"Azərbaycan daxilində erməni muxtariyyətini və erməni anklavının olmasında israr edirlər" - Ekspert danışır
Tarix: 22-03-2023, 08:50 | Çap et
 Paşinaynın son günlər verdiyi açıqlamalardan hiss edilir ki, Ermənistanın niyyəti mövcud torpaqlarının əlindən çıxmaması, yəni SSRİ- dövründə verilən ərazilərlə yanaşı, işğal edilən 8 kəndin onlardan alınmaması və bununla yanaşı Azərbaycanın bütövlüyünü tanısa da, Qarabağda yaşayan ermənilərin tanımasıdır. Ermənistan Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı beynəlxalq təminat istəyir. Digər tərəfdən isə, İran ordusunu hazır vəziyyətə gətirib. Bu da o deməkdir ki, Ermənistanla yenidən müharibə başlanarsa, erməni sıralarında İran ordusunu da görəcəyik. DİA.AZ-ın məlumatına görə, politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın mövqeyi odur ki, 91-ci ildə olan sərhədləri tanınsın. Anklavlar isə dəyişdirilmiş şəkildə qalsın.
“Paşinyan sərhədlərin Ermənistanla faktiki olaraq indiki halda qalmasını istəyir. Azərbaycana gəldikdə isə, Azərbaycan daxilində erməni muxtariyyətini və erməni anklavının olmasında israr edirlər. Əslində Azərbaycanla Ermənistan arasında sülhə ən böyük maneə budur”-deyən politoloq bildirib ki, çünki erməni anklavının olmamasını qəbul etsək, elə o dəqiqə məsələ həllini tapar, sülh müqaviləsi imzalanar. Bizim cəmi iki tələbimiz var. Azərbaycanın Qarabağ suverenliyi tanınsın və Azərbaycan ərazi bütövlüyü tanınsın. Daha sonra biz sərhədləri delimitasiya və demarkasiya edə bilərik. Turab Rzayev qeyd edib ki, Ermənistan buna razıdır. Azərbaycan Qarabağ üzərində suverenliyini də tanıyır, Azərbaycan ərazi bütövlüyünü də tanıyır. Amma… Bu ammadan çox şey asılıdır. Bu zaman Qarabağ ermənilərinin hüquqları ilə bağlı şərtlər qoyur. Bu da onların dolayı yolla hansısa muxtariyyətə və inzibati idarəetməyə sahib olmasını şərtləndirir. Əsas problem budur. Ancaq bu məsələ Azərbaycan və Ermənistanı müharibəyə gətirərmi? Bu sual ətrafında daha geniş müzakirə aparmaq lazımdır. Çünki hazırda Qarabağ ermənilərinin olduğu əraziyə Paşinyan nəzarət etmir. Həmin ərazilər rus sülhməramlılarının və Moskvanın nəzarətindədir. Ona görə də, biz hətta Ermənistanla yeni bir sərhəd müharibəsinə başlasaq belə, bu da bizim üçün hansısa böyük nəticə gətirməyəcək.
“Maksimum ola bilsin ki, Ermənistanı sülhə məcbur edə bilək. Və yaxud da beynəlxalq ictimaiyyətin böyük təzyiqilə üzləşək, müharibə yarımçıq dayandırılsın. Ancaq erməni separatçıların olduğu bölgədə anti-terror əməliyyatları istisna deyil və düşünürəm ki, bunların aparılması ilə bağlı kifayət qədər səbəb də var. Çünki sülh bəyanatında açıq şəkildə göstərilib ki, Qarabağdakı bütün erməni separatçıları oranı tərk etməlidir. Heç bir erməni silahlı birləşməsi qalmamalıdır. Ancaq biz yeni qazılan səngərlər, yeni erməni əsgərləri, yeni çağırışçılar və yeni silahların keçməsini gördük. Hətta rus sülhməramlılarının nəzarətində silahların və erməni əsgərlərinin Qarabağa daşınması görürük”-deyən Turab Rzayev hesab edir ki, bu yaxınlarda baş vermiş insident Azərbaycanın anti-terror əməliyyatlarının yoxlama toqquşması idi. Sınaq toqquşmasında Azərbaycan tərəfi göstərdi ki, lazım gələrsə, biz hətta rusların nəzarəti ilə Qarabağa daxil olan, girib-çıxan o erməni əsgərlərini və texnikasına qarşı əməliyyatlar həyata keçirə bilərik. Qarabağdakı separatçı rejimin qalıqları özlərini rahat hiss etməsinlər. Biz açıq şəkildə mübarizədən çəkinmirik.
İran ordusunun döyüş vəziyyətinə gətirilməsi mövzusuna cavab olaraq politoloq bildirib ki, İran dəfələrlə Ermənistanı müdafiə edəcəyini bəyan edib. Bu da bizim üçün yeni bir hadisə deyil. Açıq şəkildə fars rejimi göstərir ki, onlar Ermənistanı tək qoymayacaqlar, Ermənistan tərəfindən hətta müharibəyə girə bilərlər.
“Azərbaycan sərhədlərində keçirilən hərbi təlimlər də, Azərbaycan səmasınında uçuşlar da buna mesaj idi. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən, heç bir xarici ölkənin fikrini əsas almayacaq. Xüsusilə, İranın. Cənub qonşumuzun Ermənistanla bağlı müəyyən qorxuları varsa, bu qorxuların olması da, Azərbaycan üçün çox qəribədir. Azərbaycanın məqsədi Ermənistan sərhədlərini dəyişmək və Ermənistan ərazisinə daxil olmaq deyil. Bizim məqsədlərimiz öz torpaqlarımızda ərazi bütövlüyünü təmin etməkdir. Əsas məsələ məhz Qarabağın Azərbaycan tərkibinə qayıtmasını və burada hər hansı bir erməni anklavı olmadan bu inteqrasiya prosesinin həyata keçirilməsini təmin etməkdir”-deyə Turab Rzayev qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10 |
|
|
|
| • Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05 |
|
|
|
| • Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03 |
|
|
|
| • İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54 |
|
|
|
| • TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
|