"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                 

“Bu açıqlama hakimiyyətin içərisindəki parçalanmanın göstəricisidir”
Tarix: 10-02-2014, 12:09 | Çap et
“Bu açıqlama hakimiyyətin içərisindəki parçalanmanın göstəricisidir”
Bir müddət əvvəl Milli Şuradan təmsil olunduğu partiyadan istefa verən AXCP sədrinin keçmiş müavini və
"Xalq Arzusu" Hərəkatının rəhbəri Asəf Quliyev Moderator.az-a müsahibə verib, onu oxuculara təqdim edirik:
-Milli Şuradan ilk Siz istefa verdiniz və bundan sonra istefaların ardı gəldi. Görünür, ayağınız yüngül imiş...
-Burada ayağın yüngüllüyünün məsələyə dəxli yoxdur.Əslində Milli Şuranın taleyi mən getməmişdən əvvəl də artıq bəlli idi.Rüstəm İbrahimbəyovun namizədliyi məslələsində problemin yaranması, Milli Şuranın öz içərisində vahid namizəd məsələsinin həll olunmasında çətinliklərin yaşanması, vahid namizədin vaxtında müəyyənləşdirilməməsi hətta seçkidən bir ay öncə bu qurumun gələcək taleyi haqqında birmənalı fikir yürütməyə imkan verirdi. Sözsüz ki, mən də bunu görürdüm və ona görə də istefa verəndən sonra müəyyən qədər əleyhimizə danışsalar da zaman-zaman proseslərin gedişində bəlli oldu ki, bizi qınayanlar tələsiblər. Təbii ki, Milli Şuranın daxilində baş verənlərin bu qurumu tezliklə çıxılmaz böhrana sürükləyəcəyini tək mən yox, çoxları görür və hətta dar çərçivədə dilə gətirirdi. Ancaq bu adamların çoxu sanki fövqəladə nəsə baş verə biləcəyi ehtimalına özlərini inandıra bilmişdilər. Mənsə hər zaman doğru bildiyim məsələdə qərar verib risk etməyi sevirəm və bu addımı atdım.
-Növella Cəfəroğlu da Strasburqdan bir xəbər gətirib ki, guya Avropa Şurasında Milli Şuranı bu gün də Rusiyanın projesi hesab edirlər...
-Bu barədə müxtəlif fikirlər var. Mən birmənalı şəkildə Milli Şuranın Rusiyanın projesi adlandırılmasını qəbul etmirəm. Sözsüz ki, 2013-cü ilin lap əvvəllərindən istər Qərbin, istərsə də Rusiya və İranın Azərbaycana münasibəti tamamilə fərqli idi. Bütün bu güclər də 2013-cü il seçkilərində özlərinə sərf edən qərarların əldə edilməsi üçün yaranmış fürsətdən maksimum bəhrələnmək üçün hərəkətə keçmişdilər. Rusiya isə xüsusilə canfəşanlıq göstərirdi. Amma bütün bu maraqlar heç də o demək deyildi ki, MŞ tam tərkibdə Rusiyanın projesi idi. Təbii ki, bu cür iddiaların meydana çıxmasında əsas amil kimi MŞ sədri Rüstəm İbrahimbəyovun Rusiyaya bağlı adam olması idi. Mənsə bu cür düşünmürəm. Əslində MŞ nın yaranması da müxalifəıtin bir uğuru idi. İlk dəfə olaraq Azərbaycan müxalifətinin demək olar ki, bütün spektrlərini əhatə edən qüvvələr bir araya gəlmişdi. Tutaq ki, buna qədər heç vaxt İslam Partiyası müxalifətin birliyidə işirak etməmişdi. Bir sözlə, orda həm sağlar vardı, həm sollar. Yəni MŞ ilk dəfə bu cür rəngarəng bir tərkibdə formalaşmışdı. İyunun sonunadək ölkədə siyasi aktivlik həddindən artıq yüksəlmişdi. Təbii ki, bu aktivliyi Azərbaycanda maraqları olan ölkələrin burdakı diplomatik nümayəndələri də görürdü, onlar da bu prosesdən öz maraqları naminə istifadə etməyə çalışırdı. Ancaq bir daha təkrar edirəm ki, MŞ-nı hər hansı bir dövlətlə əlaqələndirmək tamamilə yanlışdır. Ancaq sözsüz ki, burada Rusiyanın marağı daha çox idi və bizim də bundan xəbərimiz vardı. Digər tərəfdən, mən Rusiyanın bir “xoxan” kimi təqdimatının da əleyhinəyəm. Biz istəsək də, istəməsək də bu ölkəylə qonşuyuq, hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq biz Rusiya ilə iqtisadi cəhətdən daha sıx əlaqəliyik. Azərbaycanda hakimiyyət dəyişikliyi baş versə belə, Rusiya ilə əlaqələrin indikindən də yüksək səviyyəyə qaldırılması hər iki dövlətin maraqlarına xidmət edər. Xüsusilə də Qarabağ münaqişəsi faktoruna görə də Azərbaycan Rusiya ilə isti münasibətlərin qorunmasına məcburdur. Bu baxımdan istər iqtidarın, istərəsə də müxalifətin Rusiya ilə münasibətlərə önəm verməsində məncə qəbahət axtarmağın özü qəbahətdir. Sizə bir məqamı deyim. Seçkidən sonra iqtidar mətbuatında və telekanallarda az qala iki ay boyunca İlham Əliyevə Qərbdən, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlardan gələn təbrik məktubları böyük həvəslə təqdim edilirdi. O zaman həmin məntiqlə gərək iddia edək ki, İlham Əliyev Avropa və Amerikanın adamıdır, bu qüvvələrin təsiri altındadır.
-Rəsul Quliyev Cəmil Həsənliyə məsləhət görüb ki, nüfuzunu xərcləyib qurtarmadan MŞ-dan çıxıb getsin.
-Məsələyə bu cür yanaşmanı qəbul etmirəm. Tutaq ki, lap sabah Cəmil Həsənli bu qurumdan getdi. Dünya dağılmayacaq ki. Yaxud Cəmil Həsənli kənara çəkilib indikindən artıq nüfuz əldə edəcəkmi? Təbii ki, MŞ-nı xeyli tərk edənlər var və etiraf edilməlidir ki, bu qurum yaranarkən qarşısına qoyduğu o birliyi itirdi. Bu baxımdan təbii ki, MŞ əvvəlki simasından xeyli fərqli format alıb. Ancaq nə bilmək olar, ola bilər ki, MŞ bələdiyyə seçkilərində də olmasa parlament seçkilərində bu gün qarşıdurma vəziyyəində olan qüvvələrlə yenidən bir araya gələ bilsin. Bunu ötən seçki dönəmlərində dəfələrlə görmüşük və heç heyrətlənməmişik də.
-Prezident İlham Əliyevin fevralın 5-də müxalifətin ünvanına kəskin ifadələr işlədərək 9 oktaybar seçkilərinin onların sonu və rəzalətin zirvəsi adlandırması son 5 gündə medianın başlıca mövzusuna çevrilib. Artıq müxalifət anladı ki, iqtidarla müxalifət arasındakı körpü birdəfəlik yandırıldı və siyasi dialoq mövzusu gündəmdən çıxdı...
-İndiyə qədər iqtidarla müxalifət arasında körpü var idi ki, onu da yandırsınlar? Olmayan şeyi necə yandırmaq olar? Yaxud siyasi dialoq mövzusu illərdi dartışılır. Amma bu addımı atmalı olan hakimiyyətin davranışları belə düşünməyə əl yeri qoydumu bu günədək? Kimsə 93-dən üzü bəri iqtidarla müxalifət arasında siyasi dialoq adlanıdırıla biləcək bir epizod deyə bilərmi? Kİmsə 2001-ci ildə Heydər Əliyevin parlamentdəki məhşur toplantısının adını çəkə bilər. Belə düşünənləri icazə verin ciddiyə almayaq və bir daha deyirəm ki, bu hakimiyyətin kitabında siyasi dialoq termini heç vaxt olmayıb. Konkret prezidentin müxalifətin ünvanına səsləndirdiyi ittihama gəlincə isə xatırlatmaq istəyirəm ki, 2008-ci ildə də o belə məzmunda fikirlər səsləndirmişdi. Amma bütün bu fikirlərə baxmayaraq nəinki biz və dünya, elə İlham Əliyevin özü də gördü ki, 2013-cü ildə müxalifət necə böyük bir güc kimi ortaya çıxdı və onları səksəkəyə salmağı bacardı. Amma mən mətbuatdan oxudum, bəzi partiyalar deyir ki, İlham Əliyevin dediyi sözlər bizə aid deyil. Ancaq bir şeyi anlamaq lazımdır ki, YAP-dan və onları açıq dəstəkləyən bir-iki partiyadan başqa bütün partiyalar, hətta parlamentdə necə təmsil olunduqları hamıya bəlli olan şəxslər də özlərini müxalif qüvvə adlandırırlar. Onda belə çıxır ki, İlham Əliyevin bu açıqlaması, bu təhqiri Azərbaycandakı müxalif adına iddia edən bütün partiyalara yönəlik bir hərəkətdir və bu da o anlama gəlir ki, o öz hərəkətiylə bütövlükdə Azərbaycan xalqını təhqir eləyib. Hər halda bir ölkəyə rəhbərliyi öz üzərinə götürmüş şəxsin öz xalqını bu cür təhqir etməsi tamamilə yanlış bir hərəkətdir. Siyasətdə də bir davranış xətti və siyasi əxlaq normaları var. Əslində bu gün iqtidar nümunəvi bir davranış sərgiləməlidir ki, ölkədəki bütün partiyalar da bu əxlaqa uyğun hərkət etsinlər. Bizsə hər dəfə, hər seçkidən sonra müxalifətin bu cür təhqir olunmasının, aşağılanmasının şahidi oluruq. Xalq da bütün bunları və siyasi leksikonu görür və özü üçün nəticə çıxarır. Onlar ölkəyə rəhbərlik edən şəxsin öz xalqına hansı formada müraciət etdiyini görürlər. Mənə elə gəlir ki, bu, indiki hakimiyyətin əleyhinə çevriləcək bir çıxışdır. Başqa bir vacib məqam İlham Əliyevin təkcə müxalifətin ünvanına deyil, eyni zamanda öz komandasının üzvlərinə də müraciət etməsi oldu. Prezident onlara xitabən deyir ki, siz xarici qüvvələrə inanmayın, bu onun göstəricisidir ki, həm müxalifəti qorxudur, eyni zamanda da öz komandasına arxayın deyil və görünür, şübhələnir ki, kimlərinsə xarici qüvvələrlə əlaqəsi var. Bu açıqlama eyni zamanda hakimiyyətin içərisindəki parçalanmanın göstəricisidir.
-Deyəsən hakimiyyət Seçki Məcəlləsinin dəyişdirilməsiylə bağlı beynəlxalq təşkilatların tələblərinə illər sonra boyun əyməyə hazırlaşır. Sizcə hakimiyyət bu günədək inadla imtina etdiyi bu məsələdə niyə güzəştə gedir ki?
-Hələ 9 oktyabr prezident seçkilərindən öncə bu cür fikirlər daim aktual olub. Məncə hakimiyyət yalnız bir şərt daxilində buna gedəcək ki, Azərbaycanın dövlət quruluşu dəyişdirilərək parlamentli respublikaya keçilsin. Mən elə gəlir ki, 9 oktaybr İlham Əliyevin son seçkisidir. Ola bilsin ki, bununla növbəti dəfə prezident seçkisi yoluyla deyil, parlament seçkilərində çoxluğun səsini əldə edərək indiki prezidentin əsas səlahiyyətlərini əlində cəmləşdirmiş baş nazir kimi meydana çıxmaq istəyir. Əgər belə bir niyyət varsa, o zaman gözləmək olar ki, parlamentin tərkibi də genişləndirilsin, Seçki Məcəlləsi də özlərinə sərf edən şəkildə dəyişdirilsin. Amma onu da diqqətdən qaçırmaq olmaz ki, dünyada baş verən proseslər gec-tez Azərbaycanı da öz ağuşuna alacaq və sözsüz ki, bu gün Azərbaycan yaxın və uzaq qonşular üçün bir başağrısına çevrilib. Ona görə də məncə 2015-ci ildə Azərbaycana fərqli bir yanaşmanın şahidi olacağıq. Ona görə də hesab edirəm ki, İlham Əliyev Ukraynadan sonra növbənin Azərbaycana da çatdığını hesablayıb önləyici tədbir kimi bu yola əl atmağa çalışacaq ki, bu yollla bəzi siyasi pariyalardan bir-iki nəfəri parlamentə buraxmaqla demokartiya imitasiyası yaratsın və bu yolla ən azı prosesi bir qədər də yubatmağa, beləliklə də hakimiyyətinin ömrünü uzatmağa çalışsın. Amma onu da anlayırlar ki, daha dünyanı aldatmaq limitləri tükənib. İlham Əliyevin sonuncu çıxışında da onun bu narahatçılığını sezmək mümkün idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru