72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                 

“Komando mərkəzləri və qərargahları istifadəyə verilməsi...” - deputat
Tarix: 3-12-2023, 10:34 | Çap et
“Komando mərkəzləri və qərargahları istifadəyə verilməsi...”
Laçının Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmasından 3 il ötüb. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə sayəsində Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub. Laçın rayonunun 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.
Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Laçından olan millət vəkili Mahir Abbaszadə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb:
“44 günlük müharibə zamanı Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra işğal altında olan digər rayonlarımız kimi Laçın da separatçılardan təmizlənib. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanatın 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb. 2022-ci ilin avqustun 26-da Laçın şəhəri nəzarətə götürüldükdən sonra burda nəhəng bərpa və quruculuq işlərinə başlanılıb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rasional və praqmatik siyasəti nəticəsində Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək möhtəşəm qələbə idi. Bu gün artıq Laçın azaddır və bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident “Böyük Qayıdış” proqramının uğurla və qısa zamanda reallaşdırılması məqsədilə işğaldan azad olunan ərazilərin yenidən bərpa edilib, qurulması üçün bütün zəruri tapşırıqları verib və özü şəxsən bu prosesə ciddi nəzarət edir. 2020-ci ilin avqust ayında ölkə başçısının Laçına səfər etməsi və orada Azərbaycanın üçrəngli bayrağını qaldırması və oradan verdiyi mesajlar tarixi hadisə kimi dəyərləndirilməlidir”.

M.Abbaszadə qeyd edib ki, cənab Prezidentimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsində işğaldan azad edilən doğma yurdlarımız onilliklərdən sonra öz əsl sahiblərini qarşılamaqdadır:
“Laçın ölkə başçısının birbaşa diqqəti və qayğısı nəticəsində əvvəlkindən də daha gözəl bərpa olunub abadlaşdırılır.
Azad edilən torpaqlarda həyat yenidən tədricən öz əvvəlki məcrasına dönür. Cənab Prezident və Birinci vitse-prezidentin davamalı olaraq işğaldan azad edilən bölgələlərə səfəri, orada görülən işlərə birbaşa nəzarət etməsi, yeni-yeni yaşayış məskənlərinin, infrastruktur layihələrinin reallaşması ilə bağlı təməlqoyma mərasimlərində iştirakı “Böyük Qayıdış”ın qısa zamanda təmin olunmasına xidmət edir. Təkcə insanlar öz yurdlarına dönmür, eyni zamanda doğma yurdlara köçənlərin orada daimi iş yerləri ilə təmin olunması istiqamətində işlər görülüb və görülməkdədir”.

Deputatın sözlərinə görə, dünyada elə bir praktika yoxdur ki, işğal dövründə tamamilə viran edilən bir rayon azad edildikdən sonra 8 ayda yenidən bərpa olunsun:
“Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkün oldu. Cəmi 7-8 ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub. Həmçinin köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastrukturlar qurulmaqdadır. Laçında sənaye kəndləri, Həkəri çayında balıq vətəgələri yaradılıb, ictmai iaşə obyektləri fəaliyyət göstərir. Su anbarları, su elektrik stansiyaları, tunellər tikilib.
TƏBİB-in tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. Bundan əlavə yeni infrastruktura uyğun inşa edilmiş məktəb binaları istifadəyə verilib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar hərbi hissələr tikilib istifadəyə verilib. “Komando” mərkəzləri və qərargahları istifadəyə verilməsi Azərbaycan dövlətinin son 3 ildə planlaşdırdığı və həyata keçirdiyi işlərdir.
Həmçinin bundan sonra da Laçına dönənlər üçün 1100-dən çox iş yeri açılacaq. Bir sözlə, Laçında həm yaşamaq, həm işləmək üçün hər cür şərait yaradılmaqdadır. Bu yaxınlarda isə geri dönən insanlar üçün Əmək yarmarkası da təşkil olunub.
İnsanlar təkcə Laçın şəhərinə deyil, eyni zamanda Zabux kəndinə də köçürülürlər. Burada da bütün infrastruktur şəraiti və insanların məşğuliyyəti üçün bütün imkanlar yaradılıb. Tikintisi sürətlə davam etdirilən hava limanı 2025-ci ilin sonunadək istifadəyə veriləcək. Bu, rayona gediş-gəlişi asanlaşdırmaq və Laçının logistik və iqtisadi imkanlarını genişləndirmək nöqteyi-nəzərindən çox vacibdir”.

30 il əvvəl ermənilərin Laçın şəhərini işğal edib yağmalayaraq yandırdıqlarını xatırladan millət vəkili deyib ki, şəhərin 8 minə yaxın əhalisi qaçqın düşmüşdü. Oxşar hadisələr ermənilər 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş verdi:
“Təəssüflə qeyd etməliyəm ki, bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.
Azərbaycan dövlətinin iqtisadi gücü, ölkə başçısının siyasi iradəsi sayəsində Laçın çiçəklənir. Bu yürüdülən uğurlu siyasətin nəticəsidir ki, qısa müddətdə Laçına 363 ailə, yəni 1389 nəfər daimi məskunlaşmaq üçün köçüb.
2023-cü ildə Laçın rayonunun Güləbird, Qorçu və Şəlvə kəndlərinin təməlqoyma mərasimi keçirilib. Bu mərasimlərdə Prezident İlham Əliyev şəxsən iştirak edib, kəndlərin baş və müfəssəl planlarının təsdiqini həyata keçirib. 2024-cü ilin əvvəllərindən etibarən bu kəndlərdə bərpa-quruculuq işləri başlayacaq və gələn ilin sonuna qədər bu ərazilərdən məcburi köçkün düşmüş insanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Rayona köçürülən insanların iqtisadi-sosial imkanlarını artırmaq, sosial müdafiəsini həyata keçirmək istiqamətində dövlət tərəfindən təxirəsalınmaz addımlar atılır”.

M.Abbaszadə bildirib ki, bu gün yenidən bərpa edilən və qurulan Laçın tamamilə yeni bir sima almaqdadır:
'Gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər. Bu tarixi zəfəri xalqımıza yaşadan bütün şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə isə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru