İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                 

"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum" - ETİRAZ
Tarix: 26-08-2024, 08:52 | Çap et
"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum"
"Gördüm videolarımın birinin altına rəy gəlib. Baxdım, biri yazıb ki, bu jurnalist yüz faiz müdafiə nazirliyinin adamıdır. Altına başqa biri rəy yazdı ki, a kişi, deyəsən jurnalisti tanımırsan, nazirliyə görə adamın başına gəlməyən qalmayıb. İzlədim görüm nə baş verəcək. Baxdım həmin rəy yoxa çıxdı. İki dəqiqə sonra eyni adam yazdı ki, bu rusbaşdır, İran tulasıdır! Oturub dəli kimi rəyə baxıb gülürəm. Qərarlaşdırdım ki, yazım". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Səxavət Məmməd çıxşş edib.
Jurnalist daha sonra yazır: "Mama zəng eləmişdi. Gördüm səsi birtəhər gəlir. Dedi, səni tutacaqlar. Dedim, niyə? Dedi, bayaq ANS-də sənin erməni kəşfiyyatına işlədiyini deyirdilər. Dedim, ma, narahat olma, hələ tam qərar verməyiblər. Mama təəccüblə soruşdu ki, necə yəni qərar, nə qərar? Dedim, heç nə, Ramiz Mehtiyev bir tədbirdə o qırmızı koftalı Amerika kəşfiyyatına, Əli Həsənov başqa bir tədbirdə rus kəşfiyyatına işləyir deyib. Qoy hələ dəqiqləşdirsinlər, sonrasına sonra baxarıq. Mama çıx get başqa ölkədə yaşa deyib, telefonu söndürdü.
İllər keçib, dəyişən heç nə yoxdur.
İndi Qarabağ sevərlər, vətən fədailəri ortaya çıxıb. Hər gün Qarabağdan, ya da birinci müharibədən yazılar yazırdım. Bu ölkədə hərbi vətənpərvərlik redaksiyalarının "Qarabağ" deyə bilmədiyi vaxtlar olub. Bir gün söz göndərdilər ki, sənin başqa işin gücün yoxdur? Hətta bir dəfə zəng gəldi ki, qaqa, bizə qadağa qoyulub, sən yazırsan, sənə qadağa qoyulmayıb? Günlər var idi eee... Ölkədə barmaqla sayılacaq adamlar var idi ki, torpaqların müharibə ilə alına biləcəyini deyirdi. Torpaqlar hərb yolu ilə alınacaq yazanları, deyənləri topa tuturdular. İndi həmin top atanlar vətən, millət, sakarıya deyir. Dəli oluram. Eyni vaxtda bildiyim bütün söyüşləri söymək istəyirəm. A kişi, 2020-ci ilin sentiyabrında bir neçə nəfərə demişdim ki, yaxında müharibə olacaq, adamlar "bu hökumətdən müharibə edən olmaz" deyib, mənə rişxənd etmişdilər. İndi həmin adamlar hökumətin orasından girib burasından çıxır, burasından girib orasından çıxır. Bax indi mən necə söyməyim?
Rusiyanın əleyhinə dayanmadan o qədər əsaslandırılmış yazılar yazıdım ki, bir gün CİA casusu olduğumdan xəbər tutdum. Özü də elə belə yox ha. Detallara girməyim. Getdim Türkiyədə kurs keçdim, bir baxdım orda, burda yazırlar, danışırlar ki, MİT-ə işləyirəm. Türkiyənin hərbi bazaları Azərbaycana yerləşdirilməlidir mövzusu ortaya atılanda, qəti şəkildə etiraz etməyə başladım. Yazırdım ki, hərbi baza yox, hüquqi sənəd lazımdır. Yenə başladılar, rusbaş deməyə. Desəm ki, Türkiyənin yox, Rusiyanın hərbi bazası yerləşdirilməlidir, o qədər yandırmazdı. Yazırdım ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası olmamalıdır!
Müharibə vaxtı İranın Zəngilanda atdığı addım, müharibədən əvvəl narkotik plantasiyaları, müharibədən sonrakı dövrdə İranın Azərbaycana qarşı etdiyi hər şeyi kəskin şəkildə tənqid edirdim. Hətta bir çox şeyləri ilk və risk edərək yazırdım. Bəziləri çıxıb "İranı məhv edərik, Təbrizi alarıq" deyəndə, götürüb yazdım ki, etməyin, eləməyin, İran sizin üçün Ermənistan deyil, Rusiyadan çəkinməsə nəinki Azərbaycanı, Cənubi Qafqazı bir qaşıq suda boğar. Onda da başladılar İran tulası çıxarmağa. Ay mən deyənlər, bir qərar verin.
Şuarçılıq, düşünməyə ərinmək, təkrarçılıq bu cəmiyyətin axırına çıxacaq. Xalq hərəkatı tarix olub, demək olar postsovet məkanında o prosesin içindən çıxan bir siyasətçi belə qalmayıb, hətta Azərbaycanda bir çoxları artıq hərəkatçılıqdan çıxıb, ancaq hərəkat bunların canından çıxmır. Ona işləyir, buna işləyir, onun adamıdır, bunun adamıdır mövzuları bitmir. Bu yaxınlarda bir nəfəri yüngülvari sıxışdırdım. Sual verdim, Azərbaycanın qonşuları arasında dostları hansı ölkələrdir, düşmənləri hansılar? Türkiyə, dost, Rusiya, İran, Ermənistan düşmən. Dedim, bəs Gürcüstan? Gözlərin döyür. Bu mövzuda şüar eşitməyib, kimsə pafoslu çıxışına qulaq asmayıb, qaldı yumurtası tərs gələn toyuq kimi vurnuxa-vurnuxa. Daimi maraqlar, ay zırrama!
Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum, hardansa gözləntim olsun ona uyğun çıxışlar edim, məqalələr yazım. Prosesləri təhlil və analiz edirəm. Çoxları nə yazdığımı anlayır, başa düşür, ancaq iki narkomanın malını bölə bilməyən sosial şəbəkə “uçaskovı”ları var ki, onlar yazılanlardan, deyilənlərindən çıxardığı nəticə kimin hara işləməyidir. Bir ara bəziləri oturub AzTV-yə baxırdı ki, sosial şəbəkədə yazmağa mövzu tapsın. Ay mal, ay amöb, ay təkhüceyrəli dünyanın ən çətin işi casus aşkarlamaqdır. Bir casusu aşkarlamaq üçün illərlə baş sındırırlar, bizim ipləmələr iki dəqiqəyə məsələni həll edirlər..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Bu gün, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Bu gün, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru