. Çünki ümumi şöbədə alıb tullayırlar kənara.

-Yox, indi statusunuz dəyişib. Bəlkə müraciətiniz cavabsız qalmayacaq.

-Təki siz deyən olsun. Bax indi mən sizə danışıram və siz bunu saytda verəcəksiniz, hamı da oxuyacaq. Hüquq mühafizə orqanlarının cinayətkarlığa qarşı apardığı mübarizədə metodlarından biri mətbuatdır. Mən baş prokuror olanda bütün qəzetləri izləyirdim və kriminal xarakterli məlumatlar olanda onun altından xətt çəkib konkret icraçıya tapşırırdım ki, bu məsələni bir həftə müddətində yoxlayıb mənə məruzə edin. Amma indi küçədə adam öldürürlər, nəticəsi yox, maşın sürüb adam vururlar, nəticəsi yox. Bunu prezident etməli deyil axı. Hər bir orqan öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru