Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                 

Sərdar Cəlaloğlu nəyin müqabilində seçkidən GERİ ÇƏKİLDİ? - “Partiya rəhbərliyində də bilirdilər ki...”
Tarix: 29-07-2024, 12:26 | Çap et
Sərdar Cəlaloğlu nəyin müqabilində seçkidən GERİ ÇƏKİLDİ?
Azərbaycanda parlament seçkilərinə 1 aya yaxın vaxt qalmasına baxmayaraq, ölkənin bir sıra müxalifət partiyaları seçkilərdə iştirakla bağlı hələlik yekun qərar verməyib. Bundan əlavə, hətta namizədliyini geri götürən siyasilərlə bağlı informasiyalar artıq mətbuatda dərc olunmaqdadır.

Həmin şəxslərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyini vermiş Sərdar Cəlaloğludur.

Məsələ ilə bağlı partiya sədrindən namizədliyinin geri götürməsinin səbəblərini soruşduq.

Yenicag.az-a müsahibəsində S. Cəlaloğlu sözügedən addımının səbəblərini belə izah edib.

-Sərdar bəy, seçkilərdən geri çəkilməyiniz bir xeyli müzakirələr səbəb oldu. Maraqlıdır, ADP-nin seçki kampaniyasını idarə etməyə resursu çatmadı, yoxsa siz seçkiləri boykot etdiniz?

-Seçkilərdən 2 ay qabaq mən dəfələrlə bəyan etmişdim ki, parlament seçkilərində iştirak etməyəcəyəm. Sonra elə oldu ki, həyat yoldaşım çox ağır bir əməliyyat oldu və hər iki diz oynağının implantasiyası əməliyyatı keçirildi. Başım oraya qarışdı, ona görə də heç cür seçkilərə vaxt ayırmağa, oraya-buraya getməyə imkanım oldu. Nəticədə götür-qoy etdim və seçkilərdə iştirak etməməklə bağlı qərarımı möhkəmləndirdim.

Daha sonra seçkilər elan olundu və baxıb gördüm ki, seçkilərə qatılmamağım partiya üzvlərimizin seçkilərə olan marağını öldürəcək. Çünki onlar qoşulmaq istəmirdilər. Ona görə də söylədim ki, formal da olsa, seçkilərə qoşularam. Partiyamızın İdarə Heyətinə demişdim ki, seçkilərə qoşulub, daha sonra çəkilərək, gəlib sizin kampaniyalarınızda iştirak edəcəyəm. ADP rəhbərliyi bunu bilirdi ki, mən axıra qədər getməyəcəyəm.

-Seçicilərin sizə qarşı münasibət necə idi bəs?

-İmzatoplama kampaniyasında gördüm ki, namizədliyimi verdiyim 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindəki əhali həddən artıq qeyri-adi dərəcədə və fəal şəkildə mənim seçilməyimə hazırlaşırdı. Hətta mənə yüzlərlə telefon zəngləri gəldi, bölgələrdən müraciətlər oldu. Gördüm ki, hökumət istəsə belə, həmin dairədən məni seçkilərə buraxmaya bilməyəcək. Lakin daha sonra fikirləşdim ki, parlamentə düşsəm belə, əməkdaşlıq etdiyimiz heç bir müxalif partiya seçkiyə getmir. Ona görə də fikirləşdim ki, görüşlər keçirim və seçiləcəyim təqdirdə, kənarda qalan partiyalardan hansı dəstək alacağımı öyrənim. Hətta onlarla maraqlandım ki, niyə onlar seçkilərə qoşulmurlar? 1-2 dəfə cəhd etdim və bizə ən yaxın, nüfuzlu partiyaların rəhbərləri ilə görüşdüm, bəzi liderlər isə ümumiyyətlə, görüşə gəlmədi. Mənim bu görüşlərdən aldığım təəssürat bundan ibarət oldu ki, həmin partiyaların seçkilərlə bağlı hər hansı bir mövqe ortaya qoymaq, aktivlik etmək fikirləri yoxdur.

-Yəni iddia edirsiniz ki, müxalifət düşərgəsində istədiyinzi dəstəyi ala bilmədiniz…

-Demək olar ki, hə. Artıq onda anladım ki, seçilsəm də, ortalıqda və tək qalacağam. Fikirləşdim ki, əgər parlamentə getsəm belə, orada müxalifət adı ilə təmsil olunan qüvvələrin heç biri ilə yaxşı münasibətim yoxdur, əksinə, hamısı ilə konfliktim olub.

Yaxşı, mən getdim parlamentə, seçicilər də böyük ümidlə yanaşacaqlar ki, mən parlamentə getsəm, onların hansısa problemini həll edəcəyəm. Amma bu şərtlərdə mən heç bir problemi həll edə bilməyəcəyəm. Belə çıxacaq ki, mən mandat əldə etmək üçün camaatı aldatmışam. Bu yaşdan sonra da mənim elə bir şeyə ehtiyacım yoxdur ki, mandat naminə camaatı aldadıb parlamentə düşəm. Bu qənaətə gəldim ki, yaxşısı budur, namizədliyimi geri çəkim.

-Mən imzatoplama ərəfəsində bütün imzaları toplamışdım. Hətta bir dənə də olsun qüsurlu imzam yox idi, hətta imza verən adamların şəkillərini çəkmişdik ki, sabah deməsinlər ki, imzalar saxtadır və s. Lakin bütün bunlara baxmayaraq, fikirləşdim ki, əgər cəbhəmizdə olan partiya sədrləri seçkiyə getmir, ona hər hansı bir münasibət bildirmək istəmirsə, eləcə də mən də parlamentdə düşüb seçicilərə verdiyim vədlərin heç birini həll edə bilməyəcəmsə, onda namizədliyimi verməyin nə mənası var? Ona görə də bu qənaətə gəldim ki, seçkilərdən çəkilim. Lakin partiya üzvlərimizin seçkilərdən çəkilməsinə imkan verməyəcəm və çalışacağam ki, axıra qədər getsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Dünən, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Dünən, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru