Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                 

Konstitusiya referendumuna doğru: - bu payızın “isti” olacağı, çox şeyin dəyişəcəyi gözlənilir
Tarix: 22-07-2023, 08:17 | Çap et
Konstitusiya referendumuna doğru:
Azərbaycanda payızda konstitusiya referendumu keçiriləcəyi ilə bağlı qeyri-rəsmi məlumatlar səngimək bilmir. Ehtimalları gücləndirən amillərdən biri də bu ilin büdcəsinə dəyişiklikdə seçkilər üçün vəsaitin artırılmasıdır. “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat - 8,3 faiz artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılıb. Büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər isə 50 faiz yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Mütəxəssislər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyindən xəbər verir.

Bu günlərdə REAL Partiyasından olan deputat Erkin Qədirlinin açıqlaması da referendum keçiriləcəyinə inamı artırıb. Millət vəkili qeyd edib ki, bu ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Deputat xatırladıb ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib: “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”.

Deputat bir qədər dəqəqləşdirərək vurğulayıb ki, referendum konstitusion islahatlarla bağlı olacaq: “Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq. Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.

“Seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir. 1995-2002 illərdə bizdə proporsional seçki olub. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır”, – Erkin Qədirli sosial şəbəkə hesabında yazıb.

Deputat iddia edib ki, Nazirlər Kabinetinin strukturunda da dəyişikliklər olacaq. Yerli ekspertlər də hesab edirlər ki, ya Nazirlər Kabinetinin səlahiyyətləri genişləndiriləcək, ya da ümumiyyətlə, Kabinet ləğv ediləcək, vitse-prezident institutu gücləndiriləcək, Prezidentin xüsusi nümayəndələrinin funksiyaları daha da artırılacaq.

Payızda referendum keçirilməsini hökumət mənbələri təkzib edib. “Qafqazinfo”nun hakimiyyət mənbələrindən əldə etdiyi məlumata görə, referendumun keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə hər hansı bir plan, perspektiv nəzərdə tutulmayıb.

Mənbənin sözlərinə görə, deputat Erkin Qədirlinin referendumun keçiriləcəyi və baş verəcək dəyişikliklərlə bağlı iddiaları onun şəxsi mülahizələridir. Belə bir məsələ yoxdur.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı digər deputat Vahid Əhmədov AYNA-nın suallarını cavablandırarkən bildirib ki, referendumun keçirilməsi mümkündür:

Ümumiyyətlə, bununla bağlı çoxdan söz-söhbətlər var. Mətbuatda da referendumla bağlı xeyli yazılar dərc edilib, təkliflər səsləndirilib. Bizdə də müəyyən məlumatlar var. Biz struktur dəyişikliyi aparacağıqsa, buna gedilməlidir. Cənab Prezidentin təyin etdiyi xüsusi nümayəndələr hesab edirəm ki, özünü doğruldur. Bu istiqamətdə ciddi işlər gedir. Bu proses baş verəcəksə, əlbəttə, referendum mütləq olmalıdır”.

“Milli Məclisə seçkilərlə bağlı da söhbətlər var, proporsional sistemin bərpası, mojaritar sistemin qalması, qarışıq sistem, deputat sayının artırılması və s. ola bilsin ki, bu da baş versin. Mən Erkin Qədirlinin o fikirlərini oaxudum, ola bilsin ki, dedikləri məsələlərin bəziləri doğrudur. Amma ola bilər ki, dediyi məsələlərin içərisində həqiqət olmayanlar da var. Amma referendumun keçirilməsi vacibdir”, - deputat əlavə edib.

Nazirlər Kabineti ilə bağlı məsələyə gəlincə, V.Əhmədov qeyd edib ki, bu barədə zamanında təkliflər səsləndirib: “Hesab edirəm ki, vitse-prezidentlik institutu tam gücü ilə işləməlidir. Birinci vitse-prezident var, yaxşı da işləyir. Digər vitse-prezidentlər də olmalıdır ki, müəyyən sahələrə baxsınlar. Nazirlər Kabineti paralel strukturdur. Nazirlər Kabinetinin yüksək səlahiyyəti də yoxdur ki, bu, müəyyən problemlər yaradır. Ya prezident vitse-prezidentlik institutunu gücləndirmək lazımdır, Nazirlər Kabinetini də ləğv etmək lazımdır, ya da ki, Nazirlər kabinetinin səlahiyyətlərini artırmaq, onu möhkəmləndirmək və saxlamaq lazımdır”.

“Referendumun keçirilməsi çox vacibdir. Çünki bu dəqiqə yerli icra orqanları özünü doğrultmur. Baxın, son illərdə neçə icra başçısı həbs olundu, neçəsi vəzifədən çıxarıldı, cinayət işi açıldı. Eləcə də icra başçılarının bəzilərinin vətəndaşlarla davranışları yerində deyil. Bunlar sual doğuran məsələlərdir. Prezidentin səlahiyyətli nümayəndəsi institutu özünü doğruldubsa, icra başçılarına nə ehtiyac var. Azərbaycanda olan 14 iqtisadi rayona Prezidentin xüsusi nümayəndəsi təyin edilməli, icra başçısı strukturu ləğv edilməlidir. Əvəzində bələdiyyələrə müəyyən səlahiyyət vermək lazımdır ki, onlar işləsinlər, xalqın sosial vəziyyəti ilə məşğul olsunlar”, - deyə Əhmədov fikrini tamamlayıb

DİA.AZ-ın məlumatına görə, Siyasi Menecment İnstitutunun rəhbəri, analitik Azər Qasımlı AYNA-ya bildirib ki, referendumun keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır: “Hesab edirəm ki, hökumətin nəzərdə tutduğu dəyişiklik siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir. Mən deyə bilmərəm ki, bunu payızda edəcəklər, gələn il, yoxsa beş il sonra. Bu, siyasi qərardan asılıdır. Amma referenduma gedilməsi zərurəti var və hökumət də bunu anlayır”.

“Konstitusiyaya dəyişikliyə gəldikdə isə ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan Konstitusiyası sıfırdan yazılmalıdır. Azərbaycanda siyasi sistemdə köklü dəyişiklik olmalı, kiçik ərazilərdə yerli özünüidarəetmə orqanlarının, yəni ki, bələdiyyələrin imkanları artırılmalıdır. Böyük şəhərlərdə isə seçkili orqan olaraq mer idarəetmə forması qurulmalıdır”, - deyə analitik fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru