Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                 

"ABŞ generalının bu dəfə sırf İrəvana getməsi təbii ki, bizim üçün narahatedici məsələdir" - Hərbi ekspert
Tarix: 11-04-2023, 08:29 | Çap et
"ABŞ generalının bu dəfə sırf İrəvana getməsi təbii ki, bizim üçün narahatedici məsələdir"
ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. DİA.AZ-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, nümayəndə heyəti aprelin 5-dən 7-dək Ermənistanda səfərdə olub. Patrik Ellis Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə və bilik mübadiləsi imkanlarını müzakirə edib.

Xatırladaq ki, Ermənistan aprelin 22-də NATO-nun “Defender 23" kod adlı təlimlərinə qatılacaq dövlətlər sırasında yer almışdı. Lakin az sonra kapitulyant ölkə siyahıdan çıxarıldı. Pentaqondan bildirdilər ki, yanlışlıq olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistanın "Defender 23" təlimlərində iştirak edən ölkələr siyahısına daxil edilməsinin və bir müddət sonra bu siyahıdan çıxarılmasının səbəbini izah edib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Pentaqon bəyan edib ki, Ermənistanın “Müdafiəçi 23" təlimində iştirak edən ölkələr siyahısına salınması səhv idi. Müdafiə Nazirliyi "Amerikanın səsi"nin mövzu ilə bağlı sualını belə cavablandırıb. Bildirilib ki, Ermənistanın “Müdafiəçi 23" təlimində iştirak edən ölkələrin siyahısına daxil edilməsi, sadəcə olaraq, Pentaqonun daxili mətbuat komandasının səhvi olub. "Ermənistan tərəfi “Müdafiəçi 23" təlimlərində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, - deyə Pentaqonun cavabında bildirilir. Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropanın on ölkəsində başlayacaq “Defender 23" hərbi təlimləri barədə məlumat yayıb. Ermənistan da təlimlərdə iştirak edən ölkələr siyahısına daxil edilib, lakin bir neçə saat sonra mesajın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb. Aprelin 8-də Armenpress-in sualına cavab olaraq Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, Müdafiə Nazirliyi bu il ABŞ Ordu Komandanlığının Avropada təşkil etdiyi 2 hərbi təlimdə iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropada iki ay davam edəcək və 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək "Müdafiəçi 23" təlimlərində iştirak edəcək ölkələrin siyahısında Ermənistanın da yer alacağını açıqlamışdı.

Bildirilirdi ki, təlimdə 9 min ABŞ əsgəri və 26 müttəfiq və tərəfdaş ölkədən təxminən 17 min hərbçi iştirak edəcək, təlimin bir hissəsi Avropanın 10 müxtəlif ölkəsində keçiriləcək. ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, ABŞ-dan başqa, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, "Şimali Defender 23"də Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya təlimlərdə iştirak edəcək.

İki gün əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistanın “Defender 23" təlimlərində iştirak edən ölkələr siyahısına daxil edilməsinin və bir müddət sonra bu siyahıdan çıxarılmasının səbəbini izah edib. Məlumata görə, Pentaqon bəyan edib ki, Ermənistanın "Müdafiəçi 23" təlimində iştirak edən ölkələr siyahısına salınması səhv idi. Müdafiə Nazirliyi “Amerikanın səsi”nin mövzu ilə bağlı sualını belə cavablandırıb. Bildirilib ki, Ermənistanın “Müdafiəçi 23" təlimində iştirak edən ölkələrin siyahısına daxil edilməsi, sadəcə olaraq, Pentaqonun daxili mətbuat komandasının səhvi olub. "Ermənistan tərəfi “Müdafiəçi 23" təlimlərində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, - deyə Pentaqonun cavabında bildirilir.

Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropanın on ölkəsində başlayacaq “Defender 23" hərbi təlimləri barədə məlumat yayıb. Ermənistan da təlimlərdə iştirak edən ölkələr siyahısına daxil edilib, lakin bir neçə saat sonra mesajın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb.

Heç şübhəsiz ki, Kremlin məsələyə münasibəti son nəticəyə təsir göstərib. İstənilən halda, Rusiya xəbərə çox sərt reaksiya verdi. Rusiyanın Ermənistanda davamlı hərbi təlimlər keçirməsi də məhz bu günlərə “təsadüf etdi”. Bu da maraqlıdır ki, məhz Pentaqonun təkzibi fonunda amerikalı general iki günlük səfərlə İrəvana gedib. Demək, “yanlışlıq” heç də təsadüfi olmayıb. Məlumdur ki, ABŞ Nikol Paşinyanı iqtidara gətirdikdən sonra Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağa çalışır. Fürsət düşdükcə Paşinyan hökuməti də buna hansısa şəkildə töhfə verir. Bütün bunlar isə İrəvanın 1 nömrəli və rəsmi müttəfiqi Rusiyaya əlbəttə ki, xoş gəlmir. İndi də ABŞ-ın döyüş generalı İrəvana gedir və KTMT üzvü, Rusiyanın forpostu Ermənistanın hərbi məmurları ilə görüşlər keçirir, ortaq hərbi əməkdaşlıq məsələləri, “şəxsi heyətin hazırlanması, birgə təlimlərin (!) keçirilməsi, təcrübə və bilik mübadiləsi” müzakirə olunur. Amma cənab Ellis nədənsə Bakı və Tiflisə də getməyə lüzum görməyib. Görəsən, niyə? Amerikalı generalın İrəvan səfərində gerçək məqsəd nədir - ABŞ Ermənistana yeni ordumu qurur? Kimə qarşı? Əlavə edək ki, Birləşmiş Ştatların postsovet məkanındakı ən böyük səfirliyi (həm ərazi, həm də personal baxımından) məhz İrəvandadır...

diaaz.space-ın məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a bildirdi ki, son aylar ərzində Rusiyanın Qafqazda mövqelərinin kifayət qədər zəifləməsi fonunda ABŞ-ın həm Ermənistan, həm də Azərbaycanla əlaqələrində müəyyən bir canlanma müşahidə olunur: “Ermənistanla isə bu, xüsusilə qabarıq şəkildə özünü göstərir. ABŞ Ermənistanı Rusiyanın caynağından xilas etmək və regionda öz nüfuzunu daha da gücləndirmək üçün müəyyən addımlar atmaqda maraqlı görünür. Mən də bu prosesləri yaxından izləyirəm və bəzi ABŞ rəsmiləri ilə bu mövzuda müzakirələrim də olub. Bu müzakirələrin aparılması birmənalı olaraq Azərbaycanla ABŞ arasında əlaqələrin daha da genişləndirilməsinə, o cümlədən hərbi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Ə.Verdiyev qeyd etdi ki, ABŞ-dan başqa, NATO da son aylarda Azərbaycanla əməkdaşlıqda daha da maraqlı görünür: “Mən bu mövzunu həm də NATO rəsmiləri ilə keçən həftə müzakirə etmişəm. Nəticə etibarilə belə bir qənaətə gəlmək olar ki, ABŞ Azərbaycanla Ermənistan arasında müəyyən əlaqələr yaratmaqda, eyni zamanda Rusiyanın regiondan çıxması ehtimalının artdığı vəziyyətdə özünün nüfuzunu burada bərpa etmək, hər iki tərəflə daha ciddi əlaqələrə malik olmaq niyyətindədir”.

Hərbi ekspert hesab edir ki, Azərbaycan mövcud vəziyyəti doğru-dürüst dəyərləndirir: “Biz əməkdaşlıqdan heç bir zaman imtina etməmişik. Lakin əvvəl olduğu kimi, indi də Türkiyənin xeyrinə balansı qorumaqda daha maraqlıyıq. Başqa sözlə desək, bizim həm ABŞ, həm NATO ilə əməkdaşlığımızın genişlənməsi adıçəkilən ölkə və qurumun Türkiyə ilə münasibətlərinin bərpa olunmasından sonra mümkün ola bilər”.

Ə.Verdiyevin fikrincə, ABŞ generalının bu dəfə sırf İrəvana getməsi təbii ki, bizim üçün narahatedici məsələdir: “Lakin bu səfər Ermənistanın "xilas"ının əvəzinə ABŞ-ın bizə qarşı hansısa addımlar atacağından xəbər vermir. Əksinə, ABŞ generalının Ermənistana səfəri daha çox Rusiyanı qıcıqlandıracaq və Rusiya-Ermənistan münasibətləri daha kritik bir səviyyəyə gəlib çıxacaq. Azərbaycana səfərə gəlincə, ola bilər ki, belə səfərlər hərbi attaşe və digər rəsmilər tərəfindən də həyata keçirilə bilərdi. Hər halda, hadisələri izləməliyik. Qonşuların və regiona daxil olmaq istəyən ölkələrin fəaliyyətlərinə diqqətimizi artırmalıyıq və bu istiqamətdə addımlarımızı da Türkiyə ilə sinxron şəkildə atmalıyıq". Ekspertin sözlərinə görə, ABŞ-ın Ermənistanda yeni ordu qurması və onu silahlandırması mümkün görünmür: “Çünki Ermənistan nə qədər Qərbə istiqamətlənsə də, indiki şəraitdə Ermənistan gereralitetinin əksəriyyətinin bir gözü Rusiya tərəfdədir. Belə olan halda Ermənistanın ABŞ modelli ordu qurması və sair barədə danışmaq bir az erkəndir. Bu, o zaman mümkün ola bilər ki, Rusiya-Ermənistan əlaqələri tamamilə qırılma nöqtəsinə gəlsin, Rusiyanın hərbi bazası Ermənistandan çıxarılsın, mövcud olan razılaşmalara xitam verilsin və sair. Bunların da yaxın perspektivdə mümkün olacağını düşünmürəm. Çünki indiki vəziyyətdə bu müqavilələri ləğv etmək, aradan qaldırmaq Ermənistan üçün fəlakətlərə gətirib çıxara biləcək addım olar. ABŞ-ın isə Ermənistanı silahlandırması mümkün görünmür. Çünki buna həm ABŞ-ın silah ixracı qaydaları, həm də Ermənistanın onun müttəfiqi olmaması amili mane olur”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bu fikirdədir ki, ABŞ Nikol Paşinyanın ikili siyasətindən yararlanmağa çalışır: “Bu gün sistematik şəkildə Ermənistan ərazilərinin peşkəş edildiyini görürük. ABŞ Soros vasitəsilə hakimiyyətə gətirdiyi Paşinyandan "böyük tikə" qopartmağa çalışır. Ona görə də əlindən gələni edir ki, Ermənistan ərazilərində hansısa formada hərbi mövcudluğunu yaratsın". T.İsmayılov digər mühüm bir məsələdən də bəhs etdi: “Diqqət edək ki, KTMT üzvlüyündən qurtula bilməyən Ermənistan həm də "Avropa İttifaqı missiyası" adı altında Fransa hərbi kəşfiyyatını da ölkə ərazilərinə soxub. Belə olan təqdirdə ABŞ Ermənistan ərazilərində hansısa bir formada hərbi mövcudluq arzulayır. ABŞ hərbi rəsmisinin İrəvana səfəri regional kontekstdə gerçəkləşmir. Məqsəd Ermənistanla üzbəüz danışıqlar aparmaqdan ibarətdir. Lakin istənilən halda bu səfər Rusiyanın daha da aqressiyasına səbəb olacaq. Səfər fonunda yeni Ermənistan-Rusiya gərginliyinə şahidlik edə bilərik".

Yazı çapa hazırlanarkən məlum oldu ki, aprelin 10-da Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Brüsselə işgüzar səfərə gedib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan yerli mediaya məlumat versə də, təfərrüatları, səfərin məqsədini açıqlamayıb. Göründüyü kimi, Ermənistan Qərb və Rusiya arasında “haça-paça siyasəti” yürüdür, var-gəl edir. Təsadüfi deyil ki, məhz Ermənistanın ordu rəhbərliyinin Brüsselə yolçuluğuna başladığı gün Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin KTMT missiyasının Ermənistanda yerləşdirilə biləcəyi, bu haqda müzakirələrin aparıldığı ilə bağlı anons verib. Diplomatik mesajdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru