İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                 

“Artıq dünyada beynəlxalq hüquq işləmir”
Tarix: 22-03-2014, 11:06 | Çap et
“Artıq dünyada beynəlxalq hüquq işləmir”
Artıq Krım Rusiyaya birləşdirilib. Bütün dünyanın diqqəti bu kiçik ərazidəki hadisələrin hansı sonluqla nəticələnəcəyini gözləyir. Ukraynada cərəyan edən hadisələr, Krımın referendum keçirərək özünü müstəqil elan etməsi, yarımadanın Rusiyanın tərkibinə qatılması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə cavablandırır.

- Araz müəllim, Ukrayna hadisələrini necə qiymətləndirirsiniz?
- Ukraynada baş verən hadisələri, eləcə də hakimiyyət dəyişikliyini demokratik hesab etmirəm. Bu ölkədəki faşistlər dövlət çevrilişi yolu ilə hakimiyyətə gəliblər. Almaniya başda olmaqla, vaxtilə Avropanı bürüyən faşistlər, Avropa Birliyi və ABŞ bu işin ərsəyə gəlməsi üçün külli miqdarda pul xərcləyiblər. Döyüşçülər Polşa və Litvada hazırlanıb Maydan hadisələrinə yönəldilib. Bunlar məsələnin bir tərəfidir. Digər mühüm məsələ xalqın bütün bu proseslərə biganə qalmasıdır. Ona görə biganə qaldılar ki, Leonid Kravçuk istisna olmaqla, Ukraynada bir-birinin ardınca hakimiyyətə gələn prezidentlər hamısı oğru və rüşvətxor idilər. O prezidentlərin heç biri Ukrayna xalqını düşünmürdülər. Bu səbəbdən də xalq prezidenti müdafiə etmədi. Viktor Yanukoviç hakimiyyətini müdafiə etmək istəyən yalnız “Berkut” xüsusi təyinatlı dəstəsi idi. Amma Qərb ölkələri Yanukoviçi aldadaraq söz verdilər ki, əgər prezident erkən seçkilərə getsə, ona və var-dövlətinə toxunulmayacaq. O da bununla razılaşaraq, “Berkut”u küçələrdən yığışdırdı. Bundan istifadə edən faşistlər hakimiyyəti ələ aldılar.

- Krımın ruslar tərəfindən tutulmasının ardınca yarımada referendum yolu ilə Rusiyaya birləşdirildi. Bu məsələyə münasibətiniz necədir?
- Krımın Rusiyaya birləşdirilməsi bir daha sübut edir ki, Qərbdəki politoloqlar uzunmüddətli proqnozlar verə bilmirlər. Unudublar ki, özləri beynəlxalq hüququ yaddan çıxarıblar, ayaq altına ataraq əski parçası ediblər. Artıq dünyada beynəlxalq hüquq işləmir. Beynəlxalq hüququ ilk dəfə ayaq altına atan ABŞ oldu. BMT-nin sanksiyası olmadan İraqa təcavüz elədi, qanuni prezident Səddam Hüseyni devirdi, ölkəni xarabalığa çevirdi. Bunun ardınca NATO qüvvələri Yuqoslaviyanı parçaladılar. Nəticədə heç bir qanuni əsas olmadan Kosovanı müstəqil dövlət kimi tanıdılar. Əgər sənin belə bir hüququn varsa, deməli, eyni hüquq mənim də var. Rusiya da belə bir hüquqdan istifadə elədi. Əvvəlcə Abxaziya və Cənubi Osetiyanı ələ keçirdi, son olaraq da Krımı geri qaytardı. Düzdür, Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsası yoxdur. Vaxtilə Xruşşov heç bir qanun-qaydaya riayət etmədən Krımı Ukraynaya verdi. O zaman bu məqsədlə verilən fərmanda Sevastopol şəhərinin adı yox idi. Lakin bu şəhəri də Krıma daxil edib Ukraynaya vermişdilər. Bu isə Rusiyanın mühüm strateji əhəmiyyət kəsb edən bir ərazini itirməsi demək idi. Çünki Sevastopol yoxdursa, Rusiyanın Qara dəniz Hərbi Donanması da olmayacaqdı. Bütün bunlarla yanaşı, hamı bilir ki, Ukrayna Rusiyadan ayrılsa Rusiya qüdrətinin yarısını itirəcək. Rusiyanı zəiflətmək istəyən Qərb Ukraynada faşistlərin hakimiyyətə gəlməsinə göz yumdu. Amma gözləmirdilər ki, Rusiya bu cür sərt təpki verər, müqavimət göstərər. Digər tərəfdən, xalq da öz iradəsini ortaya qoyub. Krımda əhalinin 50 faizdən çoxu ruslardan ibarətdir. Faşistlər hakimiyyətə gələndə öz ağılsızlıqlarından müxtəlif bəyanatlar verdilər. İlk olaraq rus dilinin istifadəsini qadağan etdilər, faşizmin təbliğinə şərait yaratdılar. Bu da rusdilli əhalinin ayağa qalxmasına səbəb oldu. Rusiya da bundan yararlanıb öz iradəsini ortaya qoydu, Krımı öz tərkibinə qaytardı. Bu zaman da bütün prosedur qaydalarına ardıcıllıqla riayət etdi.

- Ukrayna prosesləri, Krımın Rusiyaya birləşdirilməsi Azərbaycana, xüsusən də Dağlıq Qarabağ probleminin tənzimlənməsinə necə təsir edə bilər?
- Açığı, məni Ukrayna, eləcə də Krım hadisələri o qədər də maraqlandırmır. Məni narahat edən Dağlıq Qarabağın taleyidir. Bir-birinin ardınca ABŞ və NATO-dakı müttəfiqlər xalqların öz müqəddəratını həll etmək hüququnu, ölkələrin ərazi bütövlüyü məsələsini önə çıxarandan, Rusiya isə Abxaziya və Cənubi Osetiyanı, Krımı özünə birləşdirəndən sonra qorxuram ki, bu çanaq Azərbaycanın da başında çatlasın, Qarabağ məsələsində analoji problem yaşansın. Nə qədər ki, indi Rusiya ilə Amerikanın başı bir-birinə qarışıb, biz özümüz Dağlıq Qarabağ problemini güc yolu ilə həll etməliyik. İndi vaxt bizə yox, ermənilərə tərəf işləyir. Əslində ermənilərin özləri heç nədir, onların havadarları var.

- Rusiya GUAM ölkələrində münaqişə ocaqları yaratmaqla bu dövlətləri təkrar öz nəzarətinə qaytara bilərmi?
- Bir qədər əvvəl də qeyd etdiyim kimi, artıq beynəlxalq hüquq əski parçasına çevrilib, ayaqlar altına atılıb. İkinci Cahan müharibəsindən sonra dünya bir qayda-qanunla idarə olunurdu. Amma ABŞ və NATO-dakı müttəfiqlər özləri beynəlxalq hüquq normalarını pozmaqla, Rusiya üçün də buna şərait yaratdılar. İndi, - “kim güclüdürsə, o da haqlıdır” - prinsipləri işləyir. Əgər güclü olmaq istəyirsənsə, gərək demokratik bir dövlət qurasan, ordunu da ən yüksək səviyyədə saxlayasan ki, Vətən torpaqlarının müdafiəsi təmin edilsin. Bundan o tərəfə səsləndirilən beynəlxalq sazişlər, dostluq-qardaşlıq prinsipləri və sair, artıq dünyada boş şeylərdir. Hazırda dünyada bir prinsip var: Kim güclüdürsə, o da haqlıdır.

- Qərbin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar gözlənilən nəticəni verə biləcəkmi?
- Əlbəttə ki, bu sanksiyaların müəyyən iqtisadi təsirləri olacaq. Lakin İranın taleyi göstərdi ki, sanksiyalar heç də real nəticələr vermir. İran daha böyük sərvətlərə sahib ola bilərdi. Amma bu dövlətin öz dediyinin üstündə durması, ona qarşı sanksiyalarla nəticələndi. Onu da qeyd edim ki, sanksiyalar əks effekt də verə bilər. Məsələn, sanksiya tətbiq edilən ölkə müəyyən miqdarda pul itirər, bəzi çatışmazlıqlar özünü göstərər və sair. Lakin digər tərəfdən, embarqoya məruz qalmış ölkə vaxtilə xaricdən aldığı mal-məhsulları özü istehsal etməyə başlayır. Elə İranın özünü götürək. İranda şah üsul-idarəsi vaxtı kartof, kök, çuğundur və sair tərəvəzlərdən başlamış, bir çox qida məhsullarına kimi hər şey xaricdən ölkəyə gətirilirdi. Elə ki, embarqo qoyuldu, iqtisadi sanksiyalar tətbiq edildi, İran həmin məhsulların hamısını özü istehsal etməyə başladı. Hazırda İran bu baxımdan heç kimdən asılı deyil. Eyni mənzərəni İran sənayesində də görmək olar. Fikrimcə, Rusiya kimi böyük xammal potensialına malik ölkə də bu böhrandan normal çıxa biləcək. Düzdür, müəyyən iqtisadi çətinliklər olacaq, amma yavaş-yavaş hər şey öz axarına düşəcək. Bütün hallarda Krımı əldə etmək Rusiya üçün daha böyük əhəmiyyət kəsb edir, nəinki iqtisadi itkilər. Bundan başqa, bu gün bəzi ekspertlər Rusiyadan alınan qazdan və sairdən imtina ediləcəyi barədə fikirlər səsləndirirlər. Mən bunu real qəbul etmirəm. Çünki Hindistan və Çin kimi ölkələr Rusiyadan gələn xammaldan heç zaman imtina etməyəcəklər. 10-15 Rusiya məmuruna viza verilməməsinə gəlincə, yəqin indi onlar Kremlin qabağında oturub ağlayırlar.

- Ekspertlər təkcə Krımın saxlanmasına 10 milyardlarla dollar vəsait tələb olunduğunu əsas gətirərək, Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağ problemlərinin Rusiya büdcəsinə böyük ziyan vuracağını bildirirlər. Siz bu barədə nə düşünürsünüz?
- Hələlik Dnestryanı bölgəni Rusiya öz ağuşuna almayıb. Amma müəyyən miqdarda yardımlar edir. Ümumiyyətlə, 10 milyard dollar Rusiya üçün heç nədir. Adicə Soçi olimpiadasının keçirilməsinə 70 milyard dollardan artıq vəsait xərclənmişdi. Bu səbəbdən, hadisələrə sadəcə maliyyə itkisi kontekstindən baxmaq düzgün olmazdı. Krım Rusiya üçün strateji əhəmiyyət kəsb edən bölgədir. Krımın dəniz sularında neft və qaz yataqları, böyük kurortlar və sair var. Krım ələbaxan olmayacaq. Düzdür, müəyyən müddət ərzində ruslar Krıma sərmayə qoyacaqlar, amma çox keçməmiş bu sərmayələr artıqlaması ilə geri qayıdacaq.

- Ukraynanın bundan sonrakı taleyini necə proqnozlaşdırırsınız?
- Hazırda Ukraynada may seçkilərində hakimiyyətə kim gəlsə, bu müvəqqəti bir hakimiyyət olacaq. XXI əsrdə faşistlərin uzun müddət Avropanın göbəyində hakimiyyətdə ola biləcəyini proqnozlaşdırmaq düzgün olmazdı. Bu gün Qərbin, Avropanın dəstəyindən, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalardan danışanlar unudurlar ki, Rusiyaya bununla heç nə edə bilməyəcəklər. Amma Avropa bundan daha çox itirəcək. Ona gör də Avropa İttifaqı ölkələri daha çox kosmetik sanksiyalara üstünlük verməyi düşünürlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru