Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                 

"Qərbin məqsədi Rusiyanı Qarabağdan çıxartmaqdır" - Zərdüşət Əlizadə
Tarix: 28-11-2023, 08:26 | Çap et
"Qərbin məqsədi Rusiyanı Qarabağdan çıxartmaqdır"
Ermənistan-Rusiya münasibətlərinin tədricən gərginləşməsi Qərbin Cənubi Qafqazla bağlı siyasətini də aktiv fazaya keçirib. Xüsusən, Ermənistan Baş naziri Nikol Paşinyanın öz havadarları qarşısında götürdüyü öhdəlikləri ardıcıl icra etməsi, İrəvanın Moskvanın himayəsi altında keçirilən tədbirlərdən imtinası Kremlin əsəblərini tarıma çəkib. Bəzi ekspertlər Paşinyanın KTMT sammitində iştirak etməməsini, İrəvanda keçirilən sammitdə yekun sənədə imza atmamasını Qərbin Ermənistan üzərindən Rusiyaya qarşı yeni cəbhə açması kimi dəyərləndirirlər. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı açıq mübarizə aparırlar. Onun sözlərinə görə, əvvəllər bu mübarizə diplomatik maskalarla aparılırdı, indi isə üzbəüz, açıq şəkildə mübarizə aparılır: "Bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Azərbaycan tərəfi rəsmi şəkildə bəyan edir ki, bu ölkələr çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilər, çünki onlar birtərəfli vasitəçi rolunu öz üzərinə götürüblər. Təbii ki, belə birtərəfli mövqe tutaraq nəyəsə iddia etmək həm mümkün deyil, həm də yersizdir”. Peskovun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır, lakin Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin təminatçısı rolunu oynaya bilmir. Mövzu ilə bağlı suallarımızı cavablandıran politoloq

Zərdüşt Əlizadə "Sherg az"a açıqlamasında bildirib ki, Qərbin əsas məqsədi Rusiyanı Qarabağ ətrafındakı məsələlərdən uzaqlaşdırmaq, bölgədən ümumən çıxartmaq, erməniləri yenidən bölgəyə qaytarmaq və onların himayəsini Qərbin hərbi vasitələri ilə təyin etməkdir...
- Zərdüşt müəllim, Peskovun ittihamlarını necə dəyərləndirirsiniz? Qərbin məqsədi Rusiyanı Qarabağda əvəzləməkdirmi?
- Mən də elə düşünürəm. Qərbin məqsədi Rusiyanı Qarabağdan çıxartmaq, erməniləri Qarabağa qaytarmaqla onların təhlükəsizliyini məhz bölgədə Qərbi təmsil edən sülhməramlı kontingentin yerləşdirilməsi ilə təmin etməkdir. Həm də Azərbaycanı məcbur etmək istəyirlər ki, öz ərazisinə xarici qüvvələrin yerləşməsinə razılıq versin. Qərbin qayəsi budur. Bu məqsədlə Qərb ölkələri Ermənistan Baş naziri Nikol Paşinyanı himayə edir, ona müvafiq tapşırıqlarını verirlər. Paşinyan da birmənalı onların göstərişlərini həyata keçirir.
- Rusiyanın Ermənistandan, dolayı yolla regiondan çıxarılması ümumiyyətlə mümkündürmü?
- Rusiyanın Ermənistan və Cənubi Qafqazdan çıxarılması məsələsi çox çiy söhbətdir. Nəyə görə? Xəritəyə nəzər yetirdikdə görürük ki, Cənubi Qafqazın şimalındakı dövlət - Rusiya nüvə dövlətidir. Moskva region ölkələri ilə çox dərin tarixi, siyasi, hərbi, iqtisadi və mədəni əlaqələrə malikdir. "Rusiyanın Cənubi Qafqazdan çıxması" nə deməkdir. Cənubi Qafqaz respublikalarının şimalındakı Rusiya xəritədən silinməyəcək, qeybə çəkilməyəcək. Reallıq odur ki, qonşuluqda Rusiya kimi dövlət var. Rusiya ərazisində yüzminlərlə gürcü, milyondan yuxarı erməni və azərbaycanlı yaşayır. Həmin insanlar öz tarixi vətənləri, yəni Gürcüstan, Ermənistan və Azərbaycanla əlaqələri bir anın içində itirməyə hazır deyillər. O baxımdan "Rusiyanın Ermənistandan və bölgədən sıxışdırılıb çıxarılması" ideyası çox gülünc səslənir. Ermənistan özü Rusiyanın qurduğu bir qəfəsin içindədir. Həmin qəfəsin siyasi-hərbi və iqtisadi, o cümlədən mənəvi cəhətləri var. Ermənistanın enerji təminatı, təhlükəsizliyi Rusiya ilə bağlıdır, dəmir yolları Rusiyaya məxsusdur. Ölkədəki Atom Elektrik Stansiyasını Moskva idarə edir. Sərhədlərini Rusiyanın sərhəd qoşunları qoruyur. İrəvanın maliyyə qaynaqlarının əksəriyyəti Rusiyadan gəlir. Belə şəraitdə Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistan hakimiyyəti rus qəfəsinin içində oturub və qışqırır ki, "mən Qərbə gedirəm". Axı sən qəfəsin içindəsən, Qərbə necə gedirsən?! Bu yolun açarı Rusiyanın cibindədir. Ermənistanın "biz Qərbə gedirik" şüarı məqsədlidir. Hazırda ölkədə rusiyapərəst qüvvələrin gücü azalır, qərbpərəst dairələrin nüfuzu artır. Paşinyan öz siyasi hakimiyyətini möhkəmləndirmək üçün yüksəlməkdə olan qərbpərəst meylin köhləninə minir. Göstərməyə çalışır ki, o da qərbpərəstdir. Erməni toplumu 200 il Rusiyanın "xəyal plovlarını yeməklə" məşğul olub, indi də Qərbin xəyal plovunu yemək istəyirlər. Paşinyan çalışır ki, hakimiyyətdə uzun müddət qalsın.
- Moskvaya qarşı addımlar Paşinyan hökumətinin devrilməsinə gətirib çıxara bilərmi?
- Yox, qətiyyən, bir nümunə gətirim. 1980-ci illərin sonunda, Sovet İttifaqının yenidənqurma illərində, yəni zəifləyəmə doğru getdiyi dövrdə Azərbaycanda ruspərəst qüvvələr hakimiyyətdə idi. Mətbuat, təhlükəsizlik və bütün sahələr onların əlində idi. Qərbpərəst qüvvələr isə zəif olmaqla yanaşı, maliyyə əsasları yox idi. Amma siyasi təmayül elə idi ki, SSRİ-nin çöküşü Qərbin qələbəsi sayılırdı. Ona görə də qərbpərəst qüvvələr özlərindən qat-qat güclü kommunistləri devirdilər və hakimiyyətə gəldilər. Sonrakı dövrlərdə də ümumən Qərbə meyilli siyasət davam etdirildi. Əlbəttə, Rusiya amilini unutmuruq. Amma Azərbaycan öz siyasətini əsas tərəfdaşları kimi Türkiyə və Qərb ölkələri, Avropa dövlətləri ilə qurmağa çalışıb. Ermənistanda da eyni cür proseslər təkrarlanır. Ölkədə zamanla rus meyli azalır və bunun əksinə Qərbə meyillilik güclənir. Paşinyan da bundan öz siyasi maraqları üçün istifadə edir.
- Qərbin Ermənistanı silahlandırmasını necə şərh edərdiniz? Sizcə, bu, təhlükə yaradacaq amil sayılırmı?
- Fransa Ermənistana 20 ədəd zirehli maşın verib, üstündə də bir ədəd pulemyot. 20 erməni zabiti bu maşını sürüb, özləri üçün kef edəcək. Hindistandan bir neçə top gətiriblər. Lap yaxşı, gətirsinlər. Məgər bu, qüvvələr nisbətini dəyişirmi? Əsla yox, dəyişmir. Ermənistan azı 20 il müddətində var gücü ilə çalışmalıdır ki, indiki Azərbaycan Ordusunun səviyyəsinə yaxınlaşsın. Təbii ki, Azərbaycan Ordusu da 20 il oturub gözləməyəcək ki, ermənilər hərbi güc baxımından bizə çatsın. Azərbaycan müasir silahlar alır, mütəmadi təlimlər keçirir, NATO standartlarına yiyələnir. Azərbaycanla Ermənistan arasında hərbi cəhətdən böyük uçurum var. Azərbaycan Ordusu müqayisə olunmayacaq dərəcədə erməni tərəfindən qat-qat güclüdür və belə də qalacaq. Vəssalam.
- Qərb-Rusiya qarşıdurması Azərbaycan-Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərəcəkmi?
- Görünən odur ki, bu məsələlər sülh danışıqları ilə bağlı prosesi uzadır. Əgər Ermənistan hökuməti həqiqətən öz ölkəsində əmin-amanlıq, sabitlik istəyirsə, Azərbaycan və eyni zamanda Türkiyə ilə münasibətləri mütləq tənzimləməlidir. Madam ki, istiqamətlərinin Qərbə doğru olduğunu deyirlər, o zaman Türkiyə ilə əməkdaşlıq qaçılmazdır. Çünki Ermənistanın Qərbə açılan qapısı Türkiyədir. Bu ölkəni Qərbə yaxınlaşdıracaq amil Türkiyə ilə siyasi-iqtisadi əlaqələrdən keçir. Həm qonşu, həm də əksər Qərb ölkəsi Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq edirlər. İrəvan bunları nəzərə almalıdır.

Mənbə: sherg.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru