Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                 

"Razıyam, son dinləmələrdə ABŞ bəzi qərarlar qəbul edib" - Partiya sədri
Tarix: 30-11-2023, 16:00 | Çap et
"Razıyam, son dinləmələrdə ABŞ bəzi qərarlar qəbul edib"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Yeni Sabah”a müsahibəsi:

- Azərbaycanla ABŞ arasındakı gərgin münasibətlərin yaranması fonunda ölkədə Qərb, daha dəqiq desək, ABŞ agentlərinin olması ehtimalı ilə çıxış edən şəxslərin sayı çoxalır. Sizcə, Azərbaycanda ən çox kimin agentura şəbəkəsi var? Rusiya, ABŞ, yoxsa İran?

- Bu gün Azərbaycanda ən çox agentura şəbəkəsi Rusiyaya məxsusdur. Çünki biz uzun müddət SSRİ-nin tərkibində olmuşuq və o vaxtdan, eləcə də sonradan ələ alınan agentlər ölkəmizdə var.

Əslinə baxsaq, bu gün ABŞ-Azərbaycan münasibətlərini süni surətdə gərginləşdirən də elə həmin qüvvələrdir. Bəziləri Rusiyanı açıq müdafiə edir, bəziləri də ABŞ-ın əleyhinə Azərbaycanı Rusiya tərəfə meylləndirirlər. Onlar Rusiya qoşunlarının Azərbaycanda saxlanmasının səbəbini izah edirlər, guya Rusiya ilə münasibətlərin vacibliyini vurğulayırlar. Heç kəs Rusiyaya qarşı düşmən olmağı tələb etmir. Əksinə, Rusiyanın Azərbaycana qarşı olan imperial maraqları ilə mübarizə aparmaq üçün bütün millət durmalıdır. Çünki casuslar durmurlar.

Biri deyir ki, Zəngəzura hücum edib oranı tutaq, ruslara verək, digəri söyləyir ki, rus qoşunlarının Azərbaycanda qalması bizim xeyrimizədir. O biri də xalqı qorxudur ki, ruslar çıxsa, ABŞ və Fransa gəlib buraya girəcək. Bunların hamısı rus agentura şəbəkəsinin ümumi ideoloji siyasi işinin mahiyyətini təşkil edir. Bunun məqsədi Azərbaycanı Rusiyanın təsir dairəsində saxlamaqdır.

- Bəs ABŞ-ın mövqeyindəki qərəz?

- Razıyam, son dinləmələrdə ABŞ bəzi qərarlar qəbul edib. Əslinə baxsaq, ABŞ-ın Cənubi Qafqazla bağlı atdığı addımların hamısı Ermənistanı Rusiyanın təsirindən xilas etməkdir, nəinki Rusiya kimi Ermənistanı qızışdırıb Azərbaycanın üstünə salmaq. Rusiyanın bu bölgədə ermənilərlə bağlı siyasəti ondan ibarətdir ki, onların əli ilə Azərbaycan və Gürcüstana təzyiq etsinlər. Ermənilər isə bu gün Rusiyadan uzaqlaşır deyə, Moskva istəyir ki, Azərbaycanla Ermənistan toqquşsun və hər 2 ölkə arasında sülh müqaviləsi imzalanmasın.

ABŞ da bunu başa düşüyünə görə, istəyir ki, tərəflər arasında tezliklə sülh müqaviləsi imzalansın. Burada tərəflərin fərqi bundan ibarətdir. ABŞ-ı bombalayanların çoxu Rusiyaya casusluq edənlərdir. Bu gün Amerikanın elə imkanları var ki, kosmosdan yerdəki maşının nömrəsinə qədər təyin edə bilər. Belə olan halda ABŞ-ın nə ehtiyacı var ki, Azərbaycanda primitiv agentura şəbəkəsi saxlasın? Bunlar Rusiyaya lazımdır.

- ABŞ-dan uzaqlaşıb Rusiyaya yaxınlaşmağın bizim mənfi və yaxud müsbət tərəfləri nələrdir?

- Məncə, heç bir müsbət tərəfi yoxdur. Hazırda ruspərəstlər çıxıb deyir ki, 20 Yanvar və Xocalı hadisələrini Qərb planlaşdırıb. O biri isə söyləyir ki, Rusiyada 3 milyon azərbaycanlı işləyir deyə onların xətrinə Rusiya deyənlə oturub-duraq.

Yəni ən müxtəlif bəhanələrlə onlar Rusiyanın təsir dairəsini burada saxlamaq istəyirlər. Casusluq deyəndə klassik mənada dövlət sirrini öyrənib onu Rusiyaya çatdırmaqdan söhbət gedir. Doğrudur, elə adamlar var və onlar Müdafiə Nazirliyi və hökumətdə işləyirlər. Amma bütövlükdə isə hökumətdən kənar qeyri-rəsmi dairələrdə Rusiyanın maraqlarını ifadə edən adamlar çoxluq təşkil edir. Bu insanlar Rusiyada oxuyub onun təsiri altındadırlar, ona görə də bunlar açıq şəkildə Rusiyanı müdafiə edirlər.

- Yəni münasibətlərimizi nəzərədn keçirməliyik...

- Biri var, Rusiya ilə normal münasibətlər, biri də var ki, Azərbaycanı Rusiyanın imperia maraqlarına tabe etdirmək. Bunlar fərqli-fərqli şeylərdir. Mən də istəyərəm ki, Rusiya ilə səmimi dostluq və əməkdaşlığımız olsun, lakin Rusiya bizə dostluq yox, köləlik təklif edib. Rusiyanın Ermənistanla münasibətləri yaxşı olanda Azərbaycanı hədələyib müstəqilliyimizi şübhə altına almaq istəyirdilər. Putin çıxışlarında dəfələrlə deyirdi ki, Qarabağ, eləcə də Kəlbəcərlə Laçını verək Ermənistana, onlar da işğalda olan 5 rayonu qaytarsınlar Azərbaycana. Bəs Rusiyanın dostluğu nədən ibarətdir?

Əgər Paşinyan Qarabağdan imtina etməsəydi, ruslar hələ də “Qarabağ kartı” üzərində Azərbaycanın gözünü çıxarırdı. Bunu unutmaq olarmı?! Azərbaycan bu gün poliqondur, çünki biz elə bir strateji bölgədəyik ki, burada İranın, ABŞ-ın və Rusiyanın agentura şəbəkəsinin yaradılmasını təbii hesab etməliyik. Azərbaycan dövləti isə sadəcə olaraq özünün strateji xəttini müəyyən edib o xəttin əleyhinə olan qüvvələri neytrallaşdırmalıdır. Yoxsa ki, bəzi bəyanatlar verən adamlara qarşı kəskin addımlar atmasına ehtiyac yoxdur, amma ən azı, biz onları ifşa etməliyik.

- Bu adamlar – yəni kimlər?

- Bu adamların dövlət sirrinə girişi yoxdur, yaxud dövlətdə strateji əhəmiyyətli bir vəzifə tutmur ki, ondan istifadə edib Azərbaycana ziyan vursun. Sadəcə olaraq bu adamlar Rusiyanın reytinqini Azərbaycanda yüksəltməyə xidmət edir. Biz onları Müdafiə Nazirliyində olan agentlərdən fərqləndirməliyik ki, onların dövlət sirlərinə girişləri olduğu üçün bunu Rusiyaya sata bilərlər.

Azərbaycan onsuz da onları neytrallaşdırmağa çalışır. Əhalimizin də gözü açıqdır və bu kəslər ağzını açanda bilinir ki, kim nəçidir. Onlar Rusiyaya xidmətlərini guya dövlət maraqlarımız ilə əlaqələndirməyə çalışırlar. Lakin alınmır, alına da bilməz, çünki bu xalqın 300 illik tarixində Rusiyanın Azərbaycanın başına açdığı oyunları hamı görüb, bilir və başa düşür.

Biz Qarabağın azad olunmasında 3 mindən çox şəhid vermişik. Hamı da bilir ki, şəhidlərimizin qanının tökülməsinin baiskarlarından birincisi elə Rusiyadır. Rusiya o silahları Ermənistana verməsəydi, onu qızışdırıb arxasında durmasaydı, Ermənistan cəsarət edib Azərbaycana qarşı hər hansı bir addım atmazdı. Bu gün Rusiya Ermənistanla bir yerdə deyil deyə İrəvan Azərbaycana gözünün ucu ilə baxmır. Amma Rusiya Ermənistanın arxasında olanda ermənilər nə Qarabağdan çıxırdı, nə də ərazi iddiasından əl çəkirdi, hətta Azərbaycana qarşı ağlına gələn hər cür düşmənçiliyi edirdi, çünki onu qızışdıran Rusiya idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Bu gün, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Bu gün, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Bu gün, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Bu gün, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Bu gün, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru