Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                 

"Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir" - deputat
Tarix: 24-03-2023, 10:21 | Çap et
"Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir"
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Paşinyan əldə olunmuş yazılı razılaşmalar əsasında sülh sazişi imzalanacağı barədə nikbin bəyanatla çıxış edib. Onun dediklərinə inanırsınızmı?

- Rusiya razı olmadıqca qərbyönümlü siyasətçi olduğunu hər addımbaşı nümayiş etdirməyə çalışan “sorosçu” Paşinyanın Azərbaycanla sülh sazişi imzalayacağı az inandırıcı görünür. Putinin isə həm Valday klubunda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan çıxışı, həm də 10 noyabr 2020-ci il üçtərəfli sazişin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməməsi Rusiyanın iki qonşu ölkə arasında sülhün olmasını istəmədiyini nümayiş etdirir. Sülh üçün Azərbaycan Ermənistanla yox, Rusiya ilə intensiv danışıqlar aparmalı, paralel olaraq Ermənistana təzyiqləri ciddi şəkildə artırmalıdır. Açıq-aydın görünür ki, Qarabağdakı mövcud status-kvonun qorunub saxlanması, yəni işğalçı rejimin de-fakto müstəqil ölkə kimi yaşaması üçün Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir, bizə dövlət sərhədlərimizi bərpa etməyə imkan vermir, bizi Ermənistanla uzunmüddətli mənasız danışıqlara sövq edib özləri üçün əlverişli zamana qədər vaxt qazanmaq istəyirlər.

- Belə çətin geosiyasi vəziyyətin olduğu bir zamanda Azərbaycanın Qarabağda suveren hüquqlarını bərpa edəcəyi mümkün görünürmü?

- İlham Əliyev qlobal miqyaslı siyasi fiqurdur. O, bu günə qədər Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparmağa nail olub. İndi Qərb ölkələri bizdən Rusiya ilə münasibətlərə yenidən baxmağı tələb edir. Onlar fikirləşirlər ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsi həm Rusiyanı zəiflədər, həm də birinci Qarabağ savaşında olduğu kimi Rusiyanın Ermənistanı açıq müdafiə etməsinə səbəb olar. Amma İlham Əliyev dəfələrlə bəyan edib ki, ciddi dövlət adamı hər cür təzyiq qarşısında heç vaxt milli maraqlardan geri çəkilməməlidir. Biz beynəlxalq qanunlara əsaslanan hüquqlarımız uğrunda, işğala qarşı mübarizə aparırıq. Hamımız bilirik ki, xalqımızın Qarabağ problemindən də böyük dərdi var. Geosiyasi vəziyyət həqiqətən ağırdır, amma ciddi qərarların qəbulu, ağır problemlərin həlli bir qayda olaraq çətin və mürəkkəb dövrlərdə mümkün olur. Görünən odur ki, İlham Əliyev dünyanın və regionun böyük oyunçuları ilə təkcə Qarabağ məsələsəni yox, xalqımızın gələcəyi ilə bağlı daha ciddi məsələləri də müzakirə edir. İnşallah, ədalətli tərəf kimi sonda qalib gələcək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan regionun böyük güclərindən birinə çevriləcək.

- Qüdrət bəy, sizə elə gəlmir ki, bəzən biz özümüz islahatları genişləndirməməklə Qərbə bizə təzyiq üçün bəhanələr, əsaslar veririk?

- Bütün istiqamətlərdə islahatların dərinləşdirilməsi üçün iqtidara mütəmadi olaraq çağırışlar edirəm. İqtidar düşünür ki, xalqımızı onun indiki durumu qane edir. Xalqımız aşağıdan islahatların zəruriliyi barədə iqtidara ciddi siqnallar ötürə bilmir. Gələn siqnallar isə islahatların xeyrinə deyil, əksinə, iqtidarı qorxudur ki, böyük dəyişikliklər ölkədə sabitliyi pozar, xaosa yol açar, “qaş qoymaq istədiyimiz yerdə vurub gözü də çıxardarıq”, əldə etdiklərimizi də itirərik. Gəncə qiyamı, Elçibəyin devrilməsi, Heydər Əliyevin prezidentliyi zamanı hərbi çevriliş cəhdləri çox da uzaq keçmişdə baş verməyib. Mən iqtidarın islahatları yubatmasına haqq qazandırmıram, amma onların bu istiqamətdə fəaliyyətsizliklərinin motivlərini başa düşməyə çalışıram. Xalqımız inkişafın yeni mərhələsinə keçməyə, demokratik dəyişiklikləri müdafiə etməyə hazırlığını nümayiş etdirəndə, bölgədə geosiyasi vəziyyət islahatların ölkəmizi zərbə altında qoymayacağına əminlik yaratdıqda İlham Əliyev çevik siyasətçi kimi islahatların başında dayanacaq. Hamımızı qane etməsə də, hələlik cəmiyyətin dəyişikliklərə hazırlanması prosesi gedir.

- “Siyasi məhbus” məsələsi, insan hüquq və azadlıqlarının mövcud durumu barədə nə deyə bilərsiniz?

- Hər zaman hökumətə insan hüquq və azadlıqlarını qoruyan beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan, şəxsiyyət və dövlət əleyhinə ağır cinayətlər törətməmiş şəxslərin azadlığa buraxılması, müstəqil və güclü məhkəmə hakimiyyətinin formalaşdırılması üçün müraciət etmişəm - beynəlxalq təşkilatların onları maliyyələşdirənlərin sifarişlə işlədiyini, bəzən ədalətsiz olduqlarını bildiyim halda belə…

Çünki bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, ölkəmizdə insan hüquqları və qanunun aliliyi ilə əlaqədar vəziyyətin necəliyi barədə beynəlxalq ictimai fikri onlar formalaşdırır. Bizə isə Qarabağ məsələsinin ədalətli həlli üçün beynəlxalq dəstək, iqtisadiyyatımızın inkişafı üçün isə investisiya lazımdır. Ümid edirəm böyük dövlət adamı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar siyasi məhbus hesab olunanların hamısı əhv olunacaq və onlar da reallıq hissini itirməyəcək, davranışlarında etik çərçivəni aşmayacaq, başa düşəcəklər ki, onların müxalif fəaliyyəti onlar üçün toxunulmazlıq immuniteti yaratmır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru