Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

“Siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi” - Fərəc Quliyev
Tarix: 15-09-2023, 11:56 | Çap et
“Siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi”
“Cümhuriyət”-in suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

“Siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi”

-Fərəc bəy, müsahibəyə elə partiyaların təkrar qeydiyyat prosesindən başlamaq istəyirdim. Proses necə keçdi? Ümumi olaraq razı qaldınızmı?

-Bu proses bir günlük və yaxud bir aylıq məsələ olmadı. Uzun müddət seçki, partiyalararası münasibətlər, iqtidar-müxalifət münasibətiləri ilə bağlı aparılan islahatların nəticəsi oldu. Prezident Administirasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə Ədalət Vəliyevin təyinatından sonra ölkədə siyasi mühit tamamilə dəyişdi. Partiyalarla dialoq mühitinin yaradılması, münasibətlərin normallaşması, bütün siyasi partiya rəhbərlərinə danışmaq imkanının yaradılması çox mühüm addım oldu.

Bu, həm iqtidar-müxalifət, həm də müxalif partiyalarının bir-biri ilə münasibətlərinə müsbət təsir etdi. Zaman baxımından da çox yaxşı vaxta düşdü. Müharibədən əvvəlki dövrdə dialoq mühiti yarandı. Müharibə dövründə də bütün partiyalar birlikdə əlini “daşın altına” qoydu. Bu, onu göstərdi ki, müxtəlif dünyagörüşlü insanların vətən məsələsində bir yerdə olması mümkündür. Eyni zamanda, siyasi palitiranın rəngarəngliyi də lazımdır. Amma siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi. Hər 5-3 nəfərin yığılıb bir partiya yaratması doğru deyildi. “Siyasi partiyalar haqqında” Qanunun müzakirəsində üzv sayı məsələsində tərəddüdlər var idi.

Amma o vaxt da bildirmişdim ki, say məsələsi doğrudur. Bir partiya hakimiyyətə iddialıdır və dövləti idarə etmək istəyir, onun 5-10 min üzvünün olması çox kiçik rəqəmdir. Bir partiyanın ideoloji bazası, kadrları olmalıdır. Sonra bu say 10 min nəfərdən 5 minə qədər azaldıldı. Sənədlərin Ədliyyə Nazirliyinə verilməsi ərəfəsində yazırdılar ki, bəzi partiyalar üzv toplamağa başlayıb. Amma bizim üzvlərimiz var idi, sadəcə olaraq onların reyestrə hazırlanması prosesini aparırdıq. 5 min tələb var idi, biz 10 min 202 nəfərn siyahısını hazırlayb Ədliyyə Nazirliyinə təqdim etdik. Ədliyyə Nazirliyi tərəfindən çox şəffaf yoxlama aparıldı. Bu proses partiyaların da xeyrinə oldu.

Sənədlərimiz geri qaytarılanda gördük ki, 200 nəfərə yaxın vəfat edən üzvümüz var, biz onların qeydiyyatını aparmamışdıq. Bir neçə nəfərin adı təkrar yazılmışdı, bir neçə partiya üzvü kimi görünənlər var idi, ya bizdən gediblər, ya da başqa partiyadan bizə gəliblər. Yəni bu proseslə partiyalar da özünün “tozunu” silkələmiş oldu, təmizlənmə mərhələsi başladı. 6289 nəfərlə qeydiyyata alındıq. Ədliyyə Nazirliyindən bizə göndərilən sənəddə yazılmışdı ki, nə lazım olsa, kömək etməyə hazırıq. Çox dürüst bir mərhələ oldu və artıq qeydiyyatdan keçmişik. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin əməkdaşları da bu prosesdə çox əziyyət çəkdi. Biz prosesdən tamamilə razıyıq.

-Partiyanın növbəti mərhələ üçün plan və proqramları nələrdir?

-Nizamnamə dəyişiklikləri nəzərdə tutulur. Yeni “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq nizamnamədə kiçik dəyişikliklər olacaq. Yaxın günlərdə yəqin ki, qurultay keçirəcəyik. Proqramımızda dəyişiklik yoxdur, belə bir tələb də yoxdur. Qanunda göstərilib ki, proqram varsa, təqdim edin, yoxdursa, tərtib edib verin. Məramnaməmiz 1998-ci ildə məhbəsdə yazdığım “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabıdır. 2002-ci ildən onun əsasında fəaliyyətimizi qururuq. Partiyada “Qərbi Azərbaycan”, “Güney Azərbaycan”, “Türk Dünyası”, “Borçalı”, “Qarabağ” departamentləri yaratdıq.

Qarabağ məsələsi artıq həll olunub, Qərbi Azərbaycan İcmasının yaranması bizim təkliflərimizdəndir. Güney Azərbaycanla bağlı məsələ qaldıranda bizə qəribə baxırdılar, indi artıq bu məsələ də prioritet siyasətin bir hissəsidir.

“Parlamenti iki palatalı sistemə keçirmək də mümkündür”

-Referendumun keçirilməsi, seçki sisteminə dəyişikliklə bağlı fikirlər səslənir. Sizin fikrinizcə, referendum olacaqmı və deyilən dəyişikliklər ediləcəkmi?

- Referendum olsa da, olmasa da biz dünyada olan klassik yanaşmanı dəstəkləyirik. Yəni seçki bitən kimi yeni seçkiyə hazırlaşmaq. Əgər bir partiya yaranıbsa, deməli, hakimiyyətə talibdir və bunun da yolu seçkidir. Bəzən Azərbaycanda seçkini boykot edib yaxasını kənara çəkənlər, əli xarici qüvvələrin cibində olanlar müxtəlif bəhanələr edirlər. Amma sən partiya yaratmısansa, hakimiyyət iddiasındasansa, hakimiyyətə seçki ilə gələrlər. Seçkidə iştirak etmirsənsə, deməli, başqa yolla hakimiyyətə gəlmək istəyirsən.

Bütün partiyalar seçkiyə hazırlaşmalıdır. Biz də hazırlaşırıq. Referendum olarsa -düzü mənim də bu məsələdən məlumatım yoxdur, sizin kimi mətbuatda oxuyuruq- seçki məsələsinin də ora salınması yaxşı olardı. Əgər partiyalarla bağlı islahatlar gedirsə, seçki sistemi də proporsional olarsa, artıq partiya siyahı ilə seçkiyə gedəcək və bu da hansı zehniyyətin iş başına gəldiyini göstərəcək. İndi fərdi qaydada seçkilərə qatılır, xarizması, öz şəxsi keyfiyyətləri ilə seçilir, amma hansı zehniyyətin iş başına gəldiyi bilinmir. Məsələn, Türkiyədə keçirilən son seçkilərdə məlum oldu ki, millətçi kəsim 25-27 faiz arasında gücə, elektorata malikdir. Azərbaycanda da bu müəyyən olacaq.

Eyni zamanda, həm siyasi palitrayaya maraq artacaq, insanlar siyasətə üstünlük verəcək, həm də partiyadaxili rəqabət mühiti yaranacaq. Çünki partiya siyahısı veriləndə daha üzdə olan fiqurlar yazıldığından, partiyadaxili rəqabət də partiyaları gücləndirəcək. Partiyaların güclənməsi Azərbaycanda siyasi mühitin güclənməsidir. Ya qarışıq, ya da proporsional seçki sisteminin olması çox vacib şərtlərdən biridir. Amma olmasa belə, biz növbəti seçkilərə hazırlaşırıq.

-Parlamentdə yerlərin sayının artırılacağı , 151 və ya 175-ə çatdırılacağı deyilir...

-Bu da vacib məsələdir. Çünki parlamentin formalaşdığı dövrdəki əhalinin sayı ilə indiki əhali sayı fərqlidir. Yeni dairələrin yaradılması məsələsi ortaya çıxacaq. Ümumiyyətlə, idarəetmə sisteminə bir əl gəzdirmək lazımdır. Məsələn, bələdiyyələrlə bağlı dəyişiklik vacibdir, icra hakimiyyətlərinin səlahiyyətlərini bələdiyyələrə verməklə onların səlahiyyətlərini artırmaq lazımdır. İdarəetmədə seçkili qurumlara üstünlük verlməlidir. Yəni seçki sistemində dəyişiklik təkcə parlamentdə yerlərin sayının artırılması deyil, bələdiyyələrlə bağlı da xeyli islahatlara ehtiyac var. Parlamentdə yerlərin sayının artırılması detaldır, daha çox yanaşmanı dəyişmək lazımdır. Azərbaycan parlamentini iki palatalı sistemə keçirmək mümkündür. Bu, daha operativ və günlük işləyən sistem ola bilər.

“Qanuna etiraz edənlər isə daha çox antimilli qüvvələr idi”

-“Siyasi partiyalar haqqında” Qanun hələ müzakirə mərhələsində olanda, buna yanaşma birmənalı deyildi. Yeni qanunu təndiq edənlər də var idi və bu gün onlar da Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hətta bu gün qeydiyyatdan keçən partiyalardan bu qanuna etiraz edənlər var. Bu yanaşmalara da münasibət bildirməyinizi istərdik, niyə etiraz edirdilər?

- Çünki yanaşmaları qərəzli idi, məsələlərə doğru yanaşmırdılar. Bir az da bəzi partiyalar özlərini şişirtmişdilər. Cəmiyyətdə özlərini “ana müxalifət” kimi təqdim etməyə çalışırdılar. “Radikal müxalifət”, “konstruktiv müxalifət” kimi təsnifatlar var idi. Mənim təsnifatım isə belədir ki, Azərbaycanda milli-demokratik, bir də antimilli düşərgə var. Milli-demokratik düşərgədə olanlarla əməkdaşlıq etməyə, onların fikirlərinin həyata keçməsinə dəstək verməyə hər zaman hazırıq. Qanuna etiraz edənlər isə daha çox antimilli qüvvələr idi.

Özlərinin böyük sayda üzvlərinin olduğunu deyirdilər, amma sonra gördülər ki, gücləri çox zəifdir. Liderləri belə qurultaylarında, sosial şəbəkələrdə çağırışlar etdilər ki, məni, bizim proqramı qəbul etməsəniz də, partiyaya üzv olun sayımız düzəlsin. Cəmiyyət də gördü ki, bunlar 5-10 nəfər yığışıb Azərbaycana yaraşmayan bəzi adamlarla, azlıqlara küçələrə çıxırdılar. Sonra da başladılar ki, bu qanun partiyalara qarşı təqib mexanizmidir. Amma sonra gördülər ki, məsələ belə deyil, Ədliyyə Nazirliyi çox yaxşı işlədi. Hətta o partiyaların liderləri də etiraf etdilər ki, Ədliyyə Nazirliyinin iş prinsipindən narazı deyillər.

Yəni işləməmisənsə, cığallıq etməyin yeri yoxdur. Arada bunların səs-küy salmağına baxmayaraq, müzakirələrdən sonra üzvlük sayının 10 mindən 5 minə salınması böyük güzəşt idi. Hesab edirdim ki, 10 min rəqəmində dayanmaq lazımdır. Çünki partiyasan, iddialısan və hakimiyyətə talibsən. Bu rəqəmlərdə də sənin tərəfdarların olmalıdır. Ona görə də sonrakı gedişat da göstərdi ki, yanaşma da, bu qanunun qəbulu da doğru idi.

-Partiyanız bütün seçki dairələrini əhatə edə bilirmi? Bütün rayonlar üzrə şöbələriniz varmı?

-Bizim bütün rayon şöbələrimizdə bazamız var. Üstəlik də bizin keçən parlament seçkilərində 65 dairədən namizədimiz qeydə alınmışdı. Bütün dairələrdən namizəd vermişdik, amma 65-i qeydə alınmışdı. Yəni YAP-dan sonra ən çox namizəd verən biz idik. Yenə seçki olacaqsa, əgər proporsional olarsa, siyahı üzrə, majoritar olacaqsa, yenə də bütün dairələri əhatə etmək imkanımız var. Elə dairələr ola bilər ki, bizim hörmət etdiyimiz, güvəndiyimiz namizəd olar, o dairədən namizəd vermərik. Amma ümumilikdə bütün dairələri əhatə etmək fikrindəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru