Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                 

AXCP hökumətin xəlbirindən KEÇƏ BİLƏCƏKMİ - Ekspertlər danışır
Tarix: 22-07-2023, 10:05 | Çap et
AXCP hökumətin xəlbirindən KEÇƏ BİLƏCƏKMİ
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yenidən qeydiyyata alınması ilə bağlı müraciətinə imtina cavabını verib. Bu barədə "Turan"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Onun sözlərinə görə, partiya təşkilatın 5315 üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Eyni zamanda Ədliyyə Nazirliyindən verilən cavabda bildirilir ki, partiyanın siyahısında 5138 nəfərin adı var. “Sonra Ədliyyə Nazirliyi qeyd edir ki, guya 2497 nəfərin barəsində məlumatlar düzgün göstərilməyib və buna görə də dəqiqləşdirmə aparılmalıdır”, - Kərimli deyib.

Partiya sədrinin dediyinə görə, Ədliyyə Nazirliyindən gələn məktubda göstərilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısından 119 nəfər digər partiyaların üzvüdür, 59 nəfərin adı isə təkrar göstərilib. Bundan əlavə, nazirlik 609 nəfərin Xalq Cəbhəsi Partiyasının üzvü olmadığını bildirib.

“Bütün bu iradlar qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub. Ədliyyə Nazirliyinin göndərdiyi məktubdakı "çatışmazlıqlar" qeyri-dəqiq və mücərrəd xarakterlidir", - Kərimli qeyd edib. O hesab edir ki, Ədliyyə Nazirliyi Xalq Cəbhəsi Partiyasının üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir.

“Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər Xalq Cəbhəsi Partiyasının üzvü olmadığını Ədliyyə Nazirliyinə deyib, hansı partiya üzvlərinin adı reyestrdə təkrarlanıb”, - partiya sədri söyləyib.

Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə məktub göndərib detallı və əsaslandırılmış cavab verilməsini istəyəcək. “Bütün bəhanələri kəsməyə hazırıq. İstəyirlər, partiya üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini də toplayıb təqdim edək nazirliyə. İstəyirlər, birbaşa toplaşaq nazirliyin qarşısına”, - Kərimli bildirib və əlavə edib ki, partiyanın hüquqlarını bərpa etmək üçün bütün hüquqi yollardan istifadə edəcəklər.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: ""Siyasi partiyalar haqqında" Qanun qəbul edilərkən ictimai müzakirələr aparıldı. Yeni qanun qəbul edilənə qədər siyasi partiyalarla görüşlər keçirildi. Nəticədə qanundan bir sıra müddəa çıxarıldı. Artıq yeni tələblərə riayət edilməsi ilə bağlı məsələlər gündəmə gəlib. Məlumdur ki, üzvlük sayı ilə bağlı tələbə cavab verməyən partiyalar özünü buraxdı.

Təbii ki, 10 milyon əhalisi olan ölkədə siyasi ambisiyaları olan partiyanın 5 min üzvü yoxdursa, fəaliyyət göstərməsi qeyri-ciddi səslənir. AXCP-nin problemlərlə üzləşməsi qanunvericiliyin tələblərindən irəli gəlir. Siyahıda adları qeyd olunan şəxslərin bir qismi partiyanın rəsmi olaraq üzvü deyil, yaxud digər partiyaların üzvü olan şəxslərdir. Ola bilər ki, sonradan başqa partiyalara müraciət ediblər. Bu isə hər bir vətəndaşın konstitusion hüququdur. Vətəndaşların bu hüquqdan məhrum edilməsi qanunaziddir.

Düşünürəm ki, bu məsələni siyasiləşdirməyə, qloballaşdırmağa ehtiyac yoxdur. Bu sırf hüquqi prosedurdur. Bildiyim qədəri ilə AXCP sədri Əli Kərimli ixtisasca hüquqşünasdır. Odur ki, onun hüquqi prosedurlara riayət etməsi çətin olmamalıdır. Əgər məsələni müxtəlif istiqamətlərə yönləndirmək iddiaları varsa, bu, ajiotaj yaratmaq, cəmiyyətin, eyni zamanda beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıyır. Əgər onların həqiqətən yüz minlərlə üzvü varsa, yeni qanun onlar üçün münbit şərait yaradır".

X.Bəşirov hesab edir ki, Avropa Məhkəməsinə müraciət etmək hədəfə dolayı yollarla nail olmaq, hətta bəzi məqamlarda nail ola bilməyəcəyini anlayaraq bu yola əl atmaq cəhdidir: “Əgər məhkəməyə müraciət olunacaqsa, məhkəmə də prosedurlara riayət olunması ilə bağlı sübutları tələb edəcək. Əgər sübutlar varsa, yerli qanunvericilik çərçivəsində də tədbir görmək olar. Avropa Məhkəməsinə getməkdənsə, vaxt itirməkdənsə, qeydiyyatı aparan qurumun qanunamüvafiq tələbinə riayət etsinlər”.

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, hazırda ölkəmizdə aparılan siyasi islahatlar yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdadır. Millət vəkili 1 il öncə yeni qanunun ümumi siyasi konsensus kontekstində qəbul edildiyini xatırlatdı: “İndiki mərhələdə siyasi partiyaların fəaliyyəti üçün sırf hüquqi əsaslarla tələb olunan prosedurlar yerinə yetirilir. Hesab edirəm ki, bu proses başa çatmadan şərh vermək doğru olmaz. Ədliyyə Nazirliyinin məlumatına görə, 27 partiya qeydiyyat üçün müraciət edib. Bəzi partiyaların təqdim etdiyi məlumatlarda çatışmazlıqlar olduğu üçün onlara bildirişlər göndərilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Bütün hallarda bu mərhələ keçilməlidir.

Azərbaycanın siyasi sistemi 90-cı illərin əvvəllərində formalaşıb. O zaman şərtlər fərqli idi, siyasi sistemin yetkinliyi indiki dövrlə müqayisə ediləcək səviyyədə deyildi. Siyasi partiyaların fəaliyyəti üzərində təzyiq yaradan Qarabağ problemi siyasi sistemin formalaşmasına ciddi təsir göstərirdi. Artıq bu proseslər geridə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni çağırışlar yaranıb. Siyasi sistemin yenidən təşkilatlanması sosial sifarişə çevrilib. "Siyasi partiyalar haqqında" Qanunun qəbulu da bu zərurətlə bağlıdır. Bundan sonra partiyalar da öz fəaliyyətində yeni çağırışları, ölkəmizdə və dünyada baş verən dərin siyasi hətta hərbi prosesləri nəzərə alaraq yeni hədəflər müəyyənləşdirməli və yeni fəaliyyət istiqamətləri təyin etməlidirlər. Hüquqi qeydiyyat mərhələsi başa çatdıqdan sonra bu məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaq olar".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru